Sinupret forte N20 tablet Bionorica

Təsiredici maddə: GENTIANA + VERVAIN (VERBENA) + PRIMROSE (PRIMULA) + …
Təsiredici maddəGENTIANA + VERVAIN (VERBENA) + PRIMROSE (PRIMULA) + …
Dərman formasıTablet
Farmakoloji təsirDigər soyuqdəymə əleyhinə preparatlar
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

16,15 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SİNUPRET FORTE örtüklü tabletlər

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində vardır: Verbenae herba 36 mq; Gentiane radix 12 mq; Rumicis herba 36 mq; Sambuci nigrae flos 36 mq; Primulae flos 36 mq. Köməkçi maddələr: kalsium karbonat (E 170), xlorofill tozu 25% (E 141), dekstrin, jelatine, qlükoza şərbəti, indiqokarmin alüminium lakı (E 132), kartof nişastası, laktoza monohidrat, qarğıdalı nişastası, yüngül maqnezium oksid, montanqlikol mumu, riboflavin (E 101), rafinəolunmuş gənəgərçək yağı, saxaroza, şellak, susuz kolloidal silisium dioksid, sorbitol, stearin turşusu, talk, titan dioksid (E 171), təmizlənmiş su, metakril kopolimeri.

Təsviri

Hamar səthə malik olan yaşıl,girdə, ikitərəfli qabarıq örtüklü tabletlərdir. Farmokoterapevtik qrupu Digər soyuqdəymə əleyhinə preparatlar. ATC kodu: R05X.

İstifadəsinə göstərişlər

Sinupret forte, paranazal (burunətrafı) sinusların və tənəffüs yollarının kəskin və ya xroniki iltihabi xəstəliklərində antibakterial müalicə dəstəkləyici terapiya kimi 12 yaşdan yuxarı yeniyetmələrdə və böyüklərdə istifadə olunur.

Əks göstərişlər

Əgər Gentian root, Vervain herb, Sorrel herb, Elder flowers, Primula flowers və ya bu dərmanın digər inqrediyentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər şikayətlər 7-14 gündən çox davam edərsə, vaxtaşırı pisləşərsə və ya təkrarlanarsa, həkimə müraciət edin. Bu dərmanın tərkibində qlükoza, laktoza, saxaroza və sorbitol şəkərləri vardır. Lütfən, əgər müəyyən şəkərlərə qarşı dözümsüzlüyünüzün olduğunu bilirsinizsə, həkiminizlə məsləhətləşmədən Sinupret forte qəbul etməyin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər reseptsiz alınan dərmanlar da daxil olmaqla digər dərmanlar qəbul edirsinizsə / istifadə edirsinizsə və ya bu yaxınlarda qəbul etmisinizsə / istifadə etmisinizsə, lütfən, bu barədə həkiminizə və ya əczacınıza məlumat verin. Bu vaxta qədər digər dərmanlarla qarşılıqlı təsiri məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər hansı bir dərman qəbul etməzdən əvvəl həkiminizdən və ya əczacınızdan məsləhət alın. Bütün dərmanlar kimi Sinupret forte hamiləlik dövründə və ana südü ilə qidalandırma zamanı yalnız həkim tərəfindən ciddi risk-fayda qiymətləndirilməsindən sonra istifadə edilməlidir. Pediatriyada istifadəsi 12 yaşdan aşağı uşaqlarda istifadə etmək olmaz. 12 yaşdan aşağı uşaqlarda Sinupret fortenin istifadəsi ilə bağlı bu günə qədər kifayət qədər araşdırmalar aparılmamışdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qablliyyətinə təsiri Heç bir xüsusi ehtiyat tədbiri tələb olunmur.

İstifadə qaydası və dozası

Sinupret forte-ni həmişə bu içlik vərəqədə göstərilən qaydalara uyğun qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçınızla yoxlayın. Həkiminiz tərəfindən başqa bir göstəriş olmadıqda, tövsiyə olunan doza: Yaş Birdəfəlik doza Ümumi gündəlik doza Böyüklər və 12 yaşdan böyük 1 örtüklü tablet 3 örtüklü tablet yeniyetmələr (3 dəfə 1 örtüklü tablet) Əgər Sinupret forteni qəbul etməli olduğunuzdan daha çox miqdarda qəbul etmisinizsə, lütfən həkiminizə məlumat verin. Aşağıda sadalanan əlavə təsirlərin daha intensiv ola biləcəyi mümkündür. Başqa bir hərəkətin lazım olub-olmadığı barədə həkiminiz qərar verə bilər. Əgər Sinupret fortenin qəbulunu unutmusunuzsa: Əgər Sinupret forteni həddindən artıq az qəbul etmisinizsə və ya Sinupret forteni qəbul etməyi unutmusunuzsa, növbəti dəfə ikiqat doza qəbul etməyin, əksinə həkiminizin göstərdiyi və ya bu içlik vərəqədə göstərildiyi kimi qəbul etməyə davam edin. Sinupret fortenin qəbulunu dayandırsanız: Sinupret forte-nin qəbulunun dayandırılması ümumiyyətlə zərərsizdir Bu məhsulun istifadəsi ilə bağlı hər hansı bir sualınız varsa, həkiminizdən və ya əczaçınızdan soruşun.

Əlavə təsirləri

Bütün dərmanlar kimi Sinupret forte də əlavə təsirlərə səbəb ola bilər, baxmayaraq ki, onlar hamıda baş vermir. Mümkün əlavə təsirlərin qiymətləndirilməsi aşağıdakı tezlik nisbətlərinə əsaslanır: Çox tez-tez: müalicə olunan 10 şəxsdən 1-dən çoxunda Tez-tez: müalicə olunan 100 şəxsdən 1-10-da Bəzən: müalicə olunan 1000 şəxsdən 1-10-da Nadir: müalicə olunan 10 000 şəxsdən 1-10-da Çox nadir: müalicə olunan 10 000 şəxsdən 1-dən azında Məlum deyil: mövcud məlumatlara əsasən tezliyi qiymətləndirmək mümkün deyil Mədə-bağırsaq xəstəlikləri (mədə ağrısı, ürəkbulanma kimi) bəzən baş verir. Dərinin yüksək həssaslıq reaksiyaları (dəri səpgisi, dərinin qızarması, qaşınma kimi) nadir hallarda baş verir. Bundan əlavə, güclü allergik reaksiyalar (məsələn, dodaqların, dilin və hava yollarının daralması (angioödem) ilə boğazın və / və ya qırtlağın şişməsi, təngnəfəslik, üzün şişməsi) baş verə bilər. Yüksək həssaslıq reaksiyalarının ilk əlamətləri çıxan andan etibarən Sinupret forte yenidən qəbul edilməməlidir. Əgər əlavə təsirlər meydana çıxarsa, dərmanın qəbulu dayandırılmalı və həkimə müraciət edilməlidir. Həkim vəziyyətin ağırlığını və hər hansı bir tədbirin görülməsinin lazım olub- olmadığını təyin edə bilər. Əlavə təsirlərdən hər hansı biri ciddi olarsa və ya bu vərəqədə göstərilməmiş əlavə təsirləri görsəniz, həkiminizə və ya əczaçınıza bu barədə məlumat verin.

Doza həddinin aşılması

Əgər Sinupret forteni qəbul etməli olduğunuzdan daha çox miqdarda qəbul etmisinizsə, lütfən həkiminizə məlumat verin. Aşağıda sadalanan əlavə təsirlərin daha intensiv ola biləcəyi mümkündür. Başqa bir hərəkətin lazım olub-olmadığı barədə həkiminiz qərar verə bilər. Doza həddinin aşılması zamanı simptomatik müalicəyə başlamaq lazımdır.

Buraxılış forması

20 tablet, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən yüksək olmayan temperaturda saxlamaq olmaz. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Karton qutunun və blisterin üzərində qeyd edilən yararlılıq müddəti bitdikdən sonra Sinupret forte-ni istifadə etməyin. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən butaxılma şərti Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Kerschensteinerstraße 11-15 92308 Neumarkt Tel.: 09181 231-90 Faks: 09181 231-265 Internet: www.bionorica.de Email: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Sinupret forte N20 tablet Bionorica” üçün ilk rəyi siz yazın.