Eyelos 15 ml göz damcısı

Təsiredici maddə: HYPROMELLOSE
Təsiredici maddəHYPROMELLOSE
Dərman formasıDamcı
Farmakoloji təsirOftalmologiyada istifadə edilən digər vasitələr. Süni göz yaşı və digər indifferent vasitələr
İstehsal ölkəsiRumıniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,70 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

EYELOS 0,5%-li məhlul, göz damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Hiprоmellоza

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5mq hipromelloza vardır. Köməkçi maddələr: dinatrium fosfat dodekahidrat, natrium dihidrofosfat monohidrat, natrium xlorid, natrium edetat, benzalkonium xlorid, təmizlənmiş su.

Təsviri

Görünən hissəcikləri olmayan opalessensiyaedici məhluldur.

Farmakoterapevtik qrupu

Oftalmologiyada istifadə edilən digər vasitələr. Süni göz yaşı və digər indifferent vasitələr. ATC kodu: S01XA20.

Farmakoloji xüsusiyyətləri

Hipromelloza inert maddələrə aiddir, farmakoloji aktivliyə malik deyil.

İstifadəsinə göstərişlər

Göz yaşı mayesinin kifayət qədər hasil edilməməsi ilə əlaqədar olan «quru göz» sindromu və gözün qıcıqlanması əlamətlərinin yüngülləşdirilməsi üçün yerli istifadə olunur (məsələn, revmatoid artriti, quru keratokonyunktiviti və kseroftalmiyası olan pasiyentlərdə). Həmçinin süni gözlər üçün okulyar lubrikant kimi də istifadə olunur.

Əks göstərişlər

Tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Dərman vasitəsinin istifadəsi zamanı simptomlar hələ də davam edərsə və ya pasiyentin vəziyyəti pisləşərsə (baş ağrısının müşahidə edilməsi və ya pisləşməsi, görmənin pozilması hallarında göz ağrısı, konyunktivanın hiperemiyası və s.), dərman preparatının istifadəsi dayandırılmalı və həkimə müraciət edilməlidir. Dərman vasitəsinin möhtəviyyatının sterilliyini qorumaq üçün damcıladıcının ucluğunun gözlərə və ya hər hansı digər səthlərə təmas edilməsinə imkan verilməməlidir. Dərman vasitəsinin tərkibində 0,1 mq/ml benzalkonium xlorid var ki, bu da yumşaq kontakt linzaların rənginin dəyişməsinə səbəb ola bilər. Dərman preparatı kontakt linzalardan istifadə edən xəstələr tərəfindən istifadə edilməməlidir. Dərmanı istifadə etməzdən əvvəl kontakt linzalar çıxarılmalıdır və onlar preparatın istifadəsindən 15 dəqiqə sonra yenidən taxıla bilər. Həmçinin Benzalkonium xlorid xüsusilə, gözlərdə quruluq və ya buynuz qişa ilə əlaqəli problemləri (gözün ön hissəsindəki şəffaf təbəqə) olanlarda gözlərin qıcıqlanmasına səbəb ola bilər. Bu dərman vasitəsini istifadə etdikdən sonra gözlərinizdə hər hansı anormal hisslər, yanma və ya ağrı hiss edirsinizsə, bu barədə həkiminizə məlumat verin. Uşaqlarda istifadəsi Eyelos dərman vasitəsinin uşaqlarda istifadəsi ilə əlaqəli kifayət qədər təcrübə yoxdur, buna görə də uşaqlara preparatın təyin edilməsi yalnız gözlənilən terapevtik effekt gözlənilən yan təsirlərin yaranması riskini üstələdiyi halda mümkündür.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Mümkün olan qarşılıqlı təsirlər barədə məlumat yoxdur. Eyelos preparatı oftalmologiyada yerli olaraq istifadə edilən digər preparatların gözlə təmas müddətini uzada bilər. Eyni zamanda digər dərman vasitələri istifadə etdikdə həkimlə məsləhətləşmək lazımdır. Eyelos dərman vasitəsini digər dərman vasitələri ilə eyni zamanda təyin etdikdə damızdırmalar arasında interval 15 dəqiqədən az olmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınlarda hipromellozanın oftalmoloji dərman vasitələri kimi istifadəsinə dair məlumat yoxdur və ya məhduddur. Konyunktiva kisəciyinə damızdırıldıqdan sonra hipromelloza cüzi sistem təsir göstərir, dərman vasitəsi farmakoloji cəhətdən inertdır. Laktasiya Ana südü ilə qidalandıran qadınlarda yerli istifadəsi zamanı hipromellozanın və onun metabolitlərinin ana südünə nüfuz etməsinə dair məlumat yoxdur. Təbii qidalandırma zamanı uşaqlara təsiri gözlənilmir, çünki hipromellozanın sistem təsiri çüzidir, bundan əlavə hipromelloza farmakoloji inert maddədir. Eyelos preparatı istifadə etməzdən öncə hamilə və süd verən qadınlara həkimlə məsləhətləşmək tövsiyə olunur. Pediatriyada istifadəsi Eyelos preparatının uşaqlarda istifadəsinə aid kifayət qədər təcrübə yoxdur, bu səbəbdən də uşaqlarda istifadəsi yalnız o zaman mümkündür ki, gözlənilən müalicəvi effekt əlavə təsirlərin inkişaf etmə riskin- dən üstün olmuş olsun.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Dərman vasitəsinin istifadəsindən sonra müvəqqəti olaraq görmə pozğunluqları mümkündür, bu da avtomobili və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Görmə qabiliyyəti tam bərpa olunana qədər avtomobili idarə etməkdən və digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Dərman vasitəsi yalnız yerli istifadə üçün nəzərdə tutulub. Əgər həkim başqa cür təyin etməyibsə, gözün (gözlərin) konyunktiva kisəciyinə gündə 3 dəfə 1-2 damcı damızdırılır. Dərman vasitəsinin dozalanma rejimi və istifadə müddəti xəstəliyin xüsusiyyətlərini, nail olunan effektini və dərman vasitəsinin tolerantlığını nəzərə almaqla həkim tərəfindən təyin olunur. Göz damcılarının istifadəsi üzrə təlimat 1. İstifadədən öncə əllərinizi yuyun. 2. Flakonu açın. 3. Flakonu böyük və şəhadət barmaqlarınızın arasında saxlayaraq damcıladıcını başı aşağı tutun. 4. Başınızı arxaya əyin. 5. Göz qapağı və göz arasında damcı düşə biləcək “cib” əmələ gələnədək aşağı göz qapağını yüngülcə dartın. 6. Flakonu göz üzərində tutun və damcı düşənə qədər səliqə ilə sıxın. Flakonu çox bərk sıxmayın. 7. Damcıladıcının ucu ilə hər hansı bir səthə (göz qapaqları, gözətrafı sahə, kipriklər və digər səthlər) toxunmayın. 8. Göz damcılarının artığını salfetlə silin. 9. Göz damcılarından istifadə etdikdən sonra flakonu bağlayın.

Əlavə təsirləri

Dərman vasitəsinin yerli istifadəsindən sonra aşağıdakı əlavə təsirlər mümkündür (əlavə təsirlərin inkişaf tezliyi məlum deyil (mövcud məlumatlara görə tezliyi təyin etmək mümkün olmur): görmə orqanları tərəfindən pozğunluqlar: görmənin pozulması, gözlərdə ağrı, gözlərdə yad cisim hissi, acışma və ya qıcıqlanma hissi, konyunktivanın hiperemiyası, göz qapaqlarının yapışması hissi. Hiperhəssaslıq reaksiyaları mümkündür (allergik reaksiyalar). Çox nadir hallarda buynuz qişanın zədələnmələri olan pasiyentlərdə tərkibində fosfatlar olan göz damcılarının istifadəsindən sonra buynuz qişanın kalsifikasiyası inkişafı halları barədə məlumat verilmişdir. Əlavə təsirlər yarandığı halda, o cümlədən, içlik vərəqədə qeyd olunmayan, preparatdan istifadəni dayandırıb həkimə müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Dərman vasitəsinin xüsusiyyətlərinə əsasən yerli istifadə etdikdə və ya flakonun bütün möhtəviyyatının təsadüfi daxilə qəbul edildikdə doza həddinin aşılması zamanı toksik effektlər gözlənilmir.

Buraxılış forması

15 ml məhlul, qoruyucu halqa ilə təchiz edilmiş, burulub bağlanan qapaqlı plastik flakon-damcıladıcıda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

–  15 25 C temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Açılmamış orijinal qablaşdırmada 4 il. Qablaşdırmanın ilk açılışından sonra göz damcıları 4 həftə ərzində istifadə olunmalıdır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi «К.О. Romfarm Kompani S.R.L», Rumıniya, İlfov, 075100 Otopeni ş., Eroilor küç., №1А.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Eyelos 15 ml göz damcısı” üçün ilk rəyi siz yazın.