TRIFAS 10 MG N30 TAB

Təsiredici maddə: TORASEMIDE
Təsiredici maddəTORASEMIDE
Dərman formasıTablet
Farmakoloji təsirDiuretiklər.Sulfonamid qrupu
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

14,80 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatından istifadə etməzdən əvvəl bütün içlik vərəqini diqqətlə oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar vardır. – Bu içlik vərəqini atmayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər. – Hər hansı əlavə suallarınız yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin. – Bu dərman preparatı yalnız Sizin üçün təyin edilmişdir. Onu digər şəxslərə verməyin. Hətta xəstəlik simptomları sizinkilərlə eyni olsa belə, bu dərman başqalarına zərər verə bilər. – Hər hansı əlavə təsirlər meydana çıxdığı zaman həkimə və ya əczaçıya müraciət edin. Bunlara bu içlik vərəqində təsvir edilməyən hər hansı mümkün əlavə təsirlər də daxildir. 4- cü bölməyə baxın. TRİFAS 10 tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Torasemid

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq torasemid vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, susuz kolloid silisium dioksid, maqnezium stearat.

Təsviri

Kənarları əyilmiş və bir tərəfində bölünmə üçün çərtik olan ağ rəngli, dəyirmi, yastı tabletlərdir.

Farmakoterapevtik qrupu

Diuretiklər.Sulfonamid qrupu ATC kodu: C03CA04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamika Trifas® 10 preparatının təsiredici maddəsi torasemiddir və ilgək diuretikləri adlanan qrupa aiddir. Aşağı dozalarda farmakodinamik profili diurezin səviyyəsi və müddətinə görə tiazid qrupuna bənzəyir. Daha yüksək dozalarda, torasemid, yüksək təsiri ilə dozadan asılı bir şəkildə sürətli diurezi meydana gətirir. Henle ilgəyinin qalxan ayaqcığının enli seqmentində epitelial hüceyrələrin apikal membranında natrium və xlorid ionlarının reabsorbsiyasını inhibə edir. Oral yolla tətbiqindən 1 saat sonra diurez başlanır, 2-3 saat ərzində pik həddə çatır.Bu təsir 12 saata qədər davam edə bilər. Torasemid sidikqovucu təsir göstərir, həmçinin arterial təzyiqi aşağı salır. Farmakokinetika Torasemid, oral tətbiqdən sonra sürətli şəkildə və demək olar ki, tamamilə əmilir, 1-2 saat sonra ən yüksək qan plazması konsentrasiyasına çatır. Torasemidin 99% -dən çoxu plazma zülallarına bağlıdır, paylanma həcmi 16 litrdir. Torasemid, tədricən oksidləşmə, hidroksilləşmə yolu ilə üç metabolitə ( M1, M3 və M5) parçalanır. Torasemidin ümumi klirensi 40ml / dəq, böyrək klirensi isə təxminən 10ml / dəq-dir.

İstifadəsinə göstərişlər

Trifas 10 böyüklərdə aşağıdakı residivlərin müalicə və profilaktikası üçün istifadə olunur: toxumalarda mayenin ləngiməsi (ürək mənşəli ödemlər) və/və ya orqanizmin boşluqlarında mayenin ləngiməsi (ekssudatlar) ‒ bunlar ürəyin funksiyasının pozulması (ürək əzələsinin zəifliyi) ilə əlaqədardır. Kongestiv ürək çatışmazlığına görə yaranan ödem; qaraciyər, ağciyər və ya böyrək ödemi.

Əks göstərişlər

Aşağıdakı hallarda Trifas 10 preparatını qəbul etmək olmaz: kimyəvi quruluşu torasemidə oxşar olan maddələrə (sulfonil sidik cövhərinin törəmələrinə) və ya bu dərman preparatının hər hansı digər komponentinə (6-cı bölmədə sadalanmışdır) qarşı allergiya mövcud olduqda; sidiyin yaranmasının dayanması (anuriya) ilə böyrək çatışmazlığı; qaraciyər koması və ya qaraciyər komasından öncəki vəziyyət; arterial təzyiq aşağı olduqda (hipotoniya); qanın həcmi azaldıqda (hipovolemiya); natrium və ya kalium çatışmazlığı olduqda (hiponatriemiya, hipokaliemiya); sidiyin çıxarılmasına mane olan əhəmiyyətli amillər mövcud olduqda (məsələn, prostat vəzinin nəzərəçarpan dərəcədə böyüməsi); hamiləlik və ana südü ilə qidalandırma (laktasiya) zamanı; aminoqlikozidlər və ya sefalosporinlərlə eyni vaxtda terapiya zamanı ürək aritmiyası və böyrəklərin disfunksiyasına səbəb olan dərmanların istifadəsi zamanı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Trifas 10 preparatını qəbul etməzdən əvvəl məsləhət almaq üçün həkimə və ya əczaçıya müraciət edin. Aşağıdakı hallarda Trifas 10 preparatını qəbul etmək tövsiyə edilmir. Hiperurikemiya və podaqra (gut xəstəliyi) xəstələrinin diqqətlə izlənməsi tövsiyə olunur. Hipokaliemiya, hiponatriemiya, hipovalemiya və qan dövranı pozğunluqları preparatın tətbiqindən öncə müalicə olunmalıdır. Torasemidlə uzun müddətli müalicə zamanı qanda elektrolit balansı, qlükoza, sidik turşusu, kreatinin və lipidlərin mütəmadi izlənməsi tövsiyə olunur. Ürək ritminin ağır dərəcəli pozulması, xüsusən, onun patoloji dərəcədə zəifləməsi (ürək əzələsində oyanmanın formalaşmasının və ötürülməsinin ağır dərəcəli pozulması, məsələn, sinoatrial blokada və yaxud 2-ci və ya 3-cü dərəcəli atrioventrikulyar blokada zamanı). Orqanizmdə turşu-qələvi balansının pataloji dəyişikliyi. Litium preparatları (əhval pozuntularının və depressiyanın bəzi növlərinin müalicəsində istifadə edilir) ilə eyni zamanda müalicə. İnfeksion xəstəliklər zamanı bəzi antibiotiklərlə (aminoqlikozidlər, sefalosporinlər) eyni zamanda müalicə. Qlükozaya qarşı dözümsüzlük irsi problemləri olan xəstələr, qlükoza-qalaktoza malabsorbsiyasının- Lapp laktaza çatışmazlığı olan xəstələr bu dərmanı qəbul etməməlidir. Qanın tərkibinin patoloji dəyişiklikləri (məsələn, böyrək funksiyaları normal olan pasiyentlərdə qanın laxtalanmasını təmin edən trombositlərin və ya eritrositlərin sayının azalması). Böyrəklərin onlar üçün zəhərli olan maddələrlə təması nəticəsində böyrək funksiyalarının pozulması. Prostat hipertrofiyası da daxil olmaqla sidik ifrazı aktı zamanı çətinlik çəkən xəstələrdə kəskin sidik tutma riski artdığından, bu xəstələrin diqqətlə yaxından izlənilməsinə ehtiyac vardır. Torasemid qəbul edən xəstələrdə başgicəllənmə və ya bununla əlaqəli simptomlar olduğu zaman nəqliyyat vasitələri və digər mexanizmləri idarə etməmələri tövsiyə olunur. Əgər Siz şəkərli diabetdən əziyyət çəkirsinizsə və ya şəkərli diabet gizli formada (şəkərli diabetin manifest və ya latent forması) gedirsə, müalicə həkiminizə müraciət edin. Qanda şəkərin səviyyəsinə müntəzəm olaraq tənzimlənməsi tələb olunur. Əgər Siz bu preparatı daimi olaraq qəbul edirsinizsə, xüsusən də, yaşınız çoxdursa və ya digər dərman vasitələri qəbul edirsinizsə, müalicə həkiminiz qan hüceyrələrinizin sayını və müəyyən maddələrin konsentrasiyalarını mütəmadi olaraq yoxlamalıdır. Trifas® 10 preparatının tərkibində laktoza vardır. Qlükozaya qarşı dözümsüzlük irsi problemləri olan xəstələr, qlükoza-qalaktoza malabsorbsiyasının- Lapp laktaza çatışmazlığı olan xəstələr bu dərmanı qəbul etməməlidir. Əgər Sizdə hər hansı növ şəkərlərə qarşı dözümsüzlük təyin edilmişdirsə, bu preparatı istifadə etməzdən əvvəl müalicə həkiminizlə məsləhətləşin. Dopinq testlərinin nəticələrinə təsiri və dopinq qismində düzgün olmayan istifadə Trifas 10 preparatının qəbulu dopinq testlərinin müsbət nəticələnməsinə səbəb ola bilər. Trifas 10 preparatının dopinq qismində düzgün olmayan istifadəsinin nəticələrini proqnozlaşdırmaq mümkün deyildir; bu halda preparatın istifadəsi sağlamlıq üçün zərərli ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər siz hal-hazırda hər hansı digər dərman vasitələrini qəbul/istifadə edirsinizsə, yaxın keçmişdə qəbul/istifadə etmisinizsə və ya qəbul/istifadə etmiş ola bilərsinizsə, bu haqda həkimə və ya əczaçıya məlumat verin. Trifas 10 preparatını aşağıdakı dərman vasitələri ilə birlikdə istifadə etmək tövsiyə edilmir (xüsusən, yüksək dozaların qəbul edilməsi zamanı aşağıdakı əlavə təsirlərin yaranmasına səbəb ola bilər) Aminoqlikozidlər qrupundan olan antibiotiklərin (məsələn, kanamisinin, gentamisinin, tobramisinin) eşitmə orqanlarına və böyrəklərə zədələyici təsiri. Tərkibində sisplatin olan preparatların (bədxassəli şişlərin müalicəsi zamanı təsiredici maddə) istifadəsi zamanı eşitmə qabiliyyətinin və böyrək funksiyalarının pozulması. İnfeksion xəstəliklərin müalicəsi üçün sefalosporinlərin (antibiotiklər qrupundan olan təsiredici maddə) istifadəsi zamanı böyrəklərin zədələnməsi. Litium preparatlarının ürəyə və böyrəklərə toksiki təsirinin güclənməsi (əhval pozuntularının və depressiyanın bəzi növlərinin müalicəsində istifadə edilir). Trifas 10 preparatının litium preparatları ilə eyni zamanda qəbulu zamanı qanda litiumun konsentrasiyası yüksələ bilər. Trifas 10 preparatı aşağıdakı preparatların təsirini dəyişə bilər: Arterial təzyiqin aşağı salınması üçün preparatlar, xüsusən, AÇF-nin inhibitorları. Əgər Siz AÇF-nin inhibitorlarını Trifas 10 preparatına əlavə olaraq və ya ondan bilavasitə sonra qəbul edirsinizsə, arterial təzyiq həddən artıq aşağı düşə (müvəqqəti hipotoniya) bilər. Bu hal, ACF inhibitorunun başlanğıc dozasının və torasemidin dozasının azaldılması və ya dayandırılması ilə minimuma endirilə bilər.Əgər keçmişdə və ya hazırda AÇF-nin inhibitorlarını qəbul edib-etmədiyinizə əmin deyilsinizsə, öz həkiminizə və ya əczaçıya müraciət edin. Teofillin (bronxial astmanın müalicəsi üçün preparat): Trifas 10 preparatı bu dərman vasitələrinin təsirini gücləndirə bilər. Kurareyəbənzər preparatlar: Əzələlərə boşaldıcı təsir daha nəzərəçarpan olur. Şəkərli diabet əleyhinə preparatlar (şəkərli diabetin müalicəsi üçün istifadə edilir): Trifas 10 preparatı bu dərmanların təsirini zəiflədə bilər. Ağrıkəsici vasitələr və revmatizmin müalicəsi üçün preparatlar: ağrıkəsici vasitələrin və revmatizmin müalicəsi üçün salisilatlar qrupuna aid olan preparatların yüksək dozaları ilə yanaşı qəbul edildikdə, onların mərkəzi sinir sisteminə təsirlərinin güclənməsi mümkündür. Qan dövranı pozuntularının, o cümlədən anafilaktik şokun müalicəsi üçün preparatlar (məsələn, epinefrin və norepinefrin): Trifas 10 preparatının qəbulu zamanı bu dərman preparatlarının təsiri zəifləyə bilər. Aşağıdakı dərman preparatları Trifas 10 preparatının təsirini dəyişə bilər: Probenesid (podaqranın müalicəsi üçün preparat): Probenesid Trifas 10 preparatının sidikqovucu və hipotenziv təsirlərini azalda bilər. Bəzi iltihab əleyhinə preparatlar (məsələn, indometasin, asetilsalisil turşusu): Bu dərman preparatları Trifas 10 preparatının sidikqovucu və hipotenziv təsirlərini azalda bilər. Kolestiramin (qanda lipidlərin yüksək konsentrasiyasının azaldılması üçün istifadə edilir): Bu dərman preparatlarının eyni zamanda qəbulu Trifas 10 preparatının mədə-bağırsaq traktından sorulmasına təsir edə bilər. Bu, Trifas 10 preparatının effektivliyinin azalmasına gətirib çıxara bilər. Trifas 10 preparatının digər dərman preparatları ilə birlikdə istifadə edilməsi zamanı qarşılıqlı təsirlərin aşağıdakı növləri mümkündür: Trifas 10 preparatının istifadəsi nəticəsində yaranan kalium çatışmazlığı yanaşı istifadə zamanı ürək qlikozidlərinin (ürək əzələsinin zəifliyi zamanı istifadə edilən preparatlar) əlavə təsirlərinin inkişaf etməsinə və ya onların təzahür dərəcəsinin artmasına gətirib çıxara bilər. Digər diuretiklərdə olduğu kimi, eyni vaxtda qəbul edilən antihipertenziv dərmanların təsirini gücləndirilə bilər. İşlədici preparatlarla birlikdə istifadə zamanı kalium çatışmazlığının ağırlaşması. Böyrəküstü vəzi qabığının hormonları (mineralokortikoidlər və qlükokortikoidlər, məsələn kortizon) ilə birlikdə istifadə zamanı kalium çatışmazlığının ağırlaşması.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövrlərində, eləcə də ehtimal edilən və planlaşdırılan hamiləlik zamanı bu preparatı qəbul etməzdən əvvəl məsləhət üçün həkimə və ya əczaçıya müraciət edin. Hamiləlik Trifas 10 preparatının hamiləlik dövründə, eləcə də doğuş qabiliyyətinə malik olan və kontraseptiv vasitələrdən istifadə etməyən qadınlar tərəfindən istifadəsi tövsiyə edilmir. Hamilə qadınlara preparat minimal dozada təyin edilir. Trifas 10 preparatının dölə təsiri müəyyən edilməmişdir. Laktasiya dövrü Trifas 10 preparatının ana südünə keçib-keçmədiyi məlum deyil. Beləliklə, preparatın yenidoğulmuşlar və ya südəmər körpələr üçün riskini istisna etmək olmaz. Buna görə də, Trifas 10 preparatı laktasiya dövründə istifadə edilməməlidir. Ana südü ilə qidalandırmaqdan imtina və ya Trifas 10 preparatının qəbulunun ləğv edilməsi/dayandırılması barədə qərar ana südü ilə qidalandırmanın körpəyə və preparatla müalicənin qadına faydası nəzərə alınmaqla qəbul edilməlidir. Uşaqlarda və yeniyetmələrdə istifadəsi Uşaqlarda və 18 yaşadək yeniyetmələrdə Trifas 10 preparatının istifadə təcrübəsi yoxdur, bu səbəbdən də preparat bu yaş kateqoriyasında istifadə edilməməlidir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ® ® Trifas 10 preparatı reaksiya vermə sürətini dəyişə bilər. Trifas 10 preparatı nəqliyyat vasitələrini idarə etmək, mexanizmlərə xidmət etmək və ya qeyri-sabit tarazlıq vəziyyətində işləmək qabiliyyətinin pozulmasına səbəb ola bilər. Bu vəziyyət daha çox aşağıdakı hallarda müşahidə edilir: müalicənin başlanğıcında; preparatın dozası artırıldıqda; preparat dəyişdirildikdə; əlavə preparatlar təyin edildikdə. Alkoqol bu təsirləri gücləndirə bilər. Buna görə də, Trifas 10 preparatının qəbulu zamanı alkoqoldan istifadə edilməməlidir.

İstifadə qaydası və dozası

Bu preparatı hər zaman müalicə həkiminin və ya əczaçının tövsiyələrinə ciddi uyğun olaraq qəbul edin. Əgər Sizdə şübhələr vardırsa, müalicə həkimi və ya əczaçı ilə məsləhətləşin. Preparatın istifadə təlimatına əməl edin, çünki əks təqdirdə Trifas 10 preparatının təsiri bəyan edilmiş təsirdən fərqlənə bilər. Dozalanması Trifas 10 preparatının tövsiyə olunan başlanğıc dozası gündə bir dəfə ½ tabletdir (5 mq torasemidə uyğundur). Adətən, bu doza müalicənin sonunadək istifadə edilir. Trifas 10 preparatının təsiri kifayət qədər olmadıqda həkim onun dozasını gündə bir tabletə qədər artıra bilər (10 mq torasemidə uyğundur). Bu zaman həkim xəstəliyinizin ağırlıq dərəcəsini nəzərə alacaqdır. Ehtiyac olarsa, preparatın dozası gündə iki tabletə qədər artırıla bilər (20 mq torasemidə uyğundur). Xüsusi hallarda, gündə 40 mq torasemid tətbiq edilə bilər. Tabletlərin bölünməsi üzrə tövsiyələr Tabletin bir tərəfində olan arakəsmə onu asanlıqla iki bərabər hissəyə bölməyə imkan verir. Bu, hər bir pasiyent üçün preparatın optimal dozasını seçməyə imkan verir. Tableti arakəsmə üzü yuxarı olmaqla hər iki əlinizin baş və şəhadət barmaqlarının arasında saxlayın və arakəsmə boyunca baş barmaqlarla aşağıya doğru təzyiq edərək tableti iki bərabər hissəyə bölün. Qaraciyər funksiyası pozulmuş pasiyentlər Qaraciyər funksiyalarının pozulması zamanı müalicə ehtiyatla aparılmalıdır. Qanda torasemidin konsentrasiyası yüksələ bilər. Qaraciyər koması ilə müşayiət olunan ağır dərəcəli pozğunluqlar zamanı Trifas 10 preparatının qəbulu tövsiyə edilmir (2-ci bölməyə baxın). Yaşlı xəstələr Yaşlı xəstələrdə preparatın dozalanması ilə bağlı xüsusi göstərişlər yoxdur. İstifadə qaydası Tabletlər səhər vaxtı, az miqdarda su ilə qəbul edilir. Dərman vasitəsinin qəbulu qida qəbulundan asılı deyil. İstifadənin müddəti Trifas 10 preparatı ilə müalicənin müddəti müalicə həkimi tərəfindən müəyyən edilir. Əgər Siz Trifas 10 preparatını qəbul etməyi unutmusunuzsa Preparatın qeyri-kafi dozası qəbul edildikdə, onun təsiri azalır. Siz preparatın bir qəbulunu buraxdıqda da bu hal baş verir. Bu zaman aşağıdakı pozuntular baş verə bilər: Bədən çəkisinin artması Orqanizmdə maye ləngiməsinin (ödemlərin) artması. Preparatın buraxılmış dozasını ən yaxın zamanda qəbul etmək lazımdır. Lakin əgər artıq preparatın növbəti qəbulunun vaxtı çatmışdırsa, buraxılmış dozanı qəbul etmək lazım deyil. Buraxılımış dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin. Əgər Siz Trifas 10 preparatının qəbulunu dayandırmısınızsa Müalicənin dayandırılması və ya vaxtından əvvəl bitirilməsi mövcud şikayətlərin şiddətlənməsi ilə müşayiət oluna bilər. Buna görə də, Trifas 10 preparatının qəbulu yalnız müalicə həkimi ilə məsləhətləşdikdən sonra dayandırıla və ya vaxtından əvvəl bitirilə bilər. Əgər Sizdə bu preparatın istifadəsi ilə əlaqədar əlavə suallar yaranarsa, həkim və ya əczaçıya müraciət edin.

Əlavə təsirləri

Bütün dərman vasitələrində olduğu kimi, bu preparat da bəzi insanlarda əlavə təsirlərə səbəb ola bilər. Əlavə təsirlərdən hər hansı biri meydana çıxdıqda dərhal müalicə həkiminizə müraciət edin. Həkim əlavə təsirlərin ağırlıq dərəcəsini qiymətləndirməli və sonrakı tədbirlərin zəruriliyi barədə qərar qəbul etməlidir. Qəfil və ya güclü əlavə təsirlər meydana çıxdıqda dərhal müalicə həkiminizə müraciət edin. Bu, çox vacibdir, çünki bəzi əlavə təsirlər həyat üçün təhlükəli ola bilər. Həkim müalicəni davam etdirməyin mümkün olub-olmadığı barədə qərar verməli və zəruri tədbirləri təyin etməlidir. Yüksək həssaslıq reaksiyalarının ilk əlamətləri (məsələn, ağır dəri reaksiyaları) meydana çıxdıqda Trifas 10 preparatının qəbulunu dayandırın. Bu barədə dərhal müalicə həkiminizə bildirin. Tez-tez baş verən əlavə təsirlər (10 pasiyentdən 1-də müşahidə oluna bilər) Orqanizmin turşu-qələvi balansının tənzimlənməsinin pozulması (metabolik asidoz adlandırılır) Əzələ spazmları (xüsusən, müalicənin başlanğıcında). Qanda sidik turşusunun, qlükozanın və lipidlərin (triqliseridlərin və xolesterinin) konsentrasiyasının yüksəlməsi Kaliumla zəngin olmayan pəhriz, qusma, ishal, işlədicilərdən həddən artıq istifadə, qaraciyər funksiyasının xroniki pozulması fonunda kalium çatışmazlığı (hipokaliemiya). Dozadan və müalicənin müddətindən asılı olaraq su-elektrolit balansının pozulmaları, məsələn, maye itirilməsi (hipovolemiya), kalium və/və ya natrium çatışmazlığı (hipokaliemiya və hiponatriemiya) inkişaf edə bilər. Həzm sistemi tərəfindən pozuntular, məsələn, iştahanın olmaması, mədədə ağrı, ürəkbulanma və qusma, ishal, qəbizlik, bu pozuntular müalicənin başlanğıcında daha çox müşahidə olunur. Qanda qaraciyərin müəyyən fermentlərinin konsentrasiyalarının (qamma- qlutamiltransferaza) yüksəlməsi Baş ağrısı, başgicəllənmə, həddən artıq yorğunluq, zəiflik meydana çıxa bilər (xüsusən, müalicənin başlanğıcında). Bəzən baş verən əlavə təsirlər (100 pasiyentdən 1-də müşahidə oluna bilər) Qanda sidik cövhərinin və kreatininin (əzələ zülalı) konsentrasiyalarının yüksəlməsi. Sidik ifrazı çətinləşdikdə (məsələn, prostat vəzinin böyüməsi zamanı) sidiyin ləngiməsi mümkündür. Bu halda sidiyin çıxarılması əhəmiyyətli dərəcədə pisləşir və ya tamamilə dayanır. Ağızda quruluq Ətraflarda keyimə və ya soyuma hissi (paresteziyalar) Çox nadir hallarda baş verən əlavə təsirlər (10 000 pasiyentdən 1-də müşahidə oluna bilər) Eritrositlərin və leykositlərin (qırmızı və ağ qan hüceyrələrinin) və trombositlərin (qanın laxtalanmasına cavabdeh olan hüceyrələrin) sayının azalması. Qaşınma, dəridə səpkilər (ekzantema), işığa qarşı yüksək həssaslıq (fotosensibilizasiya), ağır dərəcəli dəri reaksiyaları şəklində allergik reaksiyalar. Qan damarlarında qan laxtalarının yaranması (tromboembolik ağırlaşmalar). Huşun bulanıqlaşması Arterial təzyiqin aşağı düşməsi (hipotoniya). Ürək ritminin pozulmaları (aritmiyalar), sinədə sıxılma hissi (stenokardiya), ürək tutması, huşun qəflətən itirilməsi (bayılma) ilə müşayiət olunan ürək əzələsində və beyində qan dövranının pozulması Mədəaltı vəzinin iltihabı (pankreatit) Görmə qabiliyyətinin pozulması Qulaqlarda səs (tinnitus) Eşitmə qabiliyyətinin itirilməsi Əlavə təsirlər barədə məlumat verilməsi Hər hansı əlavə təsirlər meydana çıxdığı zaman həkimə və ya əczaçıya müraciət edin. Bunlara bu içlik vərəqində təsvir edilməyən hər hansı mümkün əlavə təsirlər də daxildir. Əlavə təsirlər barədə məlumat verməklə Siz, bu dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat toplamağa kömək edə bilərsiniz.

Doza həddinin aşılması

Trifas 10 preparatının böyük miqdarda qəbulu zamanı aşağıdakı pozuntular mümkündür: orqanizmdən mayenin və duzların həddən artıq, ola bilsin ki, təhlükəli çıxarılması huşun pozulması huşun bulanıqlaşması arterial təzyiqin aşağı düşməsi (hipotoniya) kəskin damar çatışmazlığı həzm sistemi tərəfindən pozuntular yuxululuq hipokaliemiya hiponatriemiya Bu halda dərhal müalicə həkiminə müraciət etmək lazımdır. Həkim tərəfindəm lazımi tədbirlər görülməlidir.

Buraxılış forması

10 tablet, blisterdə. 1, 3 və ya 5 blister, içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır. Satışda qablaşdırmanın bütün ölçüləri olmaya bilər.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman preparatlarını kanalizasiya xətlərinə və ya məişət tullantıları ilə birlikdə atmayın. İstifadə etmədiyiniz dərman preparatını necə utilizə etmək barədə əczaçı ilə məsləhətləşin. Bu tədbirlər ətraf mühiti qorumağa kömək edir.

Yararlılıq müddəti

5 il. Preparatı karton qutunun və blisterin üzərində göstərilmiş yararlılıq müddəti bitdikdən sonra istifadə etməyin. Yararlılıq müddətinin bitmə tarixi göstərilən ayın son günüdür.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Tempelhofer Weg 83 12447 Berlin, Almaniya.

Qeydiyyat vəsiqəsinin sahibi

Menarini International Operations Luxembourg S.A. 1, Avenue de la Gare L-1611 Lüksemburq, Lüksemburq. Səlahiyyətli nümayəndə Glienicker Weg 125 12489 Berlin, Almaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TRIFAS 10 MG N30 TAB” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar