Qliserin N10 rektal şam Nijfarm

Təsiredici maddə: GLYCEROL
Təsiredici maddəGLYCEROL
Dərman formasıRektal şam
Farmakoloji təsirİşlədici vasitə.
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,16 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

QLİSERİN rektal suppozitoriyalar Beynəlxalq patentləşdirilməmiş adı: Glycerol

Tərkibi

Təsiredici maddə: 1 şamın tərkibində 1,24 q və ya 2,11 q qliserol (qliserin) vardır. Köməkçi maddələr:makroqol 400, stearin turşusu 95, natrium karbonat dekahidrat.

Təsviri

Torpedo şəkilli, şəffaf və ya yarımşəffaf, demək olar ki, rəngsiz və ya sarımtıl-qəhvəyi çalarlı, səthinin rəngi çıxan, hiqroskopik suppozitoriyadır. Əhəmiyyətsiz miqdarda hava qabarcıqları ilə qıfabənzər dərinləşmənin olması yolveriləndir.

Farmakoterapevtik qrupu

İşlədici vasitə. АТC kodu: A06AX01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası İşlədici vasitədir, bərkimiş nəcis kütlələrini yumşaldır və sürüşkən edir, onların yoğun bağırsaqdan keçməsini asanlaşdırır, bağırsağın selikli qişasına qıcıqlandırıcı təsir göstərir, bağırsağın motorikasını reflektor olaraq stimullaşdırır. Farmakokinetikası Rektal istifadə zamanı praktiki olaraq sorulmur.

İstifadəsinə göstərişlər

Müxtəlif etiologiyalı qəbizliyin simptomatik müalicəsi, o cümlədən hamiləlik və laktasiya dövründə. Defekasiya zamanı güc verə bilməyən pasiyentlərdə qəbizliyin profilaktikası.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, bağırsaq keçməzliyi, kəskinləşmə mərhələsində babasil, düz bağırsağın iltihabi xəstəlikləri (proktit, paraproktit) və şişi, qarın nahiyəsində müəyyən edilməmiş ağrı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Böyrək çatışmazlığı. Sistematik istifadəsi məsləhət görülmür. Bağırsağın normal peristaltikası bərpa olunduqdan sonra müalicə dayandırılır. Şamlara mineral maye və ya bərk yağlar sürtmək olmaz. İstifadəsi zamanı suppozitoriyanın qalığı bağırsaqdan nəcislə xaric olur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Qliserinli suppozitoriyalar rektal istifadə edilən dərman vasitələrinin təsirini zəiflədə bilər. Digər rektal preparatların istifadəsinə ehtiyac olduqda, onların istifadəsi arasında 1 saatdan az olmayan intervala əməl etmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın istifadəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Qida qəbulundan 15-20 dəqiqə sonra rektal yolla istifadə edilir. 2,11 q-lıq suppozitoriyalar: böyüklər və 7 yaşdan yuxarı uşaqlara sutkada 1 dəfə 1 şam təyin edilir. 1,24 q-lıq suppozitoriyalar: istifadəsinə həyatın ilk günlərindən icazə verilir. 3 yaşa qədər uşaqlara 1/2 şam, 3-7 yaşlı uşaqlara sutkada 1 dəfə 1 şam təyin edilir. Ehtiyac olduqda, dozanı sutkada 2 suppozitoriyaya qədər artırmaq olar.

Əlavə təsirləri

Allergik reaksiyalar, yerli reaksiyalar (dəri qaşınması və yanması). Uzunmüddətli istifadə zamanı fizioloji defekasiya prosesinin zəifləməsi.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları məlum deyil. Preparatı təlimata uyğun istifadə etdikdə, doza həddinin aşılması halı az ehtimal edilir.

Buraxılış forması

1,24 q və ya 2,11 q-lıq rektal suppozitoriyalar. 5 suppozitoriya iki təbəqəli alüminium-polietilen örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25С-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/İradları qəbul edən təşkilat “NİJFARM” SC, Rusiya. 603105, Nijniy Novqorod ş., Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Qliserin N10 rektal şam Nijfarm” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar