Emoksibel 10 mq 5 ml məhlul
| Təsiredici maddə | EMOXYPINE |
|---|---|
| Dərman forması | Məhlul |
| Farmakoloji təsir | Göz xəstəliklərinin müalicəsi üçün preparat |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,84 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
EMOKSİBEL 10 mq/ml göz damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Methylethylpyridinol hydrochloride
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq (10 mq/ml) emoksipin vardır. Köməkçi maddələr: susuz natrium sulfit, natrium benzoat, kalium dihidrofosfat, dinatrium fosfat dihidrat, inyeksiya üçün su
Təsviri
Şəffaf, rəngsiz və ya sarımtıl rəngli məhluldur.
Farmakoterapevtik qrupu
Göz xəstəliklərinin müalicəsi üçün preparat. ATC kodu: S01XA.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Angioprotektor, damar divarının keçiriciliyini azaldır, sərbəst radikal proseslərinin inhibitorudur, qanın özlülüyünü və trombositlərin aqreqasiyasını azaldır. Retinoprotektiv xüsusiyyətlərə malikdir, gözdaxili qanaxmaların rezorbsiyasını təmin edir və gözün mikrosirkulyasiyasını yaxşılaşdırır. Farmakokinetikası Preparat sürətlə gözün toxumalarına nüfuz edir, burada depolaşır və metabolizmə uğrayır. Gözün toxumalarında konsentrasiyası qandakından daha yüksəkdir. Onun çevrilməsinin dezalkilləşmə və konyuqasiya məhsulları ilə təmsil olunan 5 metaboliti aşkar edilmişdir. Qaraciyərdə metabolizə olunur. Metabolitlər böyrəklər vasitəsilə xaric olunur. Plazma zülalları ilə orta hesabla 42% bağlanır.
İstifadəsinə göstərişlər
• gözün ön kamerasında qanaxmalar (müalicə); • yaşlılarda sklerada qansızmalar (müalicə və profilaktika); • buynuz qişanın iltihabı və yanıqları (müalicə və profilaktika); • miopiyanın ağırlaşmaları (müalicə); • kontakt linzaların taxılması zamanı yaranan ağırlaşmalar (müalicə).
Əks göstərişlər
− Metiletilpiridinоl hidrоxlоridə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq. − Hamiləlik.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla Laktasiya dövrü. Dərmanın vasitəsinin damızdırılmasından əvvəl hər hansı kontakt linzalar çıxarılmalı və preparat təyin olunduqdan 20 dəqiqə sonra linzalar yenidən yerinə taxılmalıdır. Köməkçi maddələr haqqında vacib məlumat Emoksibel dərman preparatının tərkibində natrium benzoat E 211 var. Bu dərini, gözləri və selikli qişaları bir qədər qıcıqlandıra bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman preparatları ilə terapiya fonunda Emoksibel dərmanının istifadəsi zamanı mənfi təzahürlər təsvir edilməmişdir. Digər göz damcılarının eyni vaxtda istifadəsinə ehtiyac olduqda, Emoksibel preparatı əvvəlki dərmanın tam sorulmasından sonra (ən azı 15 dəqiqə sonra) sonuncu yeridilir. Emoksibel digər dərman vasitələri ilə qarışdırılmamalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamiləlik zamanı preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövrü Laktasiya dövründə preparatın istifadəsi yalnız ana üçün gözlənilən fayda uşaq üçün potensial riskdən daha yüksək olduqda mümkündür. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Göz damcılarını tətbiq etdikdən sonra qısa müddətli yanma hissi və qaşınma müşahidə edilə bilər. Dərman preparatını istifadə etdikdən sonra 15-20 dəqiqə ərzində nəqliyyat vasitələrini idarə etməkdən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Preparat yerli istifadə üçün nəzərdə tutulmuşdur. Dərman preparatı gündə 2-3 dəfə 1-2 damcı konyunktiva kisəsinə instillyasiya şəklində istifadə olunur. Müalicə müddəti xəstəliyin ağırlılıq dərəcəsindən asılıdır və həkim tərəfindən müəyyən edilir (adətən 3-30 gün). Lazım gələrsə və yaxşı tolerə edilirsə, müalicə kursu 6 aya qədər davam etdirilə bilər. Lazım gələrsə, 4-6 aylıq fasilələrlə təkrar müalicə kursları aparılır. Damcıladıcı qapağı olan flakonların istifadəsi üçün tövsiyələr İstifadə etməzdən əvvəl bu bölməni diqqətlə oxuyun və aşağıda mətndə və 1-6-cı şəkillərdə göstərilən əməliyyatları ardıcıllıqla yerinə yetirin. 1. Flakonu qablaşdırmadan çıxarın. 2. Əgər flakon alüminium qapaqla bağlanıbsa: qayçını qapaqla 45 dərəcə bucaq altında onun aşağı kənarından yuxarı qaldıraraq yerləşdirin, alüminium qapağı rezin qapaq ilə birlikdə çıxarın (Şəkil A 1-2). Əgər flakon plastik qapaqlı alüminium qapaqla möhürlənibsə: plastik qapağı kəsiklərin yanından qüvvətlə çəkin, şaquli olaraq qaldırın, sonra qapağın bütövlüyünü pozmaq üçün flakon boyunca kəskin şəkildə aşağı çəkin. Alüminium qapağı və rezin tıxacı çıxarın (Şəkil B 1-2). 3. Damcıladıcını qablaşdırmadan çıxarın və flakonun üzərinə möhkəm yerləşdirin (şək. 3). 4. Hava qabarcıqlarını çıxarmaq üçün flakonu şaquli çevirin və bir neçə saniyə gözləyin. Böyük qabarcıqlar olduqda, flakonu ilkin vəziyyətinə qaytarın və sonra flakonun dibinə ehtiyatlı şəkildə vuraraq hərəkəti yavaş-yavaş təkrarlayın (şək. 4). 5. Şəhadət və baş barmağınızla pipetkaya basaraq damcıları buraxın (şək. 5). Damcıladıcının ucluğunu gözlərə və ya digər səthlərə toxundurmaq olmaz – bu, məhlulun infeksiyalaşmasına (çirklənməsinə) səbəb ola bilər. 6. Flakonu çevirərək, damcıladıcının ucluğunu xüsusi tıxacla bağlayın (şəkil 6). А Б Absorbsiyanı azaltmaq üçün instillyasiyadan sonra gözün daxili küncünə barmağınızla basaraq 1-2 dəqiqə ərzində göz kanalını sıxmaq məsləhət görülür. Xüsusi qrup pasiyentlər Uşaqlar və yeniyetmələr Kifayət qədər məlumatların olmaması səbəbindən preparatın uşaqlarda və 18 yaşdan kiçik yeniyetmələrdə istifadəsi tövsiyə edilmir.
Əlavə təsirləri
Dərman vasitəsini istifadə edərkən yanma hissi, qaşınma, konyunktivanın qısa müddətli qızarması, paraorbital toxumaların qalınlaşması və allergik reaksiyalar yarana bilər. Şübhəli əlavə reaksiyalar barədə məlumatların bildirilməsi Dərman vasitəsinin “fayda-risk” balansının davamlı monitorinqini təmin etmək üçün dərman preparatı qeydiyyata alındıqdan sonra şübhəli əlavə reaksiyalar barədə məlumatların verilməsi vacibdir. Səhiyyə mütəxəssislərinin hər hansı şübhəli dərman reaksiyaları barədə mənfi reaksiyaların milli hesabat sistemi vasitəsilə məlumat vermələri tövsiyə edilir.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları təsvir edilməmişdir.
Buraxılış forması
5 ml məhlul flakonda. 1 flakon damcıladıcı qapaqla və içlik vərəqə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq – ° lazımdır. Açılmış flakonu işıq düşməyən yerdə, 15 25 C temperaturda, 4 həftə ərzində saxlamaq olar.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Belmedpreparaty RUE, Republic of Belarus. Republic of Belarus, Minsk, 220006, 1/1, Mayakovsky st. (workshop №5 and №8).
Qeydiyyat vəsiqəsinin sahibi
Belmedpreparaty RUE, Republic of Belarus Republic of Belarus, Minsk, 220007, 30, Fabritsius st. Tel./Faks: (+375 17) 220 37 16. e-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.