HOPANTAM 250 MG 30 TB
| Təsiredici maddə | HOPANTENIC ACID |
|---|---|
| Resept | Reseptlə satılır |
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Nootrop vasitə. |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,65 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
HOPANTAM tabletlər HOPANTAM Beynəlxalq patentləşməmiş adı: Hopantenic acid
Tərkibi
Təsiedici maddə: 1 tabletin tərkibində 250 mq kalsium hopantenat vardır. Köməkçi maddələr:maqnezium karbonat, talk, kalsium stearat, metilsellüloza.
Təsviri
Ağ rəngli, yastı silindrik formalı, bir tərəfi xətli, ikitərəfli iti tabletlərdir. Farmakoterapevtik qrup Nootrop vasitə. АТC kodu: N06ВХ.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Hopantamın təsiri onun strukturunda qamma-amin yağ turşusunun olması və onun QAMK -v reseptor-kanal kompleksinə birbaşa təsiri ilə əlaqədardır. Preparat nootrop və qıcolmaəleyhinə təsir göstərir. Beynin hipoksiya və toksik maddələrin təsirinə qarşı dayanıqlılığını artırır, neyronlarda anabolik prosesləri stimullaşdırır, mülayim sedativ təsiri yumşaq stimullaşdırıcı effektlə birləşdirir, motor oyanıqlığını azaldır, əqli və fiziki iş qabiliyyətini artırır. Alkoqol intoksikasiyası və sonradan etanolun təxirə salınması zamanı qamma-amin yağ turşusunun metabolizmini yaxşılaşdırır. Patoloji baxımdan yüksək sidik kisəsi refleksini və detrurozun tonusunu tormozlandırır. Farmakokinetikası Daxilə qəbul edəndən sonra mədə-bağırsaq traktında sürətlə sorulur. Qaraciyərdə, böyrəklərdə, mədə divarında və dəridə daha çox konsentrasiya olunur. Hematoensefalik baryerdən nüfuz edir. Metabolizmə uğramır. 48 saat ərzində: qəbul olunmuş dozanın 67,5% − sidiklə, 28,5% − nəcislə dəyişməmiş halda xaric olunur.
İstifadəsinə göstərişlər
Baş beynin üzvi zədələnmələrində, o cümlədən neyroinfeksiyaların fəsadlarında, kəllə-beyin travmalarında və nevrotik pozulmalarda, koqnitiv pozulmalarda; ekstrapiramid hiperkinezlərdə, sinir sisteminin irsi xəstəlikləri olan xəstələrdə aparılan terapiya ilə kombinasiyada; neyroleptik vasitələrin əlavə təsiri zamanı korrektor qismində, neyroleptik ekstrapiramid sindromu (hiperkinetik və akinetik) zamanı, şizofreniya xəstələrində serebral üzvi çatışmazlıq zamanı kompleks terapiyanın tərkibində; psixi proseslərin zəifləməsi ilə epilepsiya, qıcolmaəleyhinə vasitələrlə kompleks terapiyanın tərkibində; psixoemosional yüklənmələr, əqli və fiziki iş qabiliyyətinin azalmasında yaddaşın və diqqətin konsentrasiyasını yaxşılaşdırmaq üçün; sidik ifrazının neyrogen pozulmaları (pollakiuriya, imperativ çağırışlar, imperativ sidik saxlamama, enurez); inkişafdan (psixi, nitq, motor və ya onların birləşməsi şəklində) geri qalan uşaqlar, o cümlədən keçirilmiş perinatal ensefalopatiya fonunda və uşaq serebral iflicinin müxtəlif formaları olan uşaqlar; hiperkinetik pozulmaları olan uşaqlar (diqqət çatışmazlığı olan hiperaktivlik sindromu); nevrozabənzər vəziyyətdə olan uşaqlar (tiklər; kəkələmə, əsasən klonik forması).
Əks göstərişlər
Hiperhəssaslıq, kəskin ağır böyrək xəstəlikləri, hamiləlik və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Uzunmüddətli müalicə şəraitində preparatla eyni zamanda digər nootrop və stimullaşdırıcı vasitələri təyin etmək tövsiyə olunmur. Digər dərman preparatları ilə qarşılıqlı təsiri Barbituratların təsirini uzadır, qıcolmaəleyhinə vasitələrin təsirini gücləndirir, fenobarbitalın, karbamazepinin, neyroleptiklərin əlavə təsirlərinin qarşısını alır. Yerli anestetiklərin (prokainin) təsirini potensiallaşdırır. Qlisin, etidron turşusu ilə birlikdə qəbul zamanı Hopantamın təsiri güclənir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişlidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiıiyyətinə təsiri Qəbulun ilk günlərində yuxululuğun yarana bilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitələrini və mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır (bax: «Əlavə təsir» bölməsi).
İstifadə qaydası və dozası
Daxilə, yeməkdən 15-30 dəqiqə sonra. Böyüklər üçün birdəfəlik doza adətən 250-1000 mq, uşaqlar üçün – 250-500 mq təşkil edir; böyüklər üçün sutkalıq doza 1500 mq-dan 3000 mq qədər, uşaqlar üçün – 750 mq-dan 3000 mq qədər təşkil edir. Müalicə kursu – 1 aydan 4 aya qədər, ayrı-ayrı hallarda – 6 aya qədər davam edir. 3-6 aydan sonra təkrar müalicə kursu aparmaq olar. baş beynin orqanik zədələnmələrində, o cümlədən neyroinfeksiyaların fəsadlarında, kəllə-beyin travmalarında və nevrotik pozulmalarda koqnitiv pozulmalarında: sutkada 3-4 dəfə 250 mq. ekstrapiramid hiperkinezlərdə, sinir sisteminin irsi xəstəlikləri olan xəstələrdə aparılan terapiya ilə kombinasiyada: sutkada 500 mq-dan 3000 mq qədər. Müalicə kursu – 4 və daha artıq aya qədər. neyroleptik vasitələrin əlavə təsiri zamanı korrektor qismində, neyroleptik ekstrapiramid sindromu (hiperkinetik və akinetik) zamanı, şizofreniya xəstələrində serebral üzvi çatışmazlıq zamanı kompleks terapiyanın tərkibində: böyüklərə sutkada 3 dəfə 500 mq-dan 1000 mq qədər; uşaqlara sutkada 3-4 dəfə 250 mq-dan 500 mq qədər. Müalicə kursu – 1-3 ay. psixi proseslərin zəifləməsi ilə epilepsiya zamanı, qıcolma əleyhinə vasitələrlə kompleks terapiyanın tərkibində: böyüklərə sutkada 3 dəfə 500 mq-dan 1000 mq qədər; uşaqlara sutkada 3-4 dəfə 250 mq- dan 500 mq qədər. Müalicə kursu – 6 aya qədər. psixoemosional yüklənmələr, əqli və fiziki iş qabiliyyətinin azalmasında yaddaşın və diqqətin konsentrasiyasını yaxşılaşdırmaq üçün: sutkada 3 dəfə 250 mq. sidik ifrazının neyrogen pozulmalarında: böyüklərə sutkada 2-3 dəfə 500 mq-dan 1000 mq qədər; uşaqlara sutkada 3 dəfə 250 mq-dan 500 mq qədər (sutkalıq doza 25-50 mq/kq təşkil edir). Müalicə kursu – 1-3 ay. Sinir sisteminin müxtəlif patologiyası olan uşaqlar üçün yaşından asılı olaraq preparat sutkada 1000- 3000 mq dozada tövsiyə olunur. Preparatın təyin olunma taktikası: 7-12 gün ərzində dozanın tədriclə artırılması, 15-40 gün ərzində maksimal dozada qəbul etmə, və 7-8 gün ərzində tədriclə azaltma, ® ® Qopantamın qəbulunu tamamilə dayandırana qədər. Qopantamın kurs qəbulları arasındakı fasilə, başqa nootrop vasitələrində olduğu kimi, 1 aydan 3 aya qədərdir. inkişafdan geri qalan uşaqlarda: sutkada 3-4 dəfə 500 mq. Müalicə kursu – 2-3 ay. diqqət çatışmazlığı olan hiperaktivlik sindromu olan uşaqlar: bədən çəkisindən asılı olaraq preparat səhər və axşam, sutkada 30 mq/kq orta terapevtik dozada təyin olunur. Optimal doza hər pasiyent üçün fərdi qaydada, ilk 5-7 gün ərzində dozanı tədricən artırmaq yolu ilə təyin olunur. Müalicə kursu – 3-4 ay. nevrozabənzər vəziyyətdə olan uşaqlar (tiklər; kəkələmə, əsasən klonik forması): sutkada 3-6 dəfə 250 mq-dan 500 mq qədər. Müalicə kursu – 1-4 ay. Preparatın nootrop təsirini nəzərə alaraq onun əsasən səhər və gündüz saatlarında qəbulu tövsiyə olunur (saat 17 qədər). Preparat 3 yaşdan böyük uşaqlarda istifadə olunur. Daha erkən yaşda preparatın uşaqlar üçün olan forması tövsiyə olunur.
Əlavə təsirləri
Allergik reaksiyalar mümkündür (rinit, konyunktivit, dəridə allergik reaksiyalar). Belə hallarda preparatın qəbulu dayandırılır. MSS tərəfindən arzuolunmaz reaksiyalar da qeyd olunur (hiperoyanıqlıq, yuxu pozulması və ya yuxululuq, əzginlik, tormozlanma, baş ağrısı, baş gicəllənmə, başda küylərin olması). Bu halda preparatın dozası azaldılır.
Doza həddinin aşılması
Dozadan asılı olan əlavə təsirlərin təzahür dərəcəsinin güclənməsi (yuxu pozulması və ya yuxululuq, başda küylərin olması). Müalicəsi: aktivləşdirilmiş kömür, mədənin yuyulması, simptomatik terapiya.
Buraxılış forması
250 mq tabletlər 10 tablet, blisterdə. 3 və ya 5 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Altayvitaminı” QSC. Ünvan Rusiya Federasiyası 659325, Altay vilayəti, Biysk şəhəri, Zavodskaya küçəsi 69 Tel.: (3854) 338-719, 326-948 Faks: (3854) 326-943.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.