Nucleodin 2 ml N5 inyeksiya
| Təsiredici maddə | PYRIDOXINE + CYTIDINE + URIDINE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Sinir sisteminə təsir edən vasitələr |
| İstehsal ölkəsi | Gürcüstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
14,39 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NUKLEODİN inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Uridine-5-disodium monophosphate + Cytidine-5- disodium monophosphate + Pyridoxine hydrochlorid
Tərkibi
Təsiredici maddə: 1 ampulda 4,0 mq uridin-5-monofosfat dinatrium duzu, 10,0 mq sitidin-5- monofosfat dinatrium duzu, 50,0 mq piridoksin hidroxlorid vardır. Köməkçi maddələr:susuz limon turşusu, natrium sitrat, dinatrium edetat, benzil spirti, qliserin, təmizlənmiş su.
Təsviri
Şəffaf rəngsiz və ya azacıq sarımtıl mayedir.
Farmakoterapevtik qrupu
Sinir sisteminə təsir edən vasitələr. ATC kodu: N07XX.
Farmakoloji xüsusiyyətləri
Nukleodinin tərkibinə mərkəzi sinir sisteminin (MSS) xəstəliklərinin müalicəsində geniş istifadə edilən sitidin monofosfat (SMF), uridin monofosfat (UMF) nukleotidləri daxildir. SMF lipid kompleksinin sintezində iştirak edir ki, bu da neyronal membranı formalaşdırır, başlıca olaraq sfinqomielin-mielin örtüyünün əsas komponenti. UMF qlikolipidlərin, neyronal strukturun və mielin örtüyü sintezində koferment kimi təsir göstərir, bununla SMF-in təsirini artırır. Bundan başqa UMF əzələ yığılması prosesində enerji mənbəyi kimi təsir göstərir. SMF və UMF fosfolipidlərin və qlikolipidlərin sintezində iştirak edir ki, bu da başlıca olaraq mielin örtüyünü və digər sinir strukturunu təşkil edir. Piridoksin hidroxlorid (B vitamini) koenzim qismində metabolik proseslərdə iştirak edir,6 mərkəzi və periferik sinir sisteminin normal funksiyası üçün vacibdir.
İstifadəsinə göstərişlər
Sümük-oynaq (işias, radikulit), metabolik (alkohol mənşəli, diabetik polineyropatiya), infeksion mənşəli (kəmərləyici dəmrov) nevropatiyanın müalicəsi və Bell iflici. Üz sinirinin, üçlü sinirin nevralgiyası, qabırğaarası nevralgiya, lümbaqo.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı allergik reaksiyalar mümkündür. 2 yaşa qədər uşaqlarda preparatın istifadəsi əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Xüsusi xəbərdarlıq yoxdur. Uyuşmazlığı Müəyyən edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi ana üçün gözlənilən fayda dölə/uşağa olan potensial riskdən üstün olduğu halda həkim məsləhətilə mümkündür. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat nəqliyyat idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Nukleodin əzələdaxili yeridilmə üçün nəzərdə tutulmuşdur. Böyüklərə, eləcə də yaşlı pasiyentlərə sutkada 1 dəfə 1 inyeksiya dozada təyin edilir. Məsləhət görülən müalicə kursu 3 və ya 6 sutkadır. Ehtiyac olduqda həkim təyinatı ilə müalicə 20 gün Nukleodin kapsullarla davam etdirilir. Uşaqlar Uşaqlarda istifadəsi üzrə kifayət qədər məlumat yoxdur.
Əlavə təsirləri
Yüksək həssaslığı malik şəxslərdə səpgi, dəri qaşınması, dəri hiperemiyası daxil olmaqla allergik reaksiyalar mümkündür. Preparatın istifadəsilə əlaqədar əlavə təsirlərin yarandığı zaman həkimlə məsləhətləşmək lazımdır.
Doza həddinin aşılması
Preparatın az toksik olduğunu nəzərə alaraq, hətta terapevtik dozanın təsadüfən aşılması zamanı zəhərlənmə ehtimalı azdır.
Buraxılış forması
2 ml məhlul ampulda. 5 ampul PVX örtüklü konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Biopolus LTD, Georgia. 6007, Batum, st. Noneshvili N65, Georgia.
Qeydiyyat vəsiqəsinin sahibi
OXYGEN LTD, Georgia. Georgia, Tbilisi, Zh. Shartava 510160.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.