Rimantadin 50 mq N20 tablet
| Təsiredici maddə | RIMANTADINE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Virusəleyhinə preparatlar |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,62 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
RİMANTADİN 50 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Rimantadine
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 50,00 mq rimantadin hidroxlorid vardır. Köməkçi maddələr: laktoza monohidrat (süd şəkəri), kartof nişastası, saxaroza (şəkər), jelatin, kalsium stearat.
Təsviri
Girdə, yastı-silindrik, iti qıraqlı, ağ rəngli tabletlər.
Farmakoterapevtik qrupu
Virusəleyhinə preparatlar. ATC kodu: J05AC02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Rimantadin – amantadin törəməsi olan virusəleyhinə preparatdır; preparat A qrip virusunun müxtəlif ştammlarına qarşı (xüsusilə, A2 tipinə qarşı) aktivdir. Zəif qələvi əsaslı maddə olaraq, rimantadin, viruslar hüceyrə daxilinə keçdikdən sonra virus hissəciklərini əhatə edən vakuol membranına malik olan endosomların pH göstəricilərinin artırılması hesabına təsir göstərir. Həmin vakuollarda asidifikasiyanın (turşulaşmanın) qarşısının alınması virus örtüyünün endosom membranı ilə birləşməsini blokada edir və beləliklə, virusun genetik materialının hüceyrələrin sitoplazması daxilinə ötürülməsinin qarşısını alır, yəni, virus genomunun transkripsiyasını dayandırır. Farmakokinetikası Daxilə qəbul edildikdən sonra, rimantadin bağırsaqlarda tamamilə sorulur. Tədricən absorbsiya olunur. Qan plazmasının zülalları ilə birləşməsi təxminən 40% təşkil edir. Paylanma həcmi: böyüklər üçün – 17-25 l/kq, uşaqlar üçün – 289 l/kq təşkil edir. Qan plazması ilə müqayisədə, burun ifrazatında preparatın konsentrasiyası 50 % yüksəkdir. Preparatın sutkada 1 dəfə 100 mq dozada birdəfəlik qəbulundan sonra, qan plazmasında təsiredici maddənin maksimal konsentrasiyası (C ) 181 nq/ml, sutkada iki dəfə 100 mq dozada istifadə etdikdə isə – 416 nq/mlmax təşkil edir. Qaraciyərdə metabolizmə məruz qalır. Preparatın orqanizmdən yarımxaricolma dövrü 24-36 saat təşkil edir; istifadə edilən dozanın 75-85 %-i böyrəklər vasitəsi ilə əsasən metabolitlər şəklində və 15%-i dəyişilməmiş halda xaric olunur. Xroniki böyrək çatışmazlığı zamanı preparatın yarımxaricolma dövrü 2 dəfə uzanır. Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə və yaşlı pasiyentlərdə doza, kreatinin klirensinin (KK) azalmasına proporsional olaraq tənzimlənmədiyi halda, preparatın orqanizmdə toksik konsentrasiyalarda toplanması qeyd oluna bilər.
İstifadəsinə göstərişlər
Böyüklərdə və 7 yaşdan yuxarı uşaqlarda A qrip virusunun erkən müalicəsi və profilaktikası.
Əks göstərişlər
– Rimantadinə və ya preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq; – qaraciyərin kəskin xəstəlikləri; – böyrəklərin kəskin və xroniki xəstəlikləri; – tireotoksikoz; – hamiləlik və laktasiya dövrü; – 7 yaşınadək uşaqlarda istifadəsi. – laktaza çatışmazlığı, saxaraza/izomaltaza çatışmazlığı, laktozaya qarşı dözümsüzlük, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla Arterial hipertenziya, baş beyin damarlarının aterosklerozu, epilepsiya (o cümlədən, anamnezdə), mədə-bağırsaq traktı xəstəlikləri, qaraciyər çatışmazlığı, yaşlı pasiyentlər. Preparata qarşı rezistent virusların meydana çıxması ehtimal edilir. Xəstə şəxslərlə kontakt zamanı, qapalı kollektivlərdə infeksiya yayıldıqda və qrip epidemiyası müddətində xəstəliyin meydana çıxma riski yüksək olduğu hallarda preparatın profilaktik istifadəsi effektivdir. Rimantadinin istifadəsi müddətində yanaşı xroniki xəstəliklərin kəskinləşməsi qeyd oluna bilər. Arterial hipertenziyadan əziyyət çəkən yaşlı pasiyentlərdə hemorragik insultun inkişaf etmə riski yüksəlir. Anamnezlərində epilepsiya və ya rimantadinin istifadəsi fonunda qıcolmaəleyhinə müalicənin aparılması qeyd olunduğu halda, epileptik tutmanın inkişaf etmə riski yüksəlir. Belə vəziyyətlərdə sutkada 100 mq dozada rimantadin qıcolmaəleyhinə müalicə ilə eyni zamanda təyin olunur. Şəkərli diabetdən əziyyət çəkən pasiyentlər nəzərə almalıdırlar ki, preparatın tərkibinə saxaroza və laktoza daxildir. Preparatın 1 tabletinin tərkibində 0,0383 q saxaroza (şəkər) və laktoza monohidrat (süd şəkəri) vardır ki, bu da 0,004 ÇV-ə (çörək vahidinə) müvafiqdir; preparatın maksimal sutkalıq dozasının tərkibində təxminən 0,231 q saxaroza (şəkər) və laktoza monohidrat (süd şəkəri) vardır ki, bu da 0,023 ÇV-ə müvafiqdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Rimantadin epilepsiyaəleyhinə preparatların effektivliyinin zəifləməsinə səbəb olur. Adsorbentlər, büzüşdürücü və bürüyücü preparatlar rimantadinin sorulmasını zəiflədir. Sidiyin qələviləşməsinə səbəb olan preparatlar (asetazolamid, natrium hidrokarbonat və s.) rimantadinin böyrəklər vasitəsi ilə xaricolmasını azaldır və nəticədə onun effektivliyini gücləndirir. Parasetamol və askorbin turşusu qan plazmasında rimantadinin maksimal konsentrasiyasının 11% azalmasına səbəb olur. Simetidin rimantadinin klirensini 18% aşağı salır. Digər dərman preparatlarından (o cümlədən, aptekdən reseptsiz buraxılan preparatlardan) istifadə edən pasiyentlər, Rimantadinin istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşməlidirlər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə rimantadinin istifadəsi əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Rimantadin nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir, bununla belə, başgicəllənmə, baş ağrısı və ya mərkəzi sinir sistemində baş verən digər əlavə effektlər meydana çıxdığı halda, ehtiyat tədbirlərinə riayət edilməlidir.
İstifadə qaydası və dozası
Preparat daxilə, yeməkdən sonra su ilə birlikdə istifadə üçün nəzərdə tutulmuşdur. Qripin müalicəsini xəstəlik simptomları meydana çıxdıqdan sonra, 24-48 saat müddətində başlamaq lazımdır. Böyüklərə – xəstəliyin 1-ci günü sutkada 3 dəfə 100 mq dozada, 2-ci və 3-cü günlərdə sutkada 2 dəfə 100 mq, 4-cü və 5-ci günlərdə – sutkada 1 dəfə 100 mq dozada təyin edilir. Müalicənin 1-ci günü preparatın 300 mq birdəfəlik dozada istifadəsi mümkündür. 7 yaşdan 10 yaşa qədər uşaqlara preparat sutkada 2 dəfə 50 mq dozada; 10 yaşdan 14 yaşa qədər uşaqlara – sutkada 3 dəfə 50 mq dozada; 14 yaşdan yuxarı uşaqlara isə böyüklər üçün müəyyən edilmiş dozalar təyin edilir. Müalicə kursu 5 gün təşkil edir. Qripin profilaktikası Böyüklərə – 30 gün müddətində sutkada 1 dəfə 50 mq dozada təyin olunur. 7 yaşdan yuxarı uşaqlara epidemioloji vəziyyətdən asılı olaraq, 15 günə qədər müddət ərzində sutkada 1 dəfə 50 mq. Müalicədən sonra yaxşılaşma baş vermədikdə və ya simptomlar daha da ağırlaşdıqda və ya yeni simptomlar meydana çıxdığı halda, həkimlə məsləhətləşmək lazımdır. Preparat yalnız təlimatda qeyd olunan göstərişlərə, istifadə qaydasına, dozalara müvafiq istifadə edilməlidir. 2-3 gün müddətində aparılan müalicədən sonra, simptomlar daha da gücləndikdə və ya zəifləmədiyi halda, həkimə müraciət etmək lazımdır.
Əlavə təsirləri
Psixikada baş verən pozğunluqlar: əhval-ruhiyyənin pisləşməsi, eyforiya, hallyusinasiyalar. Sinir sistemində baş verən pozğunluqlar: yuxusuzluq, başgicəllənmə, baş ağrısı, qıcıqlanma, yorğunluq hissi, diqqət konsentrasiyasının pozulması, hərəki pozğunluqlar, yuxuya meyillilik, hiperkineziya, tremor, hallüsinasiyalar, şüurun dumanlanması, qıcolmalar. Eşitmə orqanında və labirintdə baş verən pozğunluqlar: qulaqlarda küy. Ürəkdə baş verən pozğunluqlar: taxikardiya, ürək çatışmazlığı, ürək blokadası (ürək ritminin pozulması), ürək çırpınması hissi, Damarlarda baş verən pozğunluqlar: arterial hipertenziya, beyin qan dövranı pozğunluğu, şüurun itməsi. Tənəffüs sistemində baş verən pozğunluqlar: qoxubilmə qabiliyyətinin dəyişməsi və ya itirilməsi, təngnəfəslik, bronxospazm, öskürək. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: ürəkbulanma, qusma, iştahanın itməsi, ağız boşluğu selikli qişasında quruluq, qarın nahiyəsində ağrı, diareya, dispepsiya. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: səpgilər. İçlik vərəqədə qeyd olunan əlavə effektlərin aşakar olunması və ya onların daha da ağırlaşması və ya həmin içlik vərəqədə qeyd olunmayan əlavə effektlərin meydana çıxması barədə həkimi məlumatlandırmaq lazımdır.
Doza həddinin aşılması
Simptomları: oyanıqlıq, hallyusinasiyalar, aritmiya. Bəzi hallarda, tövsiyə olunan doza həddinin aşılması nəticəsində göz yaşı axması və göz ağrıları, sidik ifrazının tezləşməsi, qızdırma, qəbizlik, tər ifrazının yüksəlməsi, ağız boşluğu selikli qişasının iltihabı, dəridə quruluq müşahidə oluna bilər. Müalicəsi: mədənin yuyulması, simptomatik müalicənin aparılması. Zəhərlənmə baş verdiyi halda, orqanizmin həyat üçün vacib funksiyalarının dəstəklənməsi tələb olunur. Rimantadin hemodializ nəticəsində orqanizmdən qismən xaric olunur.
Buraxılış forması
50 mq-lıq tabletlər. 10 tablet polivinilxlorid örtüklü və basma laklı alüminium folqa və ya polietilen örtüklü kağız konturlu-yuvalı qablaşmada. 20 tablet qapaqlı polietilen və ya polipropilen polimer flakonlarda. 2 konturlu-yuvalı qablaşma və ya 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/İstehlakçılardan iradları qəbul edən təşkilat “Biosintez” İSC. Rusiya Federasiyası, 440033, Penza şəh., Drujba küç., 4. Telefon:/Faks: (8412) 57-72-49.
Qeydiyyat vəsiqəsinin sahibi
“Biosintez” İSC. Rusiya Federasiyası, 440033, Penza şəh., Drujba küç., 4.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.