UROLEN N30 DRJ.

Təsiredici maddə: CHAMOMILLA + POTASSIUM CITRATE + SODIUM CITRATE + …
Təsiredici maddəCHAMOMILLA + POTASSIUM CITRATE + SODIUM CITRATE + …
Dərman formasıDraje
İstehsal ölkəsiPolşa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

UROLEN drajelər

Tərkibi

Təsiredici maddələr: 1 drajenin tərkibində Cəfəri kökünün (Petroselini radix), Lobya meyvəyanlığının (Phaseoli pericarpium), Tozağacı yarpaqlarının qatı ekstraktı (Betulae folium) 86,2 mq, Çobanyastığı otunun quru ekstraktı (Chamomillae herba extractum siccum) 8 mq, Mərsin yarpaqlarının quru ekstraktı (Vitis idaeae folium extractum siccum) 26 mq, toz halına qədər xırdalanmış Lobya meyvəyanlığı (Phaseoli pericarpium pulv.) 78 mq, kalium sitrat (Kalium citricum) 19 mq, natrium sitrat (Natrium citricum) 16 mq. Köməkçi maddələr: limon turşusu, saxaroza, laktoza monohidrat, kartof nişastası, maqnezium stearat, talk. ® ®) Örtuk: saxaroza, talk, Ərəbistan kitrəsi, indiqotin, Kapol (Capol 1295.

Farmakoloji xüsusiyyətləri

Urolen kombinəedilmiş bitki mənşəli preparatdır. Diuretik, spazmolitik, litolitik, uroseptik, iltihabəleyhinə təsirə malikdir. Daşların əmələ gəlməsini ləngidir, daşların yumşalmasına və onların deminerallaşmasına səbəb olur. Oksalat və urat duzlarının və xırda daşların çıxmasına kömək edir. Diurezi stimullaşdırır və sidik traktının əzələlərini yumşaldır. Digər uroseptiklərlə birlikdə istifadə edildikdə Urolen onların bakterisid təsirini yüksəldir və müalicənin effek- tivliyini artırır. Uroleni uzun müddət qəbul etmək olar.

İstifadəsinə göstərişlər

Pielonefrit, sidik sisteminin iltihabi vəziyyəti, böyrəkdaşı xəstəliyi, kristalluriya (sidik turşulu diatez, sitraturiya), əməliyyatdan sonrakı dövr (həkim ilə məsləhətdən sonra).

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Urolenin sidikqovucu, spazmolitik və iltihabəleyhinə təsirə malik olan digər preparatlarla birlikdə qəbul edilməsi mümkündür.

İstifadə qaydası və dozası

Böyüklər üçün: gündə 2-3 dəfə 2 draje qəbul edilir. 3 yaşdan böyük uşaqlar üçün: gündə 2-3 dəfə 1 draje.

Əlavə təsirləri

Nadir hallarda allergik reaksiyalar baş verə bilər.

Buraxılış forması

15 draje, blisterdə. 2 blister (30 draje), içlik vərəqə ilə birgə karton qutuya qablaşdırı- lır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Saxlanma zamanı tünd rəngli örtük yarana bilər ki, bu da preparatın terapevtik xüsusiyyətlərinə təsir göstərmir.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Poznan Bitki məhsulları Şirkəti “HERBAPOL” S.A. Tovarov küçəsi 47/51, 61-896 Poznan, Polşa. Tel.: +48 61 886-18-00, faks +48 61 853-60-58.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“UROLEN N30 DRJ.” üçün ilk rəyi siz yazın.