Azarga 10 mq 5 ml damcı

Təsiredici maddə: BRINZOLAMIDE + TIMOLOL
Təsiredici maddəBRINZOLAMIDE + TIMOLOL
Dərman formasıDamcı
Farmakoloji təsirQlaukoma əleyhinə kombinəedilmiş (karboanhidrazanın inhibitoru + beta-adrenoblokator) dərman vasitəsi və miotiklər.
İstehsal ölkəsiBelçika

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

19,49 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

AZARQA göz damcısı, steril suspenziya AZARGA® Beynəlxalq patentləşdirilməmiş adı: Brinzolamide + timolol

Tərkibi

Təsiredici maddələr:1 ml preparatın tərkibində 10 mq brinzolamid və 5 mq timolol (6,8 mq timolol maleat şəklində) vardır. Köməkçi maddələr: benzalkonium xlorid (50%-li məhlul şəklində), dinatrium edetat, natrium xlorid, tiloksapol, mannitol, karbomer (974P), natrium hidroksid və / və ya xlorid turşusu, təmizlənmiş su.

Təsviri

Ağ -ağımtıl homogen suspenziyadır.

Farmakoterapevtik qrupu

Qlaukoma əleyhinə kombinəedilmiş (karboanhidrazanın inhibitoru + beta-adrenoblokator) dərman vasitəsi və miotiklər. АТC kodu: S01ED51.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

AZARQA dərman vasitəsi iki təsiredici maddədən: brinzolamid və timolol maleatdan ibarətdir. Bu iki komponent, fərqli təsir mexanizmləri ilə gözdaxili mayeni azaldaraq, artmış gözdaxili təzyiqi aşağı salırlar. İki təsiredici maddənin kombinə effekti, bu maddələrin təklikdə göstərdiyi təsirlə müqayisədə GDT azalmasında əlavə təsir yaradır. Brinzolamid, gözlərdə üstünlük təşkil edən izo-ferement, insan karboanhidraza II-nin güclü inhibitorudur. Karboanhidraza II-nin inhibə olunması nəticəsində bikarbonat ionlarının əmələ gəlməsinin ləngiməsi, ardınca isə natrium və mayenin nəqlinin azalması baş verir, bu isə gözün siliar cismində gözdaxili maye ifrazının azalmasına gətirib çıxarır. Timolol – beta-adrenoreseptorların simpatomimetik aktivliyə malik olmayan qeyri-selektiv blokatorudur, miokarda birbaşa depressiv təsir göstərmir, membranstabilləşdirici aktivliyə malik deyil. Kişilər arasında tonoqrafiya və flüorofotometriya tədqiqatları maddənin predominant təsirinin əmələ gələn gözdaxili maye yaranmasının azalması və maye axınının yüngül artması ilə əlaqələndirilir.

Klinik təsirlər

Açıq-bucaqlı qlaukoma və ya okulyar hipertoniyası olan həmçinin kombinə müalicədən yararlana biləcək və gözdaxili təzyiqin orta başlanğıc göstəricisi 25-27 mm c.st olan xəstələrin iştirakı ilə aparılmış 12-aylıq, nəzarət olunan klinik tədqiqatlarda, AZARQA göz damcısnın (gündə iki dəfə dozalanma rejimi) GDT-i orta azaltma təsiri 7-9 mm c. st. olmuşdur. Dorzolamid 20 mq/ml +timolol 5 mq/ml ilə müqayisədə AZARQA-nın təsiri az olmamışdır. GDT-in orta azalaması həkim müayinələrinin hər birində müşahidə edilmişdir. Açıq-bucaqlı qlaukoma və ya okulyar hipertoniya ilə orta GDT göstəricisi 25-27 mm.c.st olan xəstələrin iştirakı ilə aparılan 6-aylıq, nəzarət olunan klinik tədqiqatlarda AZARQA itifadəsinin nəticəsində GDTin orta azalması 7-9 mm c.st. təşkil etmişdir. Bu isə öz növbəsində gündə iki dəfə yalnız 10 mq/ml brinzolamidin təsiri ilə müqayisədə 3 mm.c.st. və gündə iki dəfə yalnız 5 mq/ml timolol təsiri ilə müqayisədə 2 mm c.st. yüksək olmuşdur. Tədqiqat boyu bütün müayinələrdə AZARQA, həm brinzolamid, həm də timololla müqayisədə GDT-in orta azalma göstəricisində statistik cəhətdən üstünlük nümayiş etdirmişdir. Dorzolamid 20 mq/ml+ timolol 5 mq/ml və AZARQA göz damcılarının istifadəsi ilə aparılan üç nəzarətli klinik tədqiqatlarda göz damcısının istifadəsi ilə yaranan okulyar diskomfort AZARQA qrupunda əhəmiyyətli şəkildə aşağı olmuşdur.

Farmakokinetikası

Yerli istifadədən sonra brinzolamid və timolol buynuz qişa vasitəsilə sorularaq sistem qan dövranına daxil olur. Farmakokinetik tədqiqatlarda, AZARQA göz damcısının istifadəsindən əvvəl tarazlıq vəziyyətini əldə etmək üçün sağlam şəxslər iki həftə ərzində gündə iki dəfə 1 mq peroral brinzolamid qəbul etmişdir. 13 həftə ərzində hər iki gözə gündə iki dəfə AZARQA göz damcısının istifadəsindən sonra brinzolamidin eritrositlərdə konsentrasiyası 4, 10, 15-ci həftələrdə müvafiq olaraq 18.8±3.29µM, 18.1±2.68µM və 18,4±3,01µM olmuşdur. Bu da brinzolamidin eritrositlərdə tarazlıq vəziyyətində səviyyəsinin saxlanılmasını göstərir (eritrositlərdə karboanhidraza II saturasiyası təqribən 20 µM təşkil edir). AZARQA göz damcısının istifadəsindən sonra Cmax və Tmax müvafiq olaraq 0.824 ng/ml və 0.79 saat təşkil etmişdir. Plazma zülalları ilə birləşməsi təqribən 60% təşkil edir. Brinzolamidin metabolizmi N-dealkilləşmə, О-dealkilləşmə və N-propil yan zəncirinin oksidləşməsi yolu ilə baş verir. Əsas metabolit – N-dezetilbrinzolamid, əsasən brinzolamid olduqda karboanhidraza I ilə birləşir və həmçinin eritrositlərdə toplanır. İn vitro tədqiqatlar göstərir ki, brinzolamidin metabolizminə, başlıca olaraq, CYP3A4 izofermenti, eləcə də CYP2A6, CYP2В6, CYP2С8 və CYP2С9 izofermentləri cavab verir. Timololun metabolizmi iki yolla baş verir: tiadiazol həlqədə etanolamin yan zəncirinin yaranması və morfolinin azotunun etanol yan zəncirinin formalaşması və azot ilə birləşmiş karbonil qruplu anoloji yan zəncirinin formalaşması ilə baş verir. Timololun metabolizmi əsasən CYP2D6 izofermenti ilə həyata keçir. 14C Brinzolamid sidik və nəcislə, müfaviq olaraq 32% və 29 % xaric olunur. Dozanın 20%-ə yaxın hissəsi sidikdə metabolit şəklində: əsas metabolit (N-dezetilbrinzolamid) və digər metabolitlərin (Ndezmetoksipropil və O-desmetil) iz konsentrasiyaları ilə aşkarlanır. Timolol və metabolitləri əsasən böyrəklərlə xaric edilir. Timololun təqribən 20% sidiklə dəyişilməmiş şəkildə və qalan hissəsi metabolitlər şəklndə xaric edilir. Timololun T1/2-i AZARQA-nın yerli istifadəsindən sonra 4,8 saat təşkil edir.

Ayrı-ayrı qrup xəstələrdə farmakokinetikası

Uşaqlar

AZARQA dərman vasitəsi uşaqlarda öyrənilməmişdir.

Yaşlı xəstələr

Böyük xəstələrlə müqayisədə yaşlı xəstələrdə preparatın təhlükəsizlik və effektivliyinə dair fərq müşahidə edilməmişdir.

Gender

AZARQA-nın yerli istifadəsindən sonra, brinzolamid, N-desetil brinzolamid və ya timololun sistem ekspozisiyasında gendera əsasən klinik əhəmiyyətli fərq qeyd edilməmişdir.

İrq

Preparatın effektivliyi və təhlükəsiziyində irqə əsasən fərqin olması ehtimal edilmir.

Qaraciyər və böyrək çatışmazlığı

AZARQA, qaraciyər və ya böyrək çatışmazlığı olan xəstələrdə öyrənilməmişdir.

İstifadəsinə göstərişlər

Monoterapiyanın kifayət etmədiyi və kombinəolunmuş terapiyanın məqsədəuyğun olduğu xəstələrdə açıqbucaqlı qlaukoma və ya gözdaxili hipertenziya zamanı gözdaxili təzyiqin azaldılması üçün.

Əks göstərişlər

• Təsiredici maddələrə, preparatın digər komponentlərinə, sulfonamidlərə və ya betaadrenoblokatorlara qarşı fərdi yüksək həssaslıq.
• Bronxial astma və ya anamnezdə bronxial astma və ya ağciyərlərin ağır xroniki obstruktiv xəstəlikləri də daxil olmaqla tənəffüs yollarının reaktiv xəstəlikləri.
• Sinus bradikardiyası, sinus düyününün zəifliyi sindromu, II-III dərəcəli atrioventrikulyar blokada, sinoatrial blokada, kəskin ürək çatışmazlığı, kardiogen şok.
• Hiperxloremik asidoz.
• Ağır allergik rinit.
• Ağır böyrək çatışmazlığı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yerli istifadə edilən digər oftalmoloji vasitələr kimi, brinzolamid və timolol sistem şəkildə sorulur. Timolol, beta-adrenergik blokator olduğu üçün, sistem beta-adrenergik blokatorların istifadəsi zamanı təzahür olunan kardiovaskulyar, ağciyər və digər əlavə təsirlərə oxşar əlavə təsirlər müşahidə edilə bilər. Preparatın sistem absorbsiyasını nəzərə alaraq, bütün sulfonamid törəmələrinə xas olan hiperhəssaslıq reaksiyaları AZARQA istifadə edən xəstələrdə də baş verə bilər. Ciddi reaksiya əlamətləri və ya hiperhəssaslıq əmələ gəldikdə, preparatdan istifadə dayandırılmalıdır. Peroral karboanhidraza inhibitorlarının qəbulu zamanı turşu-qələvi balansının pozulması qeyd edilmişdir. Metabolik asidoz riskinin olma ehtimalını nəzərə alaraq, böyrək funksiyasının pozulması riski olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Buynuz qişası zədəli olan (xüsusilə, endotelial hüceyrələri az olan) xəstələrdə, brinzolamidin endotelial funksiyada mümkün rolu barədə tədqiqatlar aparılmayıb. Karboanhidraza inhibitorları buynuz qişanın nəmlənməsini pozaraq, buynuz qişanın dekompensasiyası və ödemə səbəb ola bilər. Buynuz qişası zədəli olan, xüsusilə şəkərli diabet və ya buynuz qişa distrofiyası olan xəstələrdə diqqətli monitorinqin aparılması tövsiyə edilir.

Kardioloji pozulmalar

Ürək-damar xəstəlikləri (məsələn, ürəyin işemik xəstəliyi, Prinsmetal stenokardiyası və ürək çatışmazlığı) və hipotenziya olan xəstələrdə beta – blokatorlarla müalicə əsaslı şəkildə dəyərləndirilməli və digər aktiv maddələrlə müalicə nəzərdən keçirilməlidir. Ürək-damar xəstəlikləri olan xəstələr simptom və əlamətlərin pisləşməsinə və əlavə təsirlərin yaranmasına görə nəzarət altında olmalıdırlar. Birinci dərəcəli ürək blokadası olan pasiyentlərə ehtiyatla təyin edilməlidir.

Damar pozulmaları

Ağır periferik qan dövranı pozulmaları/xəstəlikləri (məs.: Reyno xəstıliyi və ya Reyno sindromu) olan xəstələr ehtiyatla müalicə olunmalıdırlar.

Respirator pozulmalar

Bəzi oftalmoloji beta-blokatorların istifadəsindən sonra, astma xəstələrində bronxospazmla əlaqədar ölüm də daxil olmaqla respirator reaksiyalar qeyd edilmişdir.

Hipoqlikemiya/diabet

Beta-adrenoblokatorları hipoqlikemiyaya meyilli və ya diabeti olan (xüsusilə labil gedişli diabet) xəstələrə ehtiyatla təyin etmək lazımdır, çünki bu preparatlar kəskin hipoqlikemiya simptomlarını gizlədə bilər.

Hipertiroidizm

Beta-blokatorlar həmçinin hipertireoidizm əlamətlərini gizlədə bilər.

Əzələ zəifliyi

Beta-adrenoblokatorların bəzi miastenik simptomlara (məs: diplopiya, ptozis və ümumi zəiflik) uyğun olan əzələ zəifliyini gücləndirməsi barəsində qeydlər olmuşdur.

Digər beta-blokatorlar

Gözdaxili təzyiqə təsir və ya beta-blokadanın məlum təzahürləri, artıq sistem beta-blokatorları qəbul edən xəstələrdə timololun istifadəsi zamanı güclənə bilər. Bu cür xəstələrdə cavab reaksiyasına ciddi nəzarət olmalıdır. İki beta-blokatorun və ya iki yerli karboanhidraza inhibitorunun eyni zamanda istifadəsi məsləhət görülmür.

Anafilaktik reaksiyalar

Atopiya və ya anamnezində müxtəlif allergenlərə qarşı ağır anafilaktik reaksiyaları olan xəstələrdə, beta-blokatorlarla müalicə zamanı, bu cür allergenlərə qarşı təkrar reaksiya və anafilaktik reaksiyaların müalicəsində istifadə edilən adrenalinin adi dozalarına qarşı rezistentlik yarana bilər.

Xoroidal qopma

Xoroidal qopma (gözün damar qişasının laylanması) timolol, asetazolamid kimi suda həll olunmuş supressantların istifadəsi zamanı filtrasiya prosedurundan sonra müşahidə olunmuşdur.

Cərrahi anesteziya

Oftalmoloji beta-blokatorlar məsələn, adrenalinin sistem beta-aqonist təsirlərini bloklaya bilər. Anestezioloqlar, xəstələrdə timololun istifadəsi ilə əlaqədar xəbərdar olmalıdırlar.

Kontakt linzalar

Benzalkonium-xlorid kontakt linzalarla təmasa girdikdə linzalar tərəfindən absorbsiya olunur və onların rəngini dəyişir. Preparatın yumşaq linzalarla təmasına yol verilməməlidir. Buna görə də xəstələrə preparatı istifadə etməzdən əvvəl linzaları çıxarmaları və istifadədən sonra linzaların yenidən taxılması üçün ən azı 15 dəqiqə gözləmələri tövsiyə edilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

AZARQA dərman vasitəsinin tərkibindəki karboanhidraza inhibitoru olan brinzolamid, yerli istifadə edilsə də, sistem şəkildə absorbsiya olunur. Peroral karboanhidraza inhibitorlarının istifadəsi zamanı turşu-qələvi balansının pozulması qeyd olunmuşdur. AZARQA istifadə edən xəstələrdə qarşlıqlı təsirlərin olma ehtimalı nəzərə alınmalıdır. Peroral karboanhidraza inhibitorları ilə birgə brinzolamid göz damcısı istifadə edən xəstələrdə karboanhidrazanın inhibə olunmasının məlum sistem təsirlərinə əlavə effektlərin olması ehtimalı var. Tərkibində brinzolamid olan göz damcıları ilə peroral karboanhidraza inhibitorlarının yanaşı istifadəsi tövsiyə edilmir. CYP3A4 inhibitorları ilə eyni vaxtda təyini zamanı ehtiyatlı olmaq lazımdır. Beta-adrenoblokatorların sistem təsirinin güclənməsi (ürək vurmalarının tezliyinin aşağı düşməsi, depressiya) CYP2D6 inhibitorları (xinidin, fluoksetion, paroksetin) və timololun eyni vaxtda istifadəsi zamanı inkişaf edə bilər. Timololun peroral kalsium kanallarının blokatorları, beta-adrenoblokatorlar, antiritmik preparatlar (amiodaron daxil olmaqla), ürək qlikozidləri və parasimpatomimetiklər ilə eyni zamanda istifadəsi zamanı hipotenziv təsirin və/ və ya aydın ifadə edilmiş bradikardiyanın güclənmə ehtimalı vardır. Oftalmoloji beta-blokatorlar və adrenalinin (epinefrin) yanaşı istifadəsi zamanı bəzən midriaz halları haqqında qeydlər olmuşdur. Beta-blokatorlar diabetəleyhinə vasitələrin hipoqlikemik təsirini gücləndirə bilər. Klonidin ilə eyni vaxtda istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik

AZARQA, göz damcısı, suspenziyanın yerli istifadəsinin insanlarda hamiləliyə təsirini dəyərləndirəcək tədqiqatlar aparılmamışdır. Siçovullarda və ya dovşanlarda peroral yeridilən brinzolamid reproduktivlik toksiklik göstərmiş və dölün bədən çəkisinin azalaması və siçovullarda inkişaf dəyişikliklərinin artmasını göstərmişdir. Epidemioloji araşdırmalarda malformativ (anadangəlmə) effektlər aşkar edilməmiş, lakin betablokatorların peroral istifadəsindən sonra bətndaxili inkişaf geriləmələri müşahidə edilmişdir. Əlavə olaraq, doğuşdan əvvəl beta-blokatorlardan istifadə edən anaların körpələrində, beta-blokadanın əlamət və simptomları (məs: bradikardiya, hipotenziya, tənəffüs çatışmazlığı və hipoqlikemiya) qeyd edilmişdir. Hamiləlik zamanı tam zərurət olmadığı halda AZARQA dərman vasitəsi istifadə edilməməlidir. Əgər doğuşdan əvvəl AZARQA istifadə edilərsə, o zaman yeni doğulmuş körpələrə doğuşdan sonra ilk bir neçə gün ərzində nəzarət etmək lazımdır.

Laktasiya

Heyvanlar üzərində aparılan tədqiqatlarda brinzolamidin peroral istifadədən sonra südə keçməsi qeyd edilmişdir. Oftalmoloji brinzolamidin insanlarda südə keçməsi məlum deyildir. Ana südünə keçən betablokatorlar, südəmər körpələrdə ciddi əlavə təsirlərin yaranmasına səbəb ola bilər. Südəmər körpə üçün risk istisna edilə bilməz. Laktasiyanın körpə üçün faydası və ana üçün terapiyanın faydası nəzərə alınaraq, laktasiyanın dayandırılması və ya Azarqa ilə müalicədən imtina qərarı verilməlidir.

Fertillik

AZARQA, göz damcısının yerli istifadəsinin insanlarda fertilliyə təsirini dəyərləndirəcək araşdırmalar aparılmayıb. Qeyri-klinik məlumatlar brinzolamid və ya timololun peroral istifadədən sonra kişilərdə və ya qadınlarda fertilliyə təsirini əks etdirmir. AZARQA-nın istifadəsində kişi və ya qadın fertilliyinə təsir ehtimal edilmir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müvəqqəti bulanıq görmə və ya digər görmə pozulmaları avtomobilin idarə edilməsi və ya mexanizmlərdən istifadə qabiliyyətinə təsir edə bilər. Preparatın istifadəsindən sonra görmədə bulanıqlıq yaranarsa, xəstə görmə aydınlaşmayana qədər avtomobil idarə etməməli və mexanizmlərdən istifadə etməməlidir. Karboanhidrazanın inhibitorları əqli dəqiqlik və/və ya fiziki koordinasiyaya mənfi təsir göstərə bilər.

İstifadə qaydası və dozası

Preparatın dozası – gözün konyunktival kisəciyinə gündə 2 dəfə 1 damcı damızdırılır.

Uşaqlar

18 yaşından aşağı uşaqlarda preparatın təhlükəsizlik və effektivliyinə dair kifayət qədər məlumat olmadığı üçün, bu qrup xəstələrdə AZARQA-nın istifadəsi tövsiyə edilmir.

Qaraciyər və böyrək funksiyasının pozulması

Qaraciyər və ya böyrək funksiyasının pozulması olan xəstələrdə AZARQA dərman vasitəsinin istifadəsi öyrənilməmişdir. Ağır qaraciyər çatışmazlığı zamanı ehtiyatla istifadə edilməlidir. Ağır böyrək çatışmazlığı zamanı preparatın istifadəsi əks göstərişdir.

Yaşlı xəstələr

Digər yetkin yaşlı xəstələrlə müqayisədə, yaşlı xəstələrdə preparatın təhlükəsizlik və effektivliyinə dair ümumi fərqlilik müşahidə edilməmişdir.

İstifadə qaydası

Dərman vasitəsi yalnız yerli istifadə üçündür. İstifadədən əvvəl flakonu yaxşı çalxalamaq lazımdır. Damcıtökənin və məhlulun çirklənməsinin qarşısını almaq üçün damcıtökənin ucluğunu göz qapaqlarına, ətraf nahiyələrə və ya digər səthlərə toxundurmaq olmaz. Hər istifadədən sonra flakonu kip bağlamaq lazımdır. Sistem əlavə təsir riskinin azaldılması üçün preparatı istifadə etdikdən sonra gözün daxili bucağı nahiyəsinə preparatın instilyasiyasından sonra 1-2 dəqiqə ərzində barmaqla yüngül basmaq tövsiyə olunur – bu, preparatın absorbsiyasını azaldır. Nəticədə sistem əlavə təsirlər azalar və preparatın yerli təsiri arta bilər. Birdən artıq yerli oftalmoloji preparat təyin edildikdə, preparatlar ən azı 5 dəqiqə fasilə ilə istifadə edilməlidir. Göz məlhəmləri ən axırda istifadə edilir. Əgər doza buraxılıbsa, müalicəni növbəti doza ilə cədvəl üzrə davam etdirmək lazımdır. Doza gözün konyunktival kisəsinə gündə 2 dəfə 1 damcıdan artıq olmamalıdır. Flakonun qapağını açdıqdan sonra, flakonun kənarındakı halqa boşalarsa, dərman vasitəsinin istifadəsindən əvvəl halqanı çıxarmaq lazımdır.

Əlavə təsirləri

Aşağıda göstərilən əlavə təsirlər AZARQA dərman vasitəsi ilə aparılan klinik tədqiqatları zamanı müşahidə olunub və göstərilən tezlik meyarlarına görə təsnif edilmişdir: çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100-dən <1/10-dək), bəzən (≥1/1,000-dən <1/100-dək), nadir hallarda (≥1/10,000-dən <1/1,000-dək) və çox nadir hallarda (<1/10,000). Hər bir tezlik qurupunda əlavə təsirlər ciddiliyin azalması ilə verilib. Orqan sistem sinfi Əlavə təsirlər Qan və limfa sisteminə Bəzən leykosit sayının azalması Psixi pozulmalar Nadir hallarda yuxusuzluq Sinir sisteminə Tez-tez disgevziya Görmə orqanlarına Tez-tez nöqtəvi keratit, dumanlı görmə, göz(lər)də ağrı, göz(lər)də qıcıqlanma Bəzən keratit, göz(lər)də quruluq, buynuz qişanın rənglənməsi, göz(lər)də qaşınma, göz(lər)də yad cism hissi, göz(lər)də ifrazat, okulyar hiperemiya, konyunktival hiperemiya Nadir hallarda buynuz qişanın eroziyası, ön kameranın genişlənməsi, fotofobiya, göz yaşının artması, skleral hiperemiya, göz qapağının eriteması, göz qapağının qıraqlarının qabıqlanması

Kardioloji pozulmalar

Tez-tez ürək döyüntülərinin yavaşıması

Damar pozulmaları

Bəzən qan təzyiqinin enməsi Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarına Bəzən öskürək Nadir hallarda Orofaringial ağrı, rinoreya Böyrək və sidik yollarına Bəzən sidikdə qanın olması Ümumi pozulmalar və yeridilmə nahiyəsində reaksiya Bəzən halsızlıq Bundan əlavə dərman vasitəsinin post-marketinq istifadəsi zamanı aşağıda göstərilən əlavə təsirlər müşahidə edilmişdir. Mövcud məlumatlara əsasən rastgəlmə tezliyini müəyyən etmək mümkün deyil. Orqan sistem sinfi Əlavə təsirlər İmmun sistemə Anafilaktik şok, yüksək həssaslıq Kardioloji pozulmalar Ürək döyüntülərinin artması Eşitmə orqanlarına Qulaqlarda küy Psixi pozulmalar Hallüsinasiya, depressiya Sinir sisteminə Başgicəllənmə, baş ağrısı, paresteziya Görmə orqanlarına Gözlərdə allergiya, göz qapaqlarının ödemi, görmənin pozulması, konyunktivit Damar pozulmaları Hipertenziya Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlara Astma, təngnəfəslik, burun qanaxması Mədə-bağırsaq pozulmaları Abdominal diskomfort, diareya, ağızda quruluq, ürəkbulanma Dəriyə və dərialtı toxumalara Alopesiya, eritema, səpgi, qaşınma, Əzələ-skelet və birləşdirici toxumalara Mialgiya Ümumi pozulmalar və yeridilmə nahiyəsində reaksiya Döş qəfəsində ağrı, yorğulnuq Laborator göstəricilər Qanda kaliumun səviyyəsinin artması, qanda laktat dehidrogenazanın səviyyəsinin artması.

Doza həddinin aşılması

Preparatın təsadüfi udulması zamanı, doza həddinin aşılması simptomlarına bradikardiya, hipotenziya, ürək çatışmazlığı və bronxospazma aid edilə bilər. Preparatın brinzolamid tərkibi ilə əlaqədar olaraq, elektrolit balansının pozulması, asidozun inkişafı, mərkəzi sinir sistemində pozğunluqlar əmələ gələ bilər. Elektrolitlərin (xüsusilə kalium) və qanın рН-nın səviyyəsini nəzarətdə saxlamaq lazımdır.

Buraxılış forması

5 ml göz damcısı, dairəvi qeyri-şəffaf (ağ) aşağı sıxlıqlı polietilen (LDPE) flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°С –dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Flakon ilk dəfə açdıqdan sonra 4 həftə ərzində istifadə edilməlidir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

S.A. Alkon-Kuvre N.V, Rijksveq 14 В-2870 Puurs, Belçika.

Qeydiyyat vəsiqəsinin sahibi

Novartis Farma AQ, İsveçrə. Azərbaycan Respublikası ərazisində dərman vasitəsi ilə əlaqədar hər hansı bir məlumat almaq üçün yerli filialla və ya əlavə təsirlərə şübhə olduğu zaman [email protected] elektron ünvanına müraciət edərək əlaqə saxlamağınız xahiş olunur: Novartis Farma Servises AQ şirkətinin Azərbaycan Respublikasındakı Filialı. AZ1014, Bakı şəhəri, Rəsul Rza küçəsi 75, “Winter Park Plaza”. Telefon: +994 12 505 5822, +994 12 5055833. Elektron ünvan: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Azarga 10 mq 5 ml damcı” üçün ilk rəyi siz yazın.