Fitolizin 100 q pasta

Təsiredici maddə: GOLDENROD + EQUISETUM + POLYGONI AVICULARIS + …
Təsiredici maddəGOLDENROD + EQUISETUM + POLYGONI AVICULARIS + …
Dərman formasıPasta
Farmakoloji təsirUrologiyada istifadə olunan digər dərman vasitələri.
İstehsal ölkəsiPolşa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,64 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

FİTOLİZİN daxilə qəbul üçün pasta

Tərkibi

Təsiredici maddələr: 100 q pastanın tərkibində aşağıdakı qarışıqların 67,2 q qatı ekstraktı (1:1,3-1,6; spirt 45°) vardır: adi qızılsəbət otu, çöl qatırquyruğu otu, dağ quşotu, ayrıq bitkisinin kökləri, soğan qabığı, ağcaqayın yarpaqları, boyotu toxumları, cəfəri kökləri, yabanı kərəviz kökləri vardır. Köməkçi maddələr: qliserin 99,5%, аqar, muskat adaçayı yağı, nanə yağı, adi şamağacı yağı, şirin portağal yağı, buğda nişastası, vanilin, etilparahidroksibenzoat (E214), təmizlənmiş su. 5 q pastanın tərkibində (1 çay qaşığı) kversetinə nəzərən 0,06%-dən az olmayan flavonoidlər vardır.

Təsviri

Yarımbərk konsistensiyalı, qonur yaşıl rəngli, xüsusi aromatik qoxulu xırda-dənəvər pastadır.

Farmakoterapevtik qrupu

Urologiyada istifadə olunan digər dərman vasitələri. АТC kodu: G04BX.

Farmakoloji xüsusiyyətləri

Bitki mənşəli ənənəvi dərman preparatı. Sidikqovucu, iltihab əleyhinə, spazmolitik təsir göstərir, sidik yollarından qumun və kiçik konkrementlərin yuyulmasına səbəb olur, sidiyin mineral komponentlərinin kristallaşmasını azaldır.

İstifadəsinə göstərişlər

Bitki mənşəli ənənəvi dərman preparatı, aşağıdakı hallarda istifadə olunur: − sidikçıxarıcı yolların infeksion-iltihabi xəstəlikləri zamanı köməkçi vasitə kimi, − nefrourolitiazın profilaktikası və müalicəsi üçün (kompleks müalicənin tərkibində), − sidiyin mineral komponentlərinin kristallaşmasının profilaktikası üçün.

Əks göstərişlər

− Mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə (Asteraceae (Compositae)), çətirlilər fəsiləsindən olan bitkilərə, qızılsəbətə, ağcaqayın tozuna, həmçinin preparatın digər komponentlərinə qarşı fərdi yüksək həssaslıq; − böyrək çatışmazlığı; − ürək çatışmazlığı; − ürək və ya böyrək mənşəli ödemlər.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər simptomlar güclənərsə, keçməzsə və ya onu qızdırma, ağrı və sidiyəgetmənin çətinləşməsi və ya sidikdə qanın olması müşayiət edərsə, dərhal həkimə müraciət etmək lazımdır. 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə Fitolizin preparatının istifadəsi tövsiyə olunmur. Fitolizin preparatından istifadə zamanı adekvat miqdarda maye qəbul etmək tövsiyə olunur. Dərman preparatının tərkibində 4%-dən (həcm/həcm) çox olmayan etanol vardır, başqa sözlə, 1 dozanın tərkibində 200 mq-dan çox olmayan etanol vardır ki, bu da 5 ml pivəyə və ya 2 ml şəraba ekvivalentdir. O, alkoqolizmdən əziyyət çəkən pasiyentlərə üçün zərərli ola bilər. Tərkibində etanolun olmasına görə, preparatı hamilə və südəmər uşağı olan qadınlara, uşaqlara və ya qaraciyərin diaqnozlaşdırılmış xəstəliyi və ya epilepsiyası olan pasiyentlərə təyin edərkən nəzərə alınmalıdır. Boyotunun şəkərsalıcı təsirinin hesabına diabetə görə müalicə alan pasiyentlərdə qanda şəkərin səviyyəsinə ciddi nəzarət etmək lazımdır. Fitolizinin tərkibində buğda nişastası var. Buğda nişastasının tərkibində qlüten ola bilər, lakin yalnız çox cüzi miqdarda (izi). Fitolizinin tərkibində etilparahidroksibenzoat vardır və o, yüksək həssaslıq reaksiyası törədə bilər (ola bilər ki, ləng tipli).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Bu vaxta qədər aşkar edilməmişdir. Preparatın sidikqovucu təsiri ilə əlaqədar olaraq, eyni zamanda qəbul edilən dərman preparatlarının orqanizmdən xaric olmasının sürətlənməsinin mümkünlüyünü nəzərə almaq lazımdır. Fitolizin aşağıdakı preparatların təsirini gücləndirə bilər: antikoaqulyantların, qeyri-steroid iltihab əleyhinə preparatların hipoqlikemik dərman vasitələrinin (şəkərli diabetin müalicəsi üçün istifadə olunan dərman preparatları) tərkibində litium duzları olan dərman vasitələrinin Monoaminooksidazanın inhibitorlarının (depressiyanın müalicəsi üçün istifadə olunan dərman preparatları) pentobarbitalın (yuxugətirici dərman preparatı), aminopirinin və parasetamolun (qeyri-steroid iltihab əleyhinə preparatlar) təsir müddətini uzadan. Fitolizin beta-karotinin, alfa-tokoferolun (vitamin E), xolesterinin və digər dərman vasitələrinin nazik bağırsaqdan sorulmasını ləngidə bilər. Reseptsiz buraxılan dərman preparatları da daxil olmaqla, hazırda və ya son zamanlar qəbul edilən bütün preparatlar barədə həkimə məlumat vermək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Kifayət qədər klinik təcrübə olmadığından, Fitolizin preparatını həkim məsləhəti olmadan hamiləlik və laktasiya dövründə istifadə etmək tövsiyə olunmur. Hamiləlik və laktasiya dövründə preparatı o zaman istifadə etmək olar ki, həkimin rəyinə görə ana üçün fayda döl üçün potensial riskdən yüksək olsun. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bu vaxta qədər nəqliyyat vasitələrini və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə iş qabiliyyətinə mənfi təsiri qeyd edilməmişdir, lakin preparatın tərkibində etanol olmasını nəzərə almaq lazımdır. Preparatın bir dozası 5 ml pivəyə və ya 2 ml şəraba müvafiqdir.

İstifadə qaydası və dozası

Daxilə qəbul üçün. Adi doza Вöyüklər Вöyüklərə 1 çay qaşığı pasta təyin edilir. Gündə 3-4 dəfə bu doza ½ stəkan isti suda həll edilərək yeməkdən sonra daxilə qəbul edilir. Ahıl yaşlı pasiyentlər Dozaya düzəliş edilməsi tələb olunmur. 18 yaşa qədər uşaqlar və yeniyetmələr 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə Fitolizin preparatının təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Böyrək çatışmazlığı olan pasiyentlər Fitolizin preparatının istifadəsi əks göstərişdir. Qaraciyər çatışmazlığı olan pasiyentlər Qaraciyər çatışmazlığı olan pasiyentlərdə Fitolizin preparatının istifadəsinə dair tövsiyələr yoxdur. İstifadə müddəti Preparatı 2-4 həftədən artıq istifadə etmək tövsiyə olunmur. Əgər preparatdan istifadə fonunda xəstəliyin simptomları saxlanılarsa və ya güclənərsə, həkimlə məsləhətləşmək lazımdır. Güclü diurezi təmin etmək üçün adekvat miqdarda maye qəbul etmək tövsiyə olunur. Əgər dozanın istifadəsi unudularsa Buraxılmış dozanı kompensə etmək üçün ikiqat doza qəbul etməyin!

Əlavə təsirləri

Bütün digər dərman vasitələri kimi Fitolizin də əlavə təsirlər törədə bilər, baxmayaraq ki, onlar hamıda inkişaf etmir. Əlavə təsirlərin başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez: 10 pasiyentdən 1-dən çoxunda baş verir; tez-tez: 100 pasiyendən 1-10-da baş verir; bəzən: 1000 pasiyentdən 1-10-da baş verir; nadir: 10 000 pasiyentdən 1-10-da baş verir; çox nadir: 10 000 pasiyentdən 1-dən azında baş verir; məlum olmayan tezlikdə: mövcud məlumatlar əsasında başvermə tezliyini müəyyən etmək mümkün olmur. Ultrabənövşəyi şüalara yüksək həssaslıq zamanı fotosensibilizasiyanın baş verməsi mümkündür. Ağcaqayın yarpağı: mədə-bağırsaq traktında pozğunluqlar (ürəkbulanma, qusma, diareya) və allergik reaksiyalar (qaşınma, səpgi, övrə, allergik rinit). Bunların başvermə tezliyi məlum deyil. Boyotu: mədə-bağırsaq traktında pozğunluqlar: köp, diareya. Sinir sistemində baş verən pozğunluqlar: başgicəllənmə. Bunların başvermə tezliyi məlum deyil. Adi qızılsəbət: mədə-bağırsaq traktında pozğunluqlar və allergik reaksiyalar. Başvermə tezliyi məlum deyil. Çöl qatırquyruğu: mədə-bağırsaq traktında orta dərəcəli pozğunluqlar və allergik reaksiyalar (məsələn, səpgi). Başvermə tezliyi məlum deyil. Bu içlik vərəqədə qeyd edilməyənlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə müalicə həkiminə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Bu vaxta qədər doza həddinin aşılması barədə məlumat olmamışdır.

Buraxılış forması

100 q pasta daxildən lakla örtülmüş alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda, bağlı qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Herbapol Varşava MMC 05-800 Pruşkuv, Oluvkov küç. 54, Polşa. Qeydiyyat şəhadətnaməsinin sahibi “POLFARMA” SC Əczaçılıq zavodu. Pelplinsk küç. 19, 83-200, Staroqard Qdanski, Polşa.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Fitolizin 100 q pasta” üçün ilk rəyi siz yazın.