TOLON 5 ML GOZ DAMCISI
| Təsiredici maddə | FLUOROMETHOLONE ACETATE |
|---|---|
| Dərman forması | Damcı |
| Farmakoloji təsir | Oftalmologiyada istifadə olunan iltihabəleyhinə vasitələr; kortikosteroidlər |
| İstehsal ölkəsi | Koreya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,60 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TOLON 1% göz damcısı, oftalmoloji suspenziya Beynəlxalq patentləşdirilməmiş adı: Fluorometholone
Tərkibi
Təsiredici maddə: 1 ml suspenziyanın tərkibində 1 mq flüorometolon vardır. Köməkçi maddələr: hidroksimetilsellüloza, benzalkonium xlorid, dinatrium edetat hidrat, natrium xlorid, susuz iki əsaslı natrium fosfat, bir əsaslı natrium fosfat monohidrat, polisorbat 80, natrium hidroksid, inyeksiya üçün su.
Təsviri
Ağ rəngli suspenziyadır.
Farmakoterapevtik qrupu
Oftalmologiyada istifadə olunan iltihabəleyhinə vasitələr; kortikosteroidlər. ATC kodu: S01BA07.
Farmakoloji xüsusiyyətləri
Flüormetolon dezoksiprednizolon törəməsi olub, göz iltihabının müalicəsi üçün istifadə olunan sintetik kortikosteroiddir (qlükokortikoid). Qlükokortikosteroidlər sitoplazmatik reseptorlara bağlanır və infeksiya mediatorlarının sintezinə nəzarət etməklə iltihab reaksiyalarını və kapilyar proliferasiyası, yara izlərini azaldır.
İstifadəsinə göstərişlər
Palpebral və bulbar konyuktivanın, buynuz qişanın və gözün ön seqmentinin kortikosteroidə həssas iltihabı xəstəliklərində istifadə olunur.
Əks göstərişlər
− Təsiredici maddəyə və sadalanan köməkçi maddələrə qarşı yüksək həssaslıq, − Vaccinia və suçiçəyi kimi buynuz qişanın virus xəstəlikləri daxil olmaqla, kəskin epitelial herpes simpleks keratiti (dendrit keratiti) olan pasiyentlər, − Gözün mikobakterial və müalicə olunmamış bakterial infeksiyası və göz strukturlarının göbələk xəstəlikləri, − Xroniki blefariti olan pasiyentlər.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bir qayda olaraq, bu dərman vasitəsi aşağıdakı pasiyentlər üçün istifadə edilmir. Zərurət olduqda, yalnız xüsusi ehtiyatla istifadə edilə bilər. − Subepitelial buynuz qişasının laylanması və ya keratoxelkoz (bu simptom kəskinləşərək buynuz qişanın perforasiyası ilə nəticələnə bilər) xəstəliyi olan pasiyentlər. − Gözün vərəm xəstəliyi və ya irinli xəstəlikləri olan pasiyentlər (bu simptom kəskinləşərək buynuz qişanın perforasiyası ilə nəticələnə bilər). − Qlaukoma xəstəliyi olan pasiyentlər. − 2 yaşdan kiçik körpələr. Müalicə zamanı suçiçəyi və qızılca xəstəliyinə yoluxma, ölümə səbəb ola bilər. Bu səbəbdən aşağıdakı ehtiyat tədbirləri tələb olunur. − Müalicədən əvvəl, anamnezdə qızılça xəstəliyinin olmasını və vaksinasiyanı müəyyən edin. − Suçiçəyi və qızılça xəstəliyi olmayan pasiyentlərdə bu infeksiyaların qarşısı alınmalı və diqqətlə müşahidə olunmalıdır. İnfeksiyaya şübhə olduqda və ya yoluxma baş verdikdə, dərhal müvafiq tədbirlər görülməlidir. − Pasiyentlər suçiçəyi və qızılca xəstəliyinə qarşı peyvənd edilsələr də, diqqətlə müşahidə edilməlidir, çünki terapiya zamanı qızılça inkişaf edə bilər. − Yerli kortikosteroidlər, diaqnoz qoyulmadan kongestiv gözlərdə istifadə edildikdə, korluq inkişaf edə bilər. − Anamnezdə Herpes simpleks xəstəliyi olan pasiyentlərdə kortikosteroid dərman vasitələri ehtiyatla istifadə edilməlidir; tez-tez gözün lampa mikroskopiyası tövsiyə olunur. − Bu preparat 10 gün və ya daha uzun müddət istifadə edildikdə, gözdaxili təzyiqə mütəmadi olaraq nəzarət edilməlidir. − Kortikosteroidlər iprit qazı ilə yanma nəticəsində yaranan keratit və Şeqren keratokonyunktivitində effektiv deyil. − İltihab və ya ağrı 48 saatdan çox davam edirsə və ya ağırlaşırsa, dərman vasitəsinin istifadəsi dayandırılmalı və həkimə müraciət edilməlidir. − Kontakt linzalarından istifadə zamanı, preparatın istifadəsindən ən azı 30 dəqiqə sonra linzalar taxıla bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Kobikistat tərkibli preparatlar daxil olmaqla, CYP3A inhibitorları ilə birgə istifadə əlavə təsir risklərini artıra bilər. Yerli steroidlərin və yerli QSİƏP-ın yanaşı istifadəsi buynuz qişada sağalma problemlərinin potensialını artırır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamilə qadınlarda flüorometolona dair adekvat və nəzarət olunan tədqiqatlar aparılmayıb. Heyvanlar üzərində aparılan tədqiqatlarda reproduktiv toksiklik müşahidə olunmuşdur.Hamiləlikdə istifadəsi tövsiyə edilmir. Laktasiya Bu dərman vasitəsinin insan südündə aşkar edilə bilən miqdarda nüfuz edilməsi üçün, kifayət qədər sistem absorbsiyaya malik olduğu bilinmir. Bu səbəbdən bu dərman vasitəsi laktasiya dövründə istifadə edilməməlidir. Preparatın istifadəsi qaçınılmaz olduqda, ana südü ilə qidalandırma dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müvəqqəti bulanıq görmə və ya digər görmə pozulmaları nəqliyyat vasitələrinin və digər mexanizmlərin idarə edilməsinə təsir edə bilər. Preparatın istifadəsindən sonra görmə bulanıqlığı yarandıqda, nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etməzdən əvvəl görmənin aydınlaşmasını gözləmək lazımdır.
İstifadə qaydası və dozası
İstifadə qaydası Yalnız oftalmoloji istifadə üçündür. Damcıladıcıya toxunmayın və ya onun gözünüzə toxunmasına imkan verməyin. İstifadə etməzdən əvvəl yaxşı silkələyin. Preparatın çirklənməsindən qaçmaq üçün, bu dərman vasitəsini ictimai yerlərdə istifadə etməyin. Dozalanma Gündə 2-4 dəfə bir və ya iki damcı təyin olunur. Dozanın tənzimlənməsi xəstəliyin ağırlığından asılıdır. Uşaqlar Uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi öyrənilməyib. Yaşlılar Yaşlı pasiyentlərdə bioloji funksiyaların zəifləməsi səbəbindən, preparat bu yaş qrupunda xüsusi ehtiyatla istifadə edilməlidir.
Əlavə təsirləri
Göz pozğunluqları − Kortikosteroidlərin uzunmüddətli istifadəsi, optik sinirin zədələnməsi, görmə kəskinliyinin və görmə sahəsinin qüsurları ilə gözdaxili təzyiqinin və qlaukomanın artmasına səbəb ola bilər. Bu səbəbdən gözdaxili təzyiq vaxtaşırı yoxlanılmalıdır. − Buynuz qişanın herpesi, buynuz qişanın mikozu, psevdomonas infeksiyası baş verə bilər. Belə hallarda, müvafiq tədbirlər görülməlidir. − Bu dərman vasitəsi travma, buynuz qişanın herpesi, buynuz qişanın xorası üçün istifadə edildikdə perforasiya baş verə bilər. − Nadir hallarda preparatın uzunmüddətli istifadəsi arxa subkapsular kataraktaya səbəb ola bilər. − Preparatın uzunmüddətli istifadəsi, göz toxumalarından ifraz olunmuş göbələk və ya viruslardan ikincili okulyar infeksiyaların yaranmasına səbəb ola bilər. − Gözün kəskin irinli müalicə olunmamış infeksiyası maskalana bilər və ya steroid dərman vasitələrin istifadəsi ilə aktivliyi arta bilər. − Kəskin uveit, keratit, konyunktivit, buynuz qişanın xorası, göz bəbəyinin genişlənməsi, konyunktival qıcıqlanma, akkomodasiya spazmı, blefaroptoz baş verə bilər. Yaraların sağalmasında gecikmə Katarakta əməliyyatından sonra yaranın sağalması gecikə bilər və ya su vakuolunun əmələ gəlməsi arta bilər Hipofiz və böyrəkdaxili sistemin funksiyası Preparatın uzunmüddətli istifadəsi hipofizin və böyrəkdaxili sistemin funksiyasını inhibə edə bilər. Hiperhəssaslıq Hiperhəssaslıq reaksiya baş verdikdə, bu dərman vasitəsinin istifadəsi dayandırılmalıdır.
Doza həddinin aşılması
Preparatın okulyar istifadəsi zamanı doza həddinin aşılmasının toksik təsirə səbəb ola biləcəyi ehtimal edilmir. Həmçinin preparatın qəfil udulmasının toksik təsirə səbəb ola biləcəyi ehtimal edilmir. Gözdə təsadüfən doza həddinin aşılması halında göz su və ya normal fizioloji məhlulla yuyulmalıdır.
Buraxılış forması
5 ml suspenziya, plastik şəffaf flakonda.1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda , quru, sərin, işıqdan qorunan və uşaqların əli çatma-yan yerdə saxlamaq lazımdır. Sui-istifadə hallarının qarşısını almaq və dərmanın keyfiyyətini qorumaq üçün orijinal qablaşdırmada saxlayın.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
SAMCHUNDANG PHARM.CO., LTD. 71, Jeyakgongdan 2-gil, Hyangnam-eup, Hwaseong-si, Gyeonggi-do, Koreya Respublikası.
Qeydiyyat vəsiqəsinin sahibi
Rich Pharma LP. EH67BD, 4-5 Mitchell Street, Summit House, Birləşmiş Krallıq.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.