Etofleks 2 ml inyeksiya

Təsiredici maddə: ETOFENAMATE
Təsiredici maddəETOFENAMATE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirQeyri-steroid iltihabəleyhinə preparat
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,28 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ETOFLEKS inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Etofenamate

Tərkibi

Təsiredici maddə: 1 ampulda (2 ml) 1 q etofenamat vardır. Köməkçi maddələr: miritol 318.

Təsviri

Şəffaf, sarımtıl, qatı mayedir.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə preparat. ATC kodu: M02AA06.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Antranil turşusunun törəməsi olan etofenamat qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) olub, ağrıkəsici, qızdırmasalıcı təsir göstərir. Farmakokinetikası ETOFLEKS ampul lipofil olduğu üçün etofenamatın hidrofil formasından fərqli olaraq uzun müddət təsir göstərir. Aktiv maddənin dərman preparatının tərkibindən tədricən sorulması nəticəsində preparat 24 saata qədər öz təsirini saxlayır. Etofenamatın 98-99%-i plazma zülalları ilə birləşir. Yarımxaricolma dövrü təqribən 1,9 saat təşkil edir, son yarımxaricolma dövrü 34,5 saatdır. ETOFLEKS preparatının təsiri tez başlayır (½-1 saata) və uzun müddət (24 saat) davam edir. Təqribən 35%-i metabolitlər şəklində, qalan hissəsi isə əsasən ödlə xaric olur. Klinikaya qədər təhlükəsizlik məlumatları Reproduktiv toksiklik baxımından heç bir sübut yoxdur. Etofenamatın keçirilməsi bəzi heyvan növləri üzərində aparılan kəskin və xroniki toksiklik tədqiqatlarında araşdırılmışdır. Kəskin toksiklik Siçovullarda preparatın vena daxilinə yeridilməsindən sonra LD50 140 mq/kq, peroral qəbulundan sonra isə 292 mq/kq təşkil edir. Xroniki toksiklik Preparatın gündəlik peroral istifadəsi ilə 1 il ərzində siçovullar (7, 27, 100 mq/kq) və meymunlar (7, 26, 100 mq/kq) üzərində aparılmış xroniki toksiklik tədqiqatlarının hər biri xüsusi əhəmiyyət kəsb edir. Hər hansı əlavə təsir olmadan keçirilən 27 mq/kq (siçovullarda) və 26 mq/kq (meymunlarda) dozalar insanlarda gündəlik terapevtik dozalardan xeyli yüksəkdir. Mutagen və onkogen potensial Bir neçə tədqiqatda göstərildiyi kimi, preparatın embriotoksik, mutagen və kanserogen təsirlərinə dair heç bir sübut yoxdur. Reproduktiv toksiklik Etofenamatın və onun bəzi metabolitlərinin siçovullarda (peroral qəbul və dəriyə yeridilmə) və dovşanlarda (dəriyə yeridilmə) ciftdən keçdikləri göstərilmişdir. Dovşanlara hamiləliyin 18-ci gününə qədər preparat gündə 10, 30 və 100 mq/kq dozada yeridilmişdir. Yeridilmə dayandırıldıqdan sonra ciftdə, uşaqlıqda, döldə, orqanlarda və öddə preparatın konsentrasiyası sürətlə azalmışdır.

İstifadəsinə göstərişlər

Müxtəlif mənşəli ağrılar zamanı − xroniki revmatik artrit, ankilozlaşdırıcı spondilit, lümbaqo, işias, bursit, tendosinovit. − müxtəlif travmalar (məsələn, idman travmaları), dartılma, burxulma, əzilmə, oynağın və bağların zədələnməsi. − əməliyyatdan sonrakı ağrı.

Əks göstərişlər

Əgər sizdə etofenamata və ya ETOFLEKS -in tərkibinə daxil olan hər hansı maddəyə qarşı yüksək həssaslıq vardırsa Əgər əvvəllər aspirinə və ya digər qeyri-steroid iltihab əleyhinə preparatın istifadəsindən sonra sizdə astma, xırıltılı tənəffüs, burnun axması, övrə və ya allergiya tipli reaksiyalar müşahidə olunmuşdursa Əgər mədə və bağırsaqlarınızda əvvəllər qanaxma olmuşdursa və ya xora vardırsa Əgər digər qeyri-steroid iltihab əleyhinə preparatın istifadəsindən sonra sizdə mədə-bağırsaqda perforasiya olubsa Əgər ürəyin tac damarları (koronar arteriyalar) üzərində aparılacaq əməliyyata hazırlaşırsınızsa Əgər qanın laxtalanmasına mane olan və ya qanın özlülüyünü azaldan dərmanlar (antikoaqulyantlar və antitrombotik dərmanlar) qəbul edirsinizsə Əgər sizdə ciddi ürək çatışmazlığı vardırsa Əgər sizdə qaraciyər və böyrək çatışmazlığı vardırsa Əgər siz hamiləliyin son dövrlərindəsinizsə (altıncı aydan sonra) Əgər siz körpənizi döşlə əmizdirirsinizsə Əgər yaşınız 18 – dən kiçikdirsə

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

ETOFLEKS -in yalnız risk-fayda nisbətinin diqqətlə qiymətləndirilməsindən sonra istifadə edilməli olduğu hallar: Porfiriya xəstəliyindən əziyyət çəkirsinizsə (qana rəng verən maddənin anadangəlmə və ya qazanılma pozuntusu; bu xəstəliyin kəskin tutmaları bəzi maddələr tərəfindən arta bilər). Aşağıdakı hallarda ETOFLEKS yalnız həkim nəzarəti altında istifadə edilə bilər: Əgər sizdə daha əvvəllər QSİƏP və ya ağrıkəsicilərlə əlaqədar olan mədə-bağırsaq qanaxması və ya perforasiyası olmuşdursa. Əgər sizdə hazırda mədə, on iki barmaq bağırsaq xorası, ya qanaxması vardırsa və ya keçmişdə olmuşdursa (xora və ya qanaxmanın bir və ya iki təsdiqlənmiş epizodu) Əgər sizdə bağırsağın iltihabi xəstəlikləri vardırsa və ya keçmişdə olmuşdursa (xoralı kolit, Kron xəstəliyi) Əgər ürək-damar sistemi ilə əlaqədar problemləriniz vardırsa Əgər yüksək qan təzyiqindən əziyyət çəkirsinizsə (hipertoniya) Əgər sizdə ürək xəstəliyi və ya ödem problemi vardırsa Əgər insult keçirmisinizsə Əgər bu yaxınlarda cərrahi əməliyyat keçirmisinizsə Əgər yaşınız 65-dən yuxarıdırsa və ya orqanizminizi taqətdən salan xəstəliyiniz vardırsa Bu xəbərdarlıqların keçmişdə, hər hansı dövrdə olsa belə, sizə aidiyyəti vardırsa, lütfən, həkiminizlə məsləhətləşin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Angiotenzin çevirici fermentin (AÇF) inhibitorları Verilən məlumatlar göstərir ki, QSİƏP AÇF-nin inhibitorlarının antihipertenziv təsirini azalda bilər. AÇF-nin inhibitorları ilə eyni zamanda QSİƏP qəbul edən pasiyentlərdə bu qarşılıqlı təsir nəzərə alınmalıdır. Aspirin Digər QSİƏP kimi, əlavə təsirlərin mümkün artması səbəbindən etofenamatın və aspirinin eyni zamanda istifadəsi, adətən, tövsiyə olunmur. Furosemid Klinik tədqiqatlar, eləcə də postmarketinq dövründə aparılan müşahidələr göstərmişdir ki, bəzi pasiyentlərdə QSİƏP furosemidin və tiazidlərin natriuretik təsirini azalda bilər. Bu cavab reaksiyası böyrəklərdə prostaqlandin sintezinin inhibə olunması ilə əlaqələndirilir. QSİƏP-lə eyni zamanda aparılan müalicə zamanı pasiyent böyrək çatışmazlığının əlamətləri baxımından, eləcə də diuretiklərin effektivliyinin qiymətləndirilməsi məqsədi ilə ciddi müşahidə altında olmalıdır. Litium QSİƏP-lər plazmada litiumun səviyyəsinin yüksəlməsinə və litiumun böyrək klirensinin azalmasına səbəb olur. Litiumun orta minimal konsentrasiyası 15% artır və litiumun böyrək klirensi 19% azalır. Bu təsir QSİƏP tərəfindən böyrəklərdə prostaqlandin sintezinin inhibə olunması ilə əlaqədardır. Beləliklə, QSİƏP və litium eyni zamanda istifadə edildikdə, pasiyentlər litium toksikliyi baxımından diqqətlə müşahidə edilməlidirlər. Litiumun böyrəklər tərəfindən çıxarılmasına nəzarət edilməlidir. Metotreksat QSİƏP-in dovşanların böyrək toxuması kəsiklərində metotreksatın toplanmasını rəqabətli şəkildə inhibə etməsi barədə məlumatlar mövcuddur. Bu səbəbdən də, QSİƏP metotreksatın toksikliyini artıra bilər. QSİƏP metotreksatla eyni zamanda istifadə edildikdə ehtiyatlı olmaq lazımdır. Varfarin və antikoaqulyantlar Varfarinin və QSİƏP-in mədə-bağırsaq qanaxmasına təsirləri sinergikdir. Bu səbəbdən də, hər iki preparatı birlikdə qəbul edən pasiyentlərdə ciddi mədə-bağırsaq qanaxması riski preparatları ayrı- ayrılıqda qəbul edən pasiyentlərə nisbətən daha yüksəkdir. Kortikosteroidlər və digər qeyri-steroid iltihab əleyhinə vasitələr Mədə-bağırsaq qanaxmasının riski artır. Probenesid və sulfinpirazon Etofenamatın xaric olması ləngiyir. Alkoqol Mədə-bağırsaq qanaxmasının riski artır. Diqoksin Qan zərdabında diqoksinin səviyyəsi arta bilər. Fenitoin Qan zərdabında fenitoinin səviyyəsi arta bilər. Diuretiklər və digər antihipertenziv vasitələr Diuretiklərin və antihipertenziv vasitələrin təsirinin azalması mümkündür. Kaliumtutucu diuretiklər Hiperkaliemiya inkişaf edə bilər. Buna görə də, kaliumun səviyyəsi yoxlanılmalıdır. Siklosporin Siklosporinin nefrotoksikliyi arta bilər. Diabet əleyhinə vasitələr QSİƏP-lə müalicə zamanı ayrı-ayrı hallarda diabet əleyhinə dərmanların dozasının dəyişdirilməsini tələb edən həm hipoqlikemik, həm də hiperqlikemik təsirlər barədə məlumatlar mövcuddur. Bu səbəbdən, həmin preparatların eyni zamanda istifadəsi zamanı ehtiyat tədbiri qismində qanda qlükozanın səviyyəsinə nəzarət etmək tövsiyə olunur. Serotoninin geriyə udulmasının selektiv inhibitorları Mədə-bağırsaq qanaxmasının riski artır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Hamiləliyin altıncı ayından sonra ETOFLEKS ®-dən istifadə edilməməlidir. Həmçinin bu müddətdən əvvəl də həkiminiz zərurət olduğunu bildirməzsə, ETOFLEKS ®-dən istifadə etməyin. Müalicə müddəti ərzində hamilə olduğunuzu öyrəndiyiniz təqdirdə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Körpənizi döşlə əmizdirdiyiniz müddətdə ETOFLEKS ®-dən istifadə etməyin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

ETOFLEKS ® müalicənin əvvəlində və ya dozası artırıldıqda diqqəti toplama qabiliyyətinizə təsir edə bilər. ETOFLEKS ®-dən istifadə etdiyiniz müddətdə avtomobil və digər mexanizmləri idarə etməyin.

İstifadə qaydası və dozası

ETOFLEKS ampul əzələ daxilinə yeridilmə üçündür. Ampulu sındırdıqdan sonra, inyeksiya üçün məhlul şprisə çəkilir və kifayət qədər uzun iynə ilə əzələ daxilinə dərinə yeridilir. İnyeksiyadan əvvəl məhlulun qan damarına daxil olmadığından əmin olmaq üçün şprisin porşeni bir qədər geriyə çəkilməlidir. Əgər müalicə davam etdirilməlidirsə, həkiminiz Etoflex ampula istifadəsindən sonra, Etoflex gel-i yerli olaraq təyin edə bilər. Preparatın düzgün istifadəsi və dozalanması/istifadə tezliyi üzrə təlimat Həkiminiz xəstəliyinizdən asılı olaraq ETOFLEKS preparatının dozasını müəyyən edəcək və həmin dozanı sizə təyin edəcəkdir. ETOFLEKS preparatının istifadə edilən ümumi dozası bir ampuldur, əzələ daxilinə, dərinə yeridilir. Etofenamat ilə müalicənin davam etdirilməsi nəzərdə tutulursa, həkiminizin tövsiyəsi ilə siz ETOFLEKS ampulunun istifadəsindən sonra müalicəni yerli istifadə edilə bilən ETOFLEKS gel və ya ETOFLEKS sprey ilə davam etdirə bilərsiniz. İstifadə üsulu və metodu: ETOFLEKS ampulu əzələ daxilinə yeridilmə üçün nəzərdə tutulmuşdur. Ampulu qırdıqdan sonra, inyeksiya üçün məhlul şprisə çəkilir və kifayət qədər uzun inyeksiya iynəsi ilə əzələ daxilinə, dərinə yeridilir. Məhlulu yeritməzdən əvvəl, iynənin qan damarına daxil olmadığından əmin olmaq üçün şprisin porşenini bir qədər geriyə çəkmək lazımdır. Anafilaktik reaksiyaların (qəfil başlayan ciddi allergiyanın) inkişaf etməsi mümkün olduğundan, ETOFLEKS preparatının inyeksiyasından sonra ən azı 1 saat ərzində pasiyentin müşahidə altında olması tələb oluna bilər. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi Uşaqlarda və yeniyetmələrdə etofenamatın istifadəsi üzrə təcrübə olmadığından, ETOFLEKS preparatı 18 yaşdan kiçik pasiyentlərdə istifadə edilməməlidir. Yaşlılarda istifadəsi (65 yaş və yuxarı): Mümkün əlavə təsirlər səbəbindən, yaşlı pasiyentlərdə ETOFLEKS preparatı ehtiyatla istifadə edilməlidir. Xüsusi vəziyyətlərdə istifadə: Böyrək/Qaraciyər funksiyalarının pozulması: Əgər sizdə böyrək və/və ya qaraciyər funksiyalarının pozulması vardırsa, ETOFLEKS preparatını istifadə etməyin. ETOFLEKS preparatının təsirinin həddən artıq güclü və ya həddən artıq zəif olduğunu hesab edirsinizsə, həkiminizə və ya əczaçıya müraciət edin. Əgər ETOFLEKS preparatını istifadə etməyi unutmusunuzsa Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin. ETOFLEKS preparatı ilə müalicənin dayandırılması zamanı baş verə biləcək təsirlər. Hər hansı təsirin baş vermə ehtimalı azdır.

Əlavə təsirləri

Bütün dərman maddələrində olduğu kimi, ETOFLEKS -in tərkibindəki maddələrə qarşı həssaslığı olan insanlarda əlavə təsirlər müşahidə oluna bilər. Çox tez-tez (> 1/10). 10 xəstədən ən azı 1-də rast gəlinir. Tez-tez (≥1/100-dən< 1/10-dək). 10 xəstədə 1-dən az, lakin 100 xəstədə 1-dən çox rast gəlinir. Bəzən (≥1/1000-dən< 1/100-dək). 100 xəstədə 1-dən az, lakin 1000 xəstədə 1-dən çox rast gəlinir. Nadir (≥1/10,000-dən< 1/1000-dək). 1000 xəstədə 1-dən az, lakin 10000 xəstədə 1-dən çox rast gəlinir. Çox nadir (<1/10.000). 10 000 xəstədə 1-dən az rast gəlinir. Naməlum tezlikdə rast gələn: Rast gəlmə tezliyinin mövcud məlumatlar əsasında müəyyənləş- dirilməsi mümkün deyildir. Nəzərə almaq lazımdır ki, aşağıda göstərilən əlavə təsirlər preparatın dozasından asılıdır və insandan- insana fərqlənə bilər. Ən çox rast gəlinən əlavə təsirlər mədə-bağırsaq sistemi tərəfindən müşahidə olunur. Peptik xoralar, xora, mədə-bağırsağın, xüsusilə yaşlılarda, bəzən letal nəticələnə bilən perforasiyası və ya qanaxması baş verə bilər. Preparatın yeridilməsindən sonra ürəkbulanma, qusma, ishal, meteorizm, qəbizlik, dispepsiya, qarın ağrısı, qatranvari nəcis, qanlı qusma, stomatit, xoralı stomatit, kolitin və Kron xəstəliyinin kəskinləşməsi barədə məlumatlar verilmişdir. Ümumiyyətlə, mədə-bağırsaq qanaxmasının riski QSİƏP-lə müalicənin müddətindən və istifadə edilən doza diapazonundan asılıdır. QSİƏP-lə müalicə ilə əlaqədar ödem, hipertoniya və ürək çatışmazlığı barədə məlumatlar verilmişdir. Klinik tədqiqatlar və epidemioloji məlumatlar bəzi QSİƏP-in (xüsusilə yüksək dozalarda və uzun müddət ərzində) istifadəsinin arterial trombotik hadisələrin (məsələn, miokard infarktının və ya insultun) inkişaf etmə riskinin bir qədər artması ilə əlaqəli ola biləcəyini göstərir. Əlavə təsirlərin təsnif edilməsi üçün istifadə edilən terminlər və tezliklər aşağıdakılardır: Çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10 000 – <1/1000); çox nadir hallarda (<1/10 000); naməlum tezlikdə (mövcud məlumatlar əsasında qiymətləndirmək mümkün deyil). Etofenamatın əzələ daxilinə inyeksiyası ilə bağlı barəsində məlumat verilmiş əlavə təsirlər: İnfeksiyalar və invaziyalar Çox nadir hallarda: infeksiyaların səbəb olduğu iltihabın artması (məsələn, nekrozlaşdırıcı fassiitin inkişaf etməsi) Qan və limfa sistemində pozuntular Nadir hallarda: Hematopoezin pozulmaları (anemiya, leykopeniya, aqranulositoz, trombositopeniya) Çox nadir hallarda: Hemolitik anemiya İmmun sistemdə baş verən pozuntular Naməlum tezlikdə: Ağır dərəcəli yüksək həssaslıq reaksiyaları, üzün və dilin şişməsi, qırtlağın ödemi və tənəffüs yollarının spazmları, tənəffüsün çətinləşməsi. Allergik vaskulit və pnevmoniya. Endokrin sistemdə baş verən pozuntular Çox nadir hallarda: Pankreatit Psixi pozuntular Çox nadir hallarda: Təşviş, gecələr qorxulu yuxugörmələr, depressiya və psixotik reaksiyalar Sinir sistemində baş verən pozuntular Bəzən: Baş ağrısı, həyəcan, əsəbilik, yorğunluq, yuxululuq və başgicəllənmə Çox nadir hallarda: Şüurun bulanıqlaşması, dadbilmə hissinin pozulması, yaddaşın itməsi, səmtləşmənin pozulması, spazmlar, tremor Görmə pozuntuları Çox nadir hallarda: Görmə qabiliyyətinin pozulmaları (bulanıq görmə, iki görmə) Qulaqda və labirintdə pozuntular Çox nadir hallarda: Qulaqlarda səs və eşitmə qabiliyyətinin konduktiv pozulmaları Ürəkdə pozuntular Çox nadir hallarda: Ürəkdöyünmənin hiss olunması, döş qəfəsində ağrı, hipertoniya, ödem Naməlum tezlikdə: Ayrı-ayrı hallarda ürək çatışmazlığı inkişaf edə bilər. Mədə-bağırsaq pozuntuları Tez-tez: Mədə-bağırsaq sistemi tərəfindən simptomlar, məsələn, ürəkbulanma, qusma, ishal və mədə- bağırsaqdan yüngül qanaxma (müstəsna hallarda anemiyaya səbəb ola bilər). Bəzən: Dispepsiya, meteorizm, qarında spazm, iştahanın itməsi, mədə-bağırsaq xoraları (qanaxma və perforasiya mümkündür) Nadir hallarda: Qanlı qusma, qatranvari nəcis və ya hemorragik ishal Çox nadir hallarda: Stomatit, qlossit, qida borusunun zədələnmələri, qarının aşağı nahiyəsindən şikayətlər (məsələn, hemorragik kolit və ya Kron xəstəliyinin/xoralı kolitin kəskinləşməsi) və qəbizlik. Qaraciyər və öd yollarında pozuntular Bəzən: Qan zərdabında transaminazaların səviyyəsinin yüksəlməsi Nadir hallarda: Qaraciyərin zədələnməsi (sarılıqla müşayiət olunan və ya müşayiət olunmayan hepatit, ayrı-ayrı hallarda ildırım sürətli hepatit və nadir hallarda prodromal simptomlar olmadan inkişaf edən hepatit) Dəri və dərialtı toxumalarda pozuntular Bəzən: Dəri səpkiləri və qaşınma kimi yüksək həssaslıq reaksiyaları Nadir hallarda: Övrə, dazlaşma Çox nadir hallarda: Bullyoz ekzantema, ekzema, eritema, fotosensibilizasiya, purpur (həmçinin allergik purpur) və ağır dərəcəli dəri reaksiyalarının bəzi növləri (Stivens-Conson sindromu, Layell sindromu) Böyrəklərdə və sidikçıxarıcı yollarda pozuntular Çox nadir hallarda: Böyrək toxumasının kəskin böyrək çatışmazlığı ilə müşayiət oluna bilən zədələnməsi (interstisial nefrit, papillyar nekroz), proteinuriya və/və ya hematuriya Naməlum tezlikdə: Ayrı-ayrı hallarda nefritik sindrom inkişaf edə bilər. Ümumi pozuntular və yeridilmə nahiyəsində dəyişikliklər Nadir hallarda: Periferik ödem (hipertoniyası və ya böyrək çatışmazlığı olan pasiyentlərdə) Çox nadir hallarda: İnyeksiya nahiyəsində yanma hissi və ya steril abses, piy toxumasının və ya dərinin nekrozu (dərman səbəbindən yaranan dəri emboliyası)

Doza həddinin aşılması

Əgər siz lazım olduğundan artıq ETOFLEKS ®istifadə etmisinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Əgər lazım olduğundan artıq ETOFLEKS® istifadə etmisinizsə, dərmanın əlavə təsirləri və onların ağırlıq dərəcəsi arta bilər. Əgər ETOFLEKS ®-in yüksək dozası istifadə edilmişdirsə, başağrısı, başgicəllənmə, yuxululuq və şüurun dumanlanması kimi mərkəzi sinir sistemi pozuntuları, habelə ürəkbulanma, qusma, qarında ağrı kimi simptomlar meydana çıxa bilər. Bundan əlavə, mədə-bağırsaq qanaxması, qaraciyərin və böyrəyin disfunksiyası baş verə bilər. Əgər bu simptomları özünüzdə müşahidə edirsinizsə, yardım etməsi üçün həkiminizə və ya əczaçınıza müraciət edin.

Buraxılış forması

2 ml məhlul rəngsiz və neytral şüşədən hazırlanmış, iki ədəd sarı rəngli identifikasiya halqasına və bölünmə xəttinə malik, həcmi 2 ml olan ampulda. 1 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı otaq temperaturunda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Mefar İlaç Sanayii A.Ş., Turkey. Ramazanoğlu Mah. Ensar Cad. No: 20 34506, Kurtköy Pendik/İstanbul/Turkey. Tel.: (+90 216) 378 44 00. Faks: (+90 216) 378 44 11. e-mail:[email protected]

Qeydiyyat vəsiqəsinin sahibi

Santa Farma İlaç San. A.Ş. / Türkiyə. Okmeydanı, Boru Çiçeği Sok.№16, Şişli, İstanbul.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Etofleks 2 ml inyeksiya” üçün ilk rəyi siz yazın.