Aloe ekstraktı 1 ml N10 inyeksiya Darnitsa
| Təsiredici maddə | ALOE EXTRACT |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Həzm sisteminə və metabolik proseslərə təsir göstərən vasitələr |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,24 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
DURU ALOE EKSTRAKTI-DARNİTSA inyeksiya üçün duru ekstrakt
ALOE EXTRACT LIQUID-DARNITSA
Tərkibi
Təsiredici maddə: 1 ml ekstraktın tərkibində quru maddənin tərkibində üzvi turşuların kalsium və maqnezium duzlarının 100% miqdarına nəzərən 2,25 mq quru aloe ekstraktı (aloes extractum siccum) vardır.
Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su.
Təsviri
Açıq-sarı rəngdən qəhvəyi-sarı rəngə qədər, zəif spesifik qoxulu mayedir. Preparatın saxlanması zamanı çöküntüyə çevrilə bilən ərpin olması yolveriləndir ki, bu da, ampulun çalxalanması zamanı bircinsli kütləyə çevrilir.
Farmakoloji qrupu
Həzm sisteminə və metabolik proseslərə təsir göstərən vasitələr.
ATC kodu: A16AX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Biogen stimullaşdırıcıdır. Adaptogen və ümumi tonuslandırıcı təsir göstərir. Hüceyrə metabolizmini, toxumaların trofikasını və regenerasiyasını yaxşılaşdırır, zədələyəci agentlərin təsirinə qarşı orqanizmin ümumi qeyri-spesifik rezistentliliyini və selikli qişaların davamlılığını artırır, regenerasiya proseslərini sürətləndirir. Qranulositlərin mühafizə funksiyasını stimullaşdırır, iştahanı yaxşılaşdırır. Spermatozoidlərin enerji ehtiyatını artırır və onların hərəkətliliyini gücləndirir.
Farmakokinetikası
Tədqiq edilməmişdir.
İstifadəsinə göstərişlər
İnkişaf edən yaxıngörmə, miopik xorioretinit, blefarit, konyunktivit, keratit, irit, şüşəvarı cismin bulanması, eləcə də, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi (kompleks müalicənin tərkibində).
Əks göstərişlər
– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
– ağır ürək-damar xəstəlikləri;
– arterial hipertenziya;
– kəskin mədə-bağırsaq pozğunluqları (o cümlədən diareya), bağırsaq keçməzliyi, Kron xəstəliyi, xoralı kolit, appendisit, qarın nahiyəsində mənşəyi məlum olmayan ağrı, babasil;
– qaraciyər/böyrək funksiyasının pozğunluqları, nefrozo-nefritin ağırlaşmış formaları, diffuz qlomerulonefrit, sistit;
– metrorragiya;
– qanhayxırma;
– xolelitiaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ağrı hissinin qarşısını almaq məqsədilə inyeksiya yeridilən nahiyəyə 0,5 ml 2%-li novokain məhlulu yeritmək olar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hemopoezi və dəmir preparatlarının stimullaşdıran vasitələrin təsirini gücləndirir. Aloe ekstraktı ilə birlikdə tiazid diuretikləri, ilgək diuretikləri, biyan preparatları, kortikosteroidlər istifadə etdikdə kalium çatışmazlığının əmələ gəlməsi riski artır.
Uyuşmazlıq
Digər dərman vasitələri ilə preparatı qarışdırmaq olmaz.
Hamiləlik və ya laktasiya dövründə istifadəsi
Dərman vasitəsini hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz, belə ki, onun təsir mexanizmi (biogen stimullaşdırıcı kimi) kifayət qədər tədqiq edilməmişdir.
Pediatriyada istifadəsi
3 yaşdan yuxarı uşaqlarda istifadə edilir.
Nəqliyyat vasitələrini və digərpotensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Tədqiq edilməmişdir.
İstifadə qaydası və dozası
Çöküntü olduqda, ampulu açmazdan əvvəl homogen suspenziya əmələ gələnə qədər çalxalamaq lazımdır.
Aloe ekstraktı hər gün dəri altına yeridilir: böyüklər – 1 ml (maksimal sutkalıq doza 3-4 ml), 3-5 yaşlı uşaqalar üçün 0,2-0,3 ml, 5 yaşdan yuxarı uşaqları üçün 0,5 ml. Müalicə kursu 30-50 inyeksiya təşkil edir. 2 və ya 3-aylıq fasilədən sonra təkrar müalicə kursu aparıla bilər.
Əlavə təsirləri
Həzm traktında baş verən pozğunluqlar: qıcıqlanma hissi, dispepsiya, qarın nahiyəsində ağrı.
Ürək-damar sistemində baş verən pozğunluqlar: arterial təzyiqin yüksəlməsi.
İmmun sistemdə baş verən pozğunluqlar: hiperemiya, qaşınma, səpgilər, övrə daxil olmaqla, allergik reaksiyalar.
Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində reaksiyalar: başgicəllənmə, kiçik çanaq orqanlara qanın axması hissi, menstrual qanaxmaların güclənməsi, yandırma hissi, hipertermiya, yeridilən nahiyədə dəyişikliklər, hipertermiya, qaşınma daxil olmaqla.
Doza həddinin aşılması
Preparatla doza həddinin aşılması halları barədə məlumat yoxdur. Əlavə təsirlərin güclənməsi mümkündür.
Buraxılış forması
1 ml preparat, ampulda. 5 ampul, konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25º C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
“Darnitsa” Əczaçılıq şirkəti”. ÖSC.
Ukrayna, 02093, Kiyev ş., Borispolskaya k., 13.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.