Canephron N N60 draje Bionorica

Təsiredici maddə: CENTAURY + ROSEMARY + LOVAGE ROOT (LEVISTICI RADIX)
Təsiredici maddəCENTAURY + ROSEMARY + LOVAGE ROOT (LEVISTICI RADIX)
Dərman formasıDraje
Farmakoloji təsirUrologiyada istifadə edilən digər dərman vasitələri
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

21,90 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərmanı istifadə etməzdən əvvəl təlimatları diqətlə oxuyun, çünki orada sizin üçün vacib məlumatlar var. Həmişə bu dərmanı bu təlimatlarda göstərildiyi kimi və ya müalicə həkiminin tövsiyələrinə uyğun olaraq istifadə edin. • Bu təlimatları saxlayın. Onu yenidən oxumağınız lazım ola bilər. • Əlavə məlumat və ya məsləhətə ehtiyacınız olarsa, əczaçı və ya həkiminizə müraciət edin. • Əgər sizdə hər hansı əlavə təsir yaranarsa, həkiminizlə və ya əczaçı ilə danışın. Bunlara bu təlimatlarda qeyd olunmayan hər hansı mümkün yan təsirlər daxildir. “Yan təsirlər” bölməsinə baxın. • Özünüzü yaxşı hiss etmirsinizsə və ya daha pis hiss edirsinizsə, mütləq həkiminizlə danışmalısınız. KANEFRON® N örtüklü tabletlər CANEPHRON® N

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində vardır: Qızılçətir otu tozu (Centauri herba) 18 mq, Levistik kökləri tozu (Levistici radices) 18 mq, Rozmarin yarpaqları tozu (Rosmarini folia) 18 mq. Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat, qarğıdalı nişastası, povidon K 25, susuz kolloidal silisium. Örtük: kalsium karbonat, dekstrin, qlükoza şərbəti, qarğıdalı nişastası, montaqlikol mum, povidon K 30, təbii gənəgərçək yağı, saxaroza, şellak, talk, qırmızı dəmir oksidi (E172), riboflavin (E101), titan dioksid (E171).

Təsviri

Narıncı rəngli, yuvarlaq, hər iki tərəfi qabarıq, hamar səthə malik tabletlərdir.

Farmakoterapevtik qrupu

Urologiyada istifadə edilən digər dərman vasitələri. ATC kodu: G04В.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Kanefron® N preparatının tərkibindəki inqrediyentlər diuretik, spazmolitik, iltihab əleyhinə və antibakterial xüsusiyyətlərə malikdir. Çoxsaylı klinik tədqiqatlar göstərdi ki, Kanefron N aşağı ifrazat yollarının iltihabi xəstəliklərinin simptomlarının sürətlə azalmasına, həmçinin sidiyin patoloji kristallaşmasının aradan qaldırılmasına səbəb olur. Bu klinik tədqiqatlarda müşahidə edilən təsirlər Kanefron N preparatının iltihab əleyhinə, spazmolitik, antinosiseptiv və antibakterial aktivliyə malik olduğunu göstərir. Klinik effektivliyə dair məlumatlar da preklinik sınaqların nəticələri ilə tamamlanır və təsdiqlənir. In vitro Kanefron N antioksidant xüsusiyyətlərə əlavə olaraq, prostaqlandinlərin və sitokinlərin azad olunmasının inhibə edilməsi və 5-lipoksigenaza fermentinin inhibə edilməsi kimi iltihab əleyhinə fəaliyyət də nümayiş etdirdi. Kanefron N preparatının iltihab əleyhinə fəaliyyəti daha sonra iltihabın in vivo siçovul modelində nümayiş etdirilmişdir. İn vitro spazmolitik təsirlər insanların və siçovulların sidik kisəsi test zolaqlarından istifadə edilməklə göstərilmişdir. In vivo olaraq, Kanefron N eksperimental sistitin siçovul modelində sidik ifrazının tezliyi və sidik kisəsinin tutumu kimi urodinamik parametrləri normallaşdırmışdır və bundan əlavə, çox aşağı dozalarda antinosiseptiv təsir göstərmişdir. In vitro, Kanefron N uropatogen bakteriyalara qarşı antiadheziv təsir göstərmişdir. Bundan əlavə, Kanefron N preparatının fərdi komponentləri antibakterial aktivliyə malikdir və bakteriyaların sidik yollarından yuyulması zamanı antibakterial aktivliyi dəstəkləyən sidikqovucu təsir göstərir. Bundan əlavə, Kanefron N preparatının sidikqovucu və nefroprotektiv təsiri böyrək çatışmazlığının in vivo modelində nümayiş etdirilmişdir. Farmakokinetikası Farmakokinetikaya dair nəticələr xroniki toksiklik testləri çərçivəsində aparılan toksikokinetik tədqiqatlardan əldə edilə bilər. Kanefron N-də hər bir dərman üçün markerin plazma konsentrasiyası (12-O-metilkarnozik turşu, z-liqustilid və sverozid) müəyyən edilmişdir. Siçovullarda 350 mq/kq dozada 699 nq/ml-ə qədər C dəyərlərə və 7706 nq/ml*saat AUCmax 0-son dəyərlərə çatmışdır. Orta t sverozid və liqustilid üçün 1 saat, 12-O-metilkarnoz turşusu üçünmax isə 2 saat olmuşdur. İtlərdə 250 mq/kq dozada C dəyərləri 577 ng/ml-ə qədər və AUC dəyərlərimax 0-son 3622 ng/ml*saat olmuşdur. Orta t 1,67 saat və 6,67 saat idi.max Nəticələr plazmada əhəmiyyətli və dozaya mütənasib marker konsentrasiyalarına dair sübutlar təqdim edir. Bundan əlavə, heç bir akkumulyasiya müşahidə edilməmişdir. İnsanlarda dərman preparatı üçün kinetik məlumatlar yoxdur. Heyvanlar üzərində sınaqdan keçirilmiş dozalar insan dozasının 9 və 22 qatına bərabərdir və beləliklə, göstərilən gündəlik doza həddini xeyli üstələyir. Buna görə də, insan dozası ilə əlaqəli heç bir sübut yoxdur.

İstifadəsinə göstərişlər

Dərman aşağıda göstərilən hallarda kompleks terapiya üçün istifadə olunur: − sidik kisəsinin kəskin və xroniki infeksiyaları (sistit), − böyrəklərin infeksion və qeyri-infeksion xroniki iltihabı (pielonefrit, qlomerulonefrit, interstisial nefrit), − urolitiazın qarşısının alınması üçün (həmçinin daşların çıxarılmasından sonra).

Əks göstərişlər

Dərman vasitəsinin tərkibindəki hər hansı bir komponentinə, Apiaceae (Umbelliferae) ailəsindən olan digər bitkilərə (məsələn, razyana, şüyüd), anetola (məsələn, razyana, şüyüdün efir yağlarının tərkib hissəsi) qarşı yüksək həssaslıq. Kəskin mərhələdə mədə və onikibarmaq bağırsağın xorası. Ürək və ya böyrək funksiyalarının pozulması nəticəsində yaranan ödem zamanı, çoxlu miqdarda mayenin istifadəsi əks göstərişdir, həmçinin həkim tərəfindən maye qəbulunun azaldılması tövsiyə olunarsa.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Xəstəliyin simptomları yaxşılaşmazsa, pisləşirsə və ya vaxtaşırı təkrarlanırsa, həkimə müraciət etmək lazımdır. Davamlı olaraq qızdırma, spazmlar, sidikdə qan, sidik ifrazının pozulması və kəskin sidik saxlama hallarında dərhal həkimə müraciət edilməlidir. ® ® Kanefron N preparatının tərkibində qlükoza, saxaroza və laktoza var. Kanefron N laktaza çatışmazlığı; saxaroza/izomaltaza çatışmazlığı; laktoza, fruktoza intolerantlığı; qlükoza- qalaktoza malabsorbsiyası olan xəstələrdə istifadə edilməməlidir. Pediatriyada istifadəsi Kanefron N preparatının 6 yaşdan kiçik uşaqlarda istifadəsi məsləhət görülmür. Şəkərli diabet xəstələri üçün məlumat: sadə dozada (1 tablet) həzm olunan karbohidratların miqdarı 0,04 çörək vahidindən (BU), gündəlik dozada (6 tablet) 0,24 çörək vahidindən (BU) azdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Antibakterial preparatlarla yanaşı istifadəsi mümkündür və məqsədəuyğundur. Digər dərmanlarla qarşılıqlı təsiri hazırda məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı və laktasiya dövründə preparatın istifadəsi yalnız həkim məsləhəti ilə ana üçün gözlənilən potensial fayda döl və yeni doğulmuş körpə üçün gözlənilən potensial riskdən yüksək olduqda mümkündür. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Xüsusi ehtiyat tədbirləri tələb olunmur

İstifadə qaydası və dozası

Dozalanma rejimi: gündə 3 dəfə (səhər, günorta və axşam), aşağıdakı cədvələ uyğun olaraq və ya müalicə həkiminin tövsiyə etdiyi qaydada istifadə edilməlidir. Ümumi gündəlik Yaş Sadə doza doza 6-11 yaşlı uşaqlar 1 tablet 3 tablet 12 yaşdan yuxarı yeniyetmələr, böyüklər 2 tablet 6 tablet Tablet peroral olaraq, çeynənmədən, zəruri hallarda, az miqdarda su ilə (məsələn, 1 stəkan) qəbul edilir. Dərmanla müalicə zamanı kifayət qədər miqdarda maye içmək tövsiyə olunur. Müalicə kursunun müddəti xəstəliyin gedişatından asılıdır. Yaxşılaşmanın başlanğıcından sonra (xəstəliyin kəskin mərhələsi başa çatdıqdan sonra) dərmanla müalicə 2-4 həftə davam etdirilməlidir. Müalicə müddətinin artırılması və təkrar müalicə kurslarının aparılması həkimin tövsiyəsi ilə mümkündür.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Bütün dərman vasitələri kimi, Kanefron N də hər kəsdə olmasa da, müəyyən yan təsirlərə səbəb ola bilər. Tez-tez rastlanan əlavə təsirlər (100 nəfərdən 1-10-da müşahidə oluna bilər): ürəkbulanma, qusma, ishal kimi mədə-bağırsaq pozğunluqları. Belə bir dərmana digər mümkün reaksiyalar (mövcud məlumatlara əsasən rastlanma tezliyinin müəyyən edilməsi mümkün olmayan): allergik reaksiyalar. Yüksək həssaslıq reaksiyalarının/allergik reaksiyaların ilkin əlamətlərinin müşahidəsi zamanı dərman vasitəsinin istifadəsi dayandırılmalı və həkimə müraciət edilməlidir. Təlimatlarda sadalanan əlavə təsirlərdən hər hansı birini müşahidə etsəniz və ya əlavə təsirlər daha da pisləşərsə və ya təlimatlarda qeyd olunmayan hər hansı digər əlavə təsirləri müşahidə etsəniz, zəhmət olmasa, bu barədə həkim və ya əczaçı ilə məsləhətləşin. Əlavə təsirlər barədə məlumat verməklə siz bu dərman vasitəsinin təhlükəsizliyi haqqında daha çox məlumat toplamağa kömək edə bilərsiniz.

Doza həddinin aşılması

Doza həddinin aşılmasına dair məlumatlar mövcud deyil. Doza həddinin aşılması hallarında simptomatik müalicə aparılmalıdır. Buraxılış foması 20 örtüklü tablet, blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən yüksək temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi BIONORICA SE. Kerschensteinerstrasse 11-15 92318 Neumarkt, Almaniya. Tel.: +49 (0)9181 231-90. Faks: +49 (0)9181 231-265. E-Mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Canephron N N60 draje Bionorica” üçün ilk rəyi siz yazın.