Fezam 400 mq / 25 mq N60 kapsul
| Təsiredici maddə | PIRACETAM + CINNARIZINE |
|---|---|
| Dərman forması | Kapsul |
| Farmakoloji təsir | Nootrop vasitə |
| İstehsal ölkəsi | Bolqarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,30 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FEZAM 400 mq/25 mq daxilə qəbul üçün bərk kapsullar PHEZAM Beynəlxalq patentləşdirilməmiş adı: Piracetam + Cinnarizin
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 400 mq pirasetam, 25 mq sinnarizin vardır. Köməkçi maddələr: laktoza monohidrat, susuz kolloid silisium dioksid, maqnizium stearat. Kapsulun tərkibi: titan dioksid (E 171), jelatin.
Təsviri
Silindr formalı, ağ rəngli bərk jelatin kapsullardır.
Farmakoterapevtik qrupu
Nootrop vasitə. ATC kodu: N06BX.
Farmakoloji xüsusiyyətləri
Fezam tərkibində Pirasetam və Sinnarizin preparatları olan kombinəedilmiş dərman vasitəsidir. Pirasetam nootrop preparatlara aid olub, əqli iş qabiliyyətini və qavrama proseslərini bərpa edib, yaxşılaşdırır. Sinnarizin kalsium ionlarının hüceyrə membranından nəqlolunmasını tormozlayaraq, qan damarlarının genişlənməsinə səbəb olur, tarazlıq mərkəzinin qıcıqlanmasını zəiflədir və hüceyrələrin oksigen çatışmazlığına qarşı davamlılığını yüksəldir. Fezam kombinəedilmiş preparat olaraq, güclü antihipoksant təsir göstərir (toxuma hipoksiyası zamanı). Hər iki preparat bir-birinin təsir effektini gücləndirir və nəticə olaraq beyin qan dövranını yaxşılaşır.
İstifadəsinə göstərişlər
Fezam aşağıdakı hallarda təyin olunur: − ateroskleroz və arterial hipertoniya zamanı inkişaf edən xronik və latent (gizli) beyin qan dövranı çatışmazlığı; − keçirilmiş beyin insultundan sonra inkişaf edən xronik və latent (gizli) beyin qan dövranı çatışmazlığı; − beyin silkələnməsi və beynin yüngül kontuziyası nəticəsində baş verən posttravmatik serebrosteniya ; − müxtəlif etiologiyalı ensefalopatiya; − yaddaşın və beynin digər dərketmə funksiyalarının pozulmasına səbəb olan psixoorqanik sindrom; − labirintopatiyalar, Menyer sindromu (vestibulyar aparatın zədələnməsi) nəticəsində baş verən başgicəllənmə, qulaqlarda küy, ürəkbulanma, qusma, nistaqm (göz almasının qeyri-iradi hərəkətləri; − kinetozların (hərəkət pozğunluqları) profilaktikası.
Əks göstərişlər
− preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq/allergiya; − böyrək çatışmazlığının ağır formaları (kreatinin klirensi <20 ml/dəq); − hemorragik insult (beyin qansızması); − Hentinqton xoreyası; − 5 yaşadək uçaqlarda istifadəsi; − Hamiləlik və laktasiya dövrü; − Preparatın təyini zamanı psixomotor oyanıcılığın olması.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Fezam aşağıdakı hallarda ehtiyatla təyin olunur: − böyrək çatışmazlığının yüngül və orta ağırlıqda olan formaları – terapevtik doza azaldımalı və preparatın qəbulu arasında interval uzadılmalıdır; − qaraciyər çatışmazlığı – qanda qaraciyər fermentlərini nəzarət altında saxlamaq lazımdır; − gözdaxili təzyiqin yüksəlməsi; − Parkinson xəstəliyi; − Hemostaz pozğunluqları; − Ağır qanaxma. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Fezamı aşağıdakı dərman preparatları ilə eyni zamanda istifadə etmək tövsiyə edilmir: – mərkəzi sinir sisteminə tormozlayıcı təsir göstərən preparatlar; – trisiklik antidepressantlar; – nootrop hipotenziv dərman vasitələri; – damargenişləndirici preparatlar; – qalxanabənzər vəzinin hormon preparatları; – antikoaqulyantlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatdan istifadə etmək olmaz (xüsusilə I trimestrində). Fezam ana südünə nüfuz etdiyinə görə müalicə müddətində ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri barədə heç bir məlumat yoxdur.
İstifadə qaydası və dozası
Böyüklərə Gündə 3 dəfə 1-2 kapsul daxilə qəbul edilir. Xəstəliyin ağırlığından asılı olaraq müalicə kursu 1-3 aydır. Uşaqlara Gündə 2 dəfə 1-2 kapsul daxilə qəbul edilir. 3 aydan artıq faziləsiz qəbul etmək olmaz. Preparatdan istifadə müddətində alkoqollu içkilər qəbul etmək olmaz.
Əlavə təsirləri
Əlavə təsirlər çox nadir hallarda meydana çıxır. − Allergik reaksiyalar – dəri reaksiyaları, fotohəssaslılq; − Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar – ağız suyu ifrazının artması, ürəkbulanma, qusma; − Sinir sistemində baş verən pozğunluqlar – narahatlıq, oyanıqlıq, yuxunun pozulması; − Yaşlı adamlarda – tremor.
Doza həddinin aşılması
Fezam xəstələr tərəfindən yaxşı qəbul edilir. Müalicəni yarımçıq dayandırmaq üçün ciddi əlavə təsirləri yoxdur. Böyüklərdə doza həddinin aşılması epiqastral ağrıların baş verməsinə səbəb olur. Uşaqlarda doza həddinin aşılması sinir sistemi pozğunluqları ilə özünü büruzə verir – yuxusuzluq, narahatlıq, eyforiya, oyanıqlıq, tremor, qarabasmalar, qıcolmalar. Doza həddinin aşılması simptomatik müalicə olunur. Hemodializ də aparıla bilər. Qusma refleksinin yaradılması, mədə yuyulması icra edilə bilər. Spesifik antidotu yoxdur. Preparatın bir qəbulu ötürüldükdə, onu növbəti qəbul vaxtı dozanı artırmadan istifadə etmək lazımdır.
Buraxılış forması
10 kapsul, blisterdə. 6 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Balkanfarma –Dupnisa AD. “Samokovskoye şosse” küç, 3, 2600 Dupnisa, Bolqarıstan. Tel.: +359/701 58 196. Fax: +359/701 58 555.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.