Spasilon 40 mq N30 tablet
| Təsiredici maddə | OTILONIUM BROMIDE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | MBT-nın funksional pozğunluqlarının müalicəsi üçün istifadə edilən preparatlar, antimuskarinlər və dördlü ammonium birləşmələri |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,18 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SPASİLON 40 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Otilonium bromide
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq otilonium bromid vardır. Köməkçi maddələr: laktoza, qarğıdalı nişastası, natrium nişasta qlikolyatı, maqnezium stearat, HPMC 15cP, titan dioksid (E171), talk, polietilenqlikol (6000).
Təsviri
Dəyirmi, ağ rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
MBT-nın funksional pozğunluqlarının müalicəsi üçün istifadə edilən preparatlar, antimuskarinlər və dördlü ammonium birləşmələri. ATC kodu: A03AB06. Farmokoloji xüsusiyyətləri Farmakodinamikası Otilonium bromidin güclü spazmolitik təsiri onun həzm traktının saya əzələlərinin hüceyrə membranlarından kalsium ionlarının daşınmasına təsir göstərə bilməsi, həmçinin kalsium kanallarının, muskarin və taxikinin reseptorlarının blokada edilməsi ilə bağlıdır. SPASİLON mədə-bağırsaq traktı orqanlarının saya əzələlərinin tonusunu azaldır, bağırsaq spazmlarını aradan qaldırır və artmış hərəkətliliyini (əzələlərin yığılmasını və sürətini) tənzimləyir. Atropinəbənzər təsirə malik deyil. Farmakokinetikası Peroral (daxilə) qəbul olunduqdan sonra preparatın yalnız 3%-i sorulur, bu da onun plazmada aşağı konsentrasiyada olduğunu izah edir. Preparatın böyük miqdarı yoğun bağırsağın saya əzələlərində paylanır. Çox hissəsi (95-97%) öd vasitəsilə xaric olur.
İstifadəsinə göstərişlər
Qıcıqlanmış bağırsaq sindromunda və həzm sisteminin ağrılı spazmlar, abdominal gərginlik və bağırsağın hərəki fəaliyyətinin pozulması ilə xarakterizə olunan digər vəziyyətlərində istifadə edilir.
Əks göstərişlər
o Otilonium bromidə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq. o Yoğun bağırsağın obstruksiyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda ehtiyatla istifadə edilməlidir. o Qlaukoma (gözdaxili təzyiqin artması) zamanı. o Prostat vəzinin hipertrofiyası (böyüməsi) zamanı. o Pilorik stenoz (mədənin çıxış hissəsinin daralması) olduqda. o Bağırsağın atoniyası ilə əlaqədar olan qəbizliklərdə (məsələn, şəkərli diabet zamanı). Preparatın tərkibində laktoza vardır. Əgər sizdə qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı (Lapp tipli) və ya qlükoza-qalaktoza malabsorbsiya sindromu varsa, preparatı qəbul etməzdən əvvəl bu barədə həkiminizə məlumat verməlisiniz. Hər dozanın tərkibində 1 mmol-dan az miqdarda (23mq) natrium vardır. Natrium ilə əlaqədar heç bir mənfi təsir gözlənilmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri qeyd olunmayıb. Əgər hazırda reseptlə və ya reseptsiz buraxılan hər hansı bir dərman preparatı qəbul edirsinizsə və ya yaxın zamanlarda qəbul etmisinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Dərman vasitəsini istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin. Zərurət olmadığı halda istifadə etməyin. Hamiləlik dövründə istifadəsi üçün zərurət yaranarsa, həkim nəzarəti altında istifadə edin. Müalicə dövründə hamilə olduğunuzu hiss etsəniz, bunu dərhal həkiminizə və ya əczaçınıza bildirin. Laktasiya dövrü Dərman vasitəsini istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin. Zərurət olmadığı halda istifadə etməyin. Laktasiya dövründə istifadəsi üçün zərurət yaranarsa, həkim nəzarəti altında istifadə edin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Böyüklər Gündə 2-3 dəfə yeməkdən 20 dəqiqə əvvəl 1 tablet qəbul edilir. Tabletləri bütöv halda, çeynəmədən, kifayət qədər su ilə udmaq lazımdır. Uşaqlar Uşaqlara təyin edilmir. Böyrək/qaraciyər çatışmazlığı Böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın korreksiyasına ehtiyac yoxdur.
Əlavə təsirləri
Bütün dərman vasitələrində olduğu kimi, SPASİLON preparatının tərkibindəki komponentlərə qarşı həssaslığı olan şəxslərdə əlavə təsirlər meydana çıxa bilər. Əgər Sizdə udmanın və nəfəsalmanın çətinləşməsi, üzün, dodaqların və ya udlağın şişməsi, dəridə səpgilər və ya qaşınma kimi allergik reaksiya əlamətləri meydana çıxarsa, tabletlərin qəbulunu dayandırın və dərhal həkiminizlə əlaqə saxlayın və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin. Sizə təcili tibbi yardım göstərilməsi və ya sizin xəstəxanaya yerləşdirilməniz tələb oluna bilər. Terapevtik dozalarda əlavə təsirlərə səbəb olmur. Klinik tədqiqatlarda rast gəlinən əlavə təsirlər (plasebo ilə eyni tezlikdə): ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Terapevtik dozalarda otilonium bromid atropinəbənzər effektlərin yaranmasına səbəb olmur.
Doza həddinin aşılması
Doza həddininn aşılması barədə məlumat yoxdur. Əgər Siz təyin ediləndən daha çox SPASİLON tablet qəbul etmisinizsə və özünüzü yaxşı hiss etmirsinizsə, həkiminizlə əlaqə saxlayın və ya preparatın qutusunu və istifadəsi üzrə təlimatı götürüb ən yaxında yerləşən xəstəxanaya müraciət edin. Əgər Siz SPASİLON tableti qəbul etməyi unutmusunuzsa Əgər dozanı qəbul etməyi unutmusunuzsa, xatırlayan kimi onu qəbul edin. Buraxılmış dozanı kompensə etmək üçün ikiqat doza istifadə etməyin.
Buraxılış forması
10 tablet, PVX/PE/PVDX/Alüminium folqa blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C -dən aşağı temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/ Ünvan Santa Farma Ilaç Sanayii A.Ş. Gebkim 41455 Dilovası –Kocaeli / Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.