Klimaksan N40 tablet
| Təsiredici maddə | CIMICIFUGA RACEMOSA + LACHESIS MUTUS + APIS MELLIFICA |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Homeopatik vasitə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,92 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KLİMAKSAN HOMEOPATİK homeopatik tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
Tərkibi
Təsiredici maddələr:1 tabletin tərkibində (1:1:1 nisbətində) laktoza monohidrata homeopatik triturasiya şəklində 0,0024 q Cimicifuga racemosa (Cimicifuga) С200, Lachesis mutus (Lachesis) С50, Apis mellifica (Apis) С200 vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, maqnezium stearat.
Təsviri
Yastı silindrik formalı, iti kənarlı, ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir. Farmakotyerapevtik qrupu Homeopatik vasitə.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Çoxkomponentli homeopatik preparat olub, təsiri tərkibinə daxil olan komponentlərlə əlaqədardır. Farmakokinetikası Müasir fiziki-kimyəvi analiz üsullarının (qaz-maye xromatoqrafiyası, yüksək effektli maye xromatoqrafiyası, xromato-kütlə-spektrometriya) həssaslığı bioloji mayedə, orqan və toxumalarda Klimaksan homeopatik preparatının təsiredici maddələrinin miqdarını qiymətləndirməyə imkan vermir, bu da, texniki olaraq, farmakokinetikanın öyrənilməsinə imkan vermir.
İstifadəsinə göstərişlər
Klimakterik sindromun (qıcıqlanma, emosional labillik, yuxunun pozulması, başağrı, başgicəllənmə, ürəkdöyünmə, tərləmə, “istibasma”) təzahürünün müalicəsində simptomatik vasitə qismində.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; hamiləlik və laktasiya dövrü, laktozaya qarşı dözümsüzlük, laktaza defisiti, qlükoza-qalaktoza malabsorbsiyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Şəkərli diabetli pasiyentlər nəzərə almalıdırlar ki, preparatın 1 tabletinin tərkibində 0,2136 q laktoza vardır ki, bu da, 0,018 çörək vahidinə (ÇV) müvafiqdir. Preparatın maksimal sutkalıq dozası 4 tablet təşkil edir ki, bu da, 0,072 ÇV-ə ekvivalentdir. Preparatla müalicə kursu dövründə müalicəyə terapiyanın mümkün korreksiyası ilə bağlı 2 ayda 1 dəfədən az olmayaraq həkimlə məsləhətləşmək lazımdır. Homepatik dərman vasitələrinin qəbulu zamanı mövcud simptomların müvəqqəti kəskinləşməsi (ilkin pisləşmə) mümkündür. Bu halda preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hazırkı dövrə qədər digər dərman vasitələrilə uyuşmazlığı halları qeyd edilməyib. Homeopatik preparatların istifadəsi digər dərman vasitələrilə müalicəni istisna etmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Qadınlarda hamiləlik və laktasiya dövründə Klimaksan homeopatik preparatının istifadəsi əks göstərişdir. Pediatriyada istifadəsi Klimaksan homeopatik preparatı uşaqlarda istifadə üçün nəzərədə tutulmayıb.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Klimaksan homeopatik preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri aşkar edilməyib.
İstifadə qaydası və dozası
Bir qəbula 1 tablet (tam həll olana qədər ağızda saxlamaq lazımdır, lakin qida qəbulu zamanı deyil) gündə 2 dəfə səhər və axşam qəbul edilir. Simptomların ağırlıq dərəcəsindən asılı olaraq, preparatın qəbulunu gündə 3-4 dəfəyə qədər artırılması mümkündür. Preparatın məsləhət görülən qəbul müddəti 6 ay təşkil edir. Həkim məsləhətilə təkrar müalicə kursunun aparılması mümkündür.
Əlavə təsirləri
Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq reaksiyaları mümkündür. Əlavə təsirlərin təzahürü zamanı preparatın qəbulunu dayandırmaq və bu barədə həkimə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı preparatın tərkibinə daxil olan köməkçi maddələrlə əlaqədar dispeptik hallar mümkündür. Müalicəsi Simptomatikdir.
Buraxılış forması
Homeopatik tabletlər. 20 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 2 konturlu- yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat “EİF “Materia Medika Holdinq” MMC. Rusiya, 127473, Moskva ş., 3-cü Samotyoçnıy döngəsi, ev 9. Tel.:/Faks: +7 (495) 684-43-33. Qaynar xətt telefonları: +7 (495) 681-09-30; +7 (495) 681-93-00. E-mail: [email protected] Ünvan Rusiya, 454139, Çelyabinsk ş., Buquruslanskaya k., ev 54. Azərbaycan Respublikasında iradları qəbul edən təşkilat “Materia Medika Holdinq “EİŞ” MMC nümayəndəliyi. Azərbaycan Respublikası, AZ 1025, Bakı ş., Xətai r., Nobel pr., v 15, məhəllə 1212. Tel.: +994 124886892. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.