Bestoxol 4 % 10 ml damcı
| Təsiredici maddə | TAURINE |
|---|---|
| Dərman forması | Damcı |
| Farmakoloji təsir | Oftalmologiyada istifadə edilən vasitələr. Digər oftalmoloji preparatlar |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
BESTOKSOL 4% göz damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Taurine
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 40 mq taurin vardır. Köməkçi maddələr:metilparahidroksibenzoat, natrium hidroksid, xlorid turşusu, inyeksiya üçün su.
Təsviri
Rəngsiz şəffaf məhluldur.
Farmakoterapevtik qrupu
Oftalmologiyada istifadə edilən vasitələr. Digər oftalmoloji preparatlar. ATC kodu: S01XA.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Taurin kükürd tərkibli aminturşulardan ibarət olub, reparasiya və gözün torlu qişasının distrofik xarakterli xəstəlikləri, göz toxumasının travmatik zədələnməsi, göz toxumasında metabolizmin əhəmiyyətli dərəcədə pozulması ilə müşayiət olunan patoloji proseslər zamanı regenerasiya proseslərini stimulə edir. Taurin hüceyrə membranının funksiyasının normallaşmasına, energetik və mübadilə proseslərinin optimallaşmasına, hüceyrə sitoplazmasının elektrolit tərkibinin sabitliyinin dəstəklənməsinə, siqnalın sinaptik ötürülməsinin tormozlanmasına səbəb olur (neyromediator rolu). Farmakokinetikası İnstilyasiya zamanı dərman vasitəsi özünün spesifik təsirini göstərərək, gözün daxilinə nüfuz edir. Terapevtik dozada istifadəsi zamanı taurin praktik olaraq sistem qan dövranına nüfuz etmir.
İstifadəsinə göstərişlər
– Piqment epitelinin patoloji dəyişikliyilə xarakterizə olunan irsi xəstəliklər daxil olmaqla, gözün buynuz qişasının və torlu qişanın distrofik zədələnməsi; – katarakta (yaşla əlaqəli, diabetik, travmatik, şüa ilə əlaqəli); – buynuz qişanın travması (reparasiya prosesinin stimulyasiyası); – açıqbucaqlı qlaukoma (əlavə terapiya qismində).
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksık həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Açıqbucaqlı qlaukoma zamanı preparatın instilyasiyası timololun istifadəsindən 20-30 dəqiqə əvvəl aparılır. Köməkçi maddələr Preparatın tərkibində metilparahidroksibenzoat vardır ki, bu allergik reaksiyalara (o cümlədən gecikmiş) səbəb ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın timololla (göz damcısı) eyni vaxtda istifadəsi zamanı gözdaxili təzyiqin enməsi nisbətində ikincinin təsirinin əhəmiyyətli dərəcədə güclənməsi qeyd edilə bilər, eləcə də arterial təzyiqin azalmasının güclənməsi.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Bu dövrlərdə preparatın istifadəsi, yalnız qadın üçün gözlənilən fayda dölə/uşağa olan potinsial riskdən üstün olduqda mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın antonəqliyyat idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsirini öyrənən tədqiqat aparılmamışdır.
İstifadə qaydası və dozası
Dozalanması Preparat böyüklərdə istifadə üçün nəzərdə tutulmuşdur. Zədələnmiş gözün konyunktivial kisəsinə sutkada 2-4 dəfə 2-3 damcı məhlul damızdırılır. Buynuz qişasının travması zamanı kurs müalicəsinin müddəti 1 ay, katarakta zamanı 3 ay təşkil edir (kurslar 1 ay fasilə intervalı ilə təkrar edilir). Piqment epitelinin patoloji dəyişikliyilə xarakterizə olunan irsi xəstəliklər daxil olmaqla, gözün torlu qişasının distrofik zədələnməsi və buynuz qişanın nüfuz edən yaraları zamanı konyunktivanın altına 10 gün ərzində sutkada 1 dəfə -,3 ml məhlul yeridilir (kurs 6-8 aydan sonra təkrar edilir). Açıqbucaqlı qlaukoma zamanı zədələnmiş gözün konyunktival kisəsinə timololun istifadəsindən 20-30 dəqiqə əvvəl sutkada 2 dəfə 2-3 damcı məhlul damızdırılır. Müalicə kursunun müddəti fərdi müəyyən edilir. Uşaqlar Preparatı uşaqlarda istifadə etmək məsləhət görülmür (uşaqlarda istifadəsinin effektivliyi və təhlükəsizliyi üzrə tədqiqatlar aparılmamışdır). İstifadə qaydası Preparat, yalnız oftalmologiyada istifadə üçün nəzərdə tutulmuşdur. Bilavasitə istifadəsindən əvvəl içərisində preparat olan flakonu bədən temperaturuna qədər isitmək üçün ovucda saxlamaq yaxşı olar. Bestoksolun yerli istifadə üçün digər oftalmoloji preparatlarla eyni vaxtda istifadəsinə ehtiyac olduqda, instilyasiya arasındakı interval 5 dəqiqədən az olmamalıdır. Göz məlhəmlərini ən axırda istifadə etmək lazımdır. Damcısalanın ucunun məhlulun mikroorqanizmlərlə kontaminasiyanın qarşısını almaq məqsədilə hər hansı səthlə kontaktından çəkinmək lazımdır.
Əlavə təsirləri
Bestoksolun istifadəsi zamanı preparatın komponentlərinə qarşı fərdi hiperhəssaslıqla əlaqədar allergik konyunktivit şəklində allergik reaksiyalar yarana bilər. Gözlərdə qaşınma, konyunktivanın hiperemiyası, gözlərin qıcıqlanması (gözlərdə sancı və yanma) kimi görmə orqanında baş verən reaksiyalar qeyd edilə bilər. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsir aşkar edildikdə və ya bu bölmədə qeyd edilməyən yeni əlavə təsir yarandıqda, Milli farmakonəzarət sisteminə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Preparatın doza həddinin aşılması barədə məlumat yoxdur.
Buraxılış forması
10 ml məhlul tixaclı-damcısalanlı və burulan qoruyucu qapaqlı, qoruyucu halqa ilə təchiz edilmiş plastik flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qprunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Flakon açıldıqdan sonra 28 gün ərzində istifadə edilməlidir.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi World Medicine Ilaç San. ve Tic.A.Ş,Turkey. Bağcılar İlçesi, Güneşli, 15 Temmuz Mahallesi, Cami Yolu Cad. No:50 K. 1B Zemin 4-5-6, İstanbul, Turkey.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.