FINLIPSAL 200 MG N50
| Təsiredici maddə | CARBAMAZEPINE |
|---|---|
| Resept | Reseptlə satılır |
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Mərkəzi sinir sistemi, epilepsiyaəleyhinə vasitələr, karboksamid törəmələri, karbamazepin |
| İstehsal ölkəsi | Polşa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,70 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FİNLİPSAL 200 mq tabletlər FINLIPSAL Beynəlxalq patentləşdirilməmiş adı: Carbamazepine
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq karbamazepin vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium kroskarmelloza, susuz kolloidal silisium, maqnezium stearat.
Təsviri
Ağ rəngli, dairəvi, ikitərəfli qabarıq, üzərində bölmə xətti olan tabletlərdir. Tableti yarıya bölmək olar.
Farmakoterapevtik qrupu
Mərkəzi sinir sistemi, epilepsiyaəleyhinə vasitələr, karboksamid törəmələri, karbamazepin. ATC kodu: N03AF01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Karbamazepin qıcolmaəleyhinə preparatdır, parsial və generalizəolunmuş tutmaların müali- cəsində effektivdir. Üçlü sinirin nevralgiyasının müalicəsində analgeziyaedici təsir göstərir. Müəyyən edilmişdir ki, karbamazepinin qıcolmaəleyhinə təsir mexanizmi natriumun potensi- aldan asılı ion kanallarını blokadaya almaqla, natriumdan-asılı potensialın yaranmasının qarşısını alması ilə bağlıdır. Karbamazepin bu kanallarla birləşir, onların aktivləşməsinin qarşısını alır. Bununla əlaqədar olaraq, hüceyrələrin qıcıqlanması (stimullaşması) azalır və qıcıqlanmaya cavab olaraq, təkrar neyronal boşalmaların tezliyi aşağı düşür. Epilepsiya ocağında davamlı depolyarizasiya vəziyyəti tormozlanır. Bu təsir karbamazepinin müalicəvi dozasını qəbul etdikdən sonra baş verir. Karbamazepin benzidiazepin, adenozin və α -adre-2 nergik reseptorlara təsir göstərmir. Нəmçinin, QAYT-ergik reseptorlara və neyromediator amin turşularını stimullaşdıran resep- torlara təsir göstərmir. Farmakokinetikası Sorulması Karbamazepin mədə-bağırsaq traktından tədricən və demək olar ki, tam sorulur. Plazmada dəyişilməmiş maddənin orta maksimal konsentrasiyası 400 mq birdəfəlik dozanın daxilə qəbul edilməsindən sonra 12 saat müddətində yaranır və təqribən 4,5 mkq/ml təşkil edir. Biomənimsənilməsi preparatın peroral formasından asılı olaraq, 85-100% təşkil edir. Qəbul edilmiş dozadan asılı olmayaraq, qida preparatın sorulma dərəcəsinə və sürətinə təsir göstərmir. Раylanması Karbamazepinin təqribən 70-80%-i plazma zülalları ilə birləşir. Dəyişilməmiş maddənin onurğa beyni mayesində və ağız suyunda konsentrasiyası qan zərdabındakı konsentrasiyası- nın təqribən 20-30%-ni təşkil edir. Dərman preparatının döş südündə konsentrasiyası plazma konsentrasiyasının 25-60%-ni təşkil edir. Karbamazepin plasentar baryerdən keçir. Preparat ana südünə nüfuz edir və orada konsentrasiyası zərdab konsentrasiyasının 25-60%-ni təşkil edir. Biotransformasiyası Karbamazepinin əsas biotransformasiya yolu qaraciyərin mikrosomal fermentləri vasitəsilə 10,11-epoksidin alınması ilə oksidləşmə reaksiyasıdır. 10,11-epoksid isə sonra tamamilə 10,11-trans-dihidroksi-10,11-dihidrokarbamazepinə qədər metabolizə olunur və sidiklə, əsasən birləşməmiş formada xaric olur. Karbamazepin həmçinin, 2-hidroksikarbamazepinə və 3-hidroksikarbamazepinə, həmçinin, 9- hidroksi-metil-10-karbamoilakridan metabolitinə qədər aromatik hidroksilləşməyə məruz qalır. Karbamazepinin 10,11-epoksid metaboliti üçlü sinirin nevralgiyası zamanı analgeziyaedici təsir göstərir. Xaric olması Birdəfəlik dozada qəbul edildikdən sonra karbamazepinin yarımxaricolma dövrü təqribən 36 saat, çoxsaylı dozaların qəbulundan sonra isə müalicə müddətindən asılı olaraq, orta hesabla 16-24 saat təşkil edir (qaraciyərin monooksigenaza sistemi vasitəsilə fermentativ induksiya). Fermentativ induksiya törədən preparatlarla (məsələn, fenitoin, fenobarbital) kombinəolun- muş müalicə zamanı karbamazepinin yarımxaricolma dövrü orta hesabla 9-10 saat təşkil edir. Birdəfəlik dozanın qəbulundan sonra Karbamazepinin 10,11-epoksid metabolitinin plazmadan orta yarımxaricolma dövrü təqribən 6 saat təşkil edir. Karbamazepinin 400 mq dozada daxilə qəbulundan sonra dozanın təqribən 72%-i sidiklə xaric olur (dəyişilməmiş karbamazepin şəklində – qəbul edilmiş dozanın 2%-i və 10,11-epoksid aktiv metabolit şəklində – qəbul edilmiş dozanın 1% -i). Qəbul edilmiş dozanın 28%-i nəcislə xaric olur.
İstifadəsinə göstərişlər
• Epilepsiya Dərman preparatı aşağıdakı qıcolma tutmaları zamanı istifadə olunur: − mürəkkəb parsial tutmalar (psixomotor, gicgah); − generalizəolunmuş (tonik-klonik) tutmalar (grand mal); − qarışıq formalar (yuxarıda göstərilən göstərişlər daxil olmaqla və ya digər parsial və ya generalizəolunmuş tutmalar). • Üçlü sinirin nevralgiyası Karbamazepin üçlü sinirin tipik nevralgiyası ilə ağrı sindromunun müalicəsi üçün göstərişdir. Preparat həmçinin dil-udlaq sinirinin nevralgiyasının müalicəsində effektivdir. • Litium preparatları ilə müalicəyə reaksiya verməyən pasiyentlərdə bipolyar affektiv pozğunluqların profilaktikası. Qeyd: dərman preparatı ağrı sindromunun digər növlərinin aradan qaldırılması üçün istifadə edilməməlidir.
Əks göstərişlər
Karbamazepinə, köməkçi maddələrdən hər hansı birinə və ya amitriptilin, dezipramin, protriptilin və s. kimi digər trisiklik antidepressantlara qarşı yüksək həssaslıq. МАО-nun inhibitorları ilə müalicə (karbamazepinin istifadəsi yalnız monoaminooksidazanın inhibitorları ilə müalicənin qurtarmasından ən azı 14 gün keçdikdən sonra mümkündür ). Anamnezdə sümük iliyinin funksional pozğunluğu. Qulaqcıq-mədəcik blokadası. Porfirinlərin sintezinin pozulması (kəskin intermittəedici porfiriya).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Karbamazepinlə müalicəyə başlayana qədər hərtərəfli anamnez toplamaq (xüsusilə keçirilmiş xəstəliklərə münasibətdə) və fizikal müayinə aparmaq lazımdır. Bütün müalicə kursu dövrün- də pasiyent hərtərəfli həkim müşahidəsi altında olmalıdır. Qızdırma, boğazda ağrı, ağız boşlu- ğunun selikli qişasının səthi eroziyası, göyərmələrin (qançır) meydana çıxması, nöqtəvi və lə- kəli qansızmalar kimi arzuolunmaz simptomlar meydana çıxan zaman müalicəni dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır. Nəzərə almaq lazımdır ki, qıcolmaəleyhinə prepa- ratın qəflətən ləğv edilməsi tutmanın və ya qıcolma vəziyyətinin meydana çıxmasını sürətlən- dirə bilər. Karbamazepin qeyri-tipik tutmalar daxil olmaqla, tutmaların qarışıq formaları olan pasiyent- lərdə ehtiyatla istifadə edilməlidir, belə ki, bu pasiyentlərdə generalizəolunmuş tutmaların tez- liyi arta bilər. Müalicənin faydası ilə potensial riskinin nisbətini diqqətlə qiymətləndirmək lazımdır, xüsusilə karbamazepinlə müalicəni dayandıran pasiyentlərdə, həmçinin anamnezində qandövranı siste- minin, qaraciyərin və böyrəklərin, o cümlədən qanyaranma sisteminin funksional pozğunluq- ları qeyd olunan pasiyentlərdə (aplastik anemiyanın inkişafının mümkünlüyünü nəzərə almaq- la, digər preparatların qəbulundan sonra arzuolunmaz təsirlər daxil olmaqla). Latent psixozun aktivləşmə riskini nəzərə almaq lazımdır, xüsusilə ahıl yaşlı pasiyentlərdə. Müəyyən göstərişlərə görə qıcolmaəleyhinə preparatlar istifadə edən pasiyentlərdə intihara cəhd və intihar niyyəti qeyd edilmişdir. Qıcolmaəleyhinə preparatların randomizəolunmuş plasebo-nəzarət olunan tədqiqatlarının meta-analizində də intihar barədə cəhdlərin və fikirlə- rin yaranma riskinin bir qədər yüksəlməsi barədə məlumat verilmişdir. Вu riskin inkişaf mexanizmi məlum deyil, mövcud məlumatlar isə bu riskin karbamazepinin istifadəsi ilə bağlılığını istisna etmir. Ona görə də intihar barədə cəhd və fikirlərin inkişafının mümkünlüyü ilə əlaqədar olaraq pasiyenti diqqətlə müşahidə etmək və lazım gələrsə, müvafiq müalicə təyin etmək lazımdır. Pasiyentləri (həmçinin, onların qəyyumlarını) məlumatlandırmaq lazımdır ki, intihara dair cəhd və fikir əlamətləri meydana çıxarsa, həkimə müraciət etmək lazımdır. Diaqnostik müayinələr Müalicəyə başlamazdan əvvəl qan analizi həyata keçirmək lazımdır (trombositlər, retikulositlər, dəmir ionlarının səviyyəsi). Əgər müalicə dövründə leykositlərin və ya trombositlərin sayı azalarsa, pasiyenti hərtərəfli müayinə etmək və preparatın ləğv edilməsinin zəruriliyi barədə düşünmək lazımdır, xüsusilə, əgər sümük iliyinin zədələnməsini göstərən dəyişikliklər qeyd edilərsə. Müalicənin ilk 3 ayı ərzində hər həftə, sonra isə vaxtaşırı olaraq (müalicənin 2-3 ili ərzində hər ay) pasiyentin vəziyyətini yoxlamaq lazımdır. Karbamazepinlə müalicəyə başlayana qədər və müalicə dövründə qaraciyərin funksional göstəricilərinə nəzarət etmək lazımdır. Qaraciyərin funksional pozğunluğu preparatın ləğv edilməsi üçün göstərişdir. Müalicədən əvvəl və müalicə dövründə sidik analizinə və qanda sidik cövhəri azotunun möv- cudluğuna nəzarət etmək lazımdır, belə ki, karbamazepinin istifadəsindən sonra böyrək funk- siyasının pozulması qeyd edilmişdir. Müalicədən əvvəl və müalicə dövründə görmə orqanına nəzarət etmək (yarıqlı lampanın kö- məyilə müayinə, göz dibinin müayinəsi, tonometriya) tövsiyə olunur, belə ki, karbamazepinin istifadəsindən sonra bu orqanda dəyişiklik baş verə bilər. Karbamazepin zəif antixolinergik təsirə malik olduğundan, gözdaxili təzyiqi yüksək olan pasiyentlərdə xüsusi ehtiyatlılıq tələb olunur. Karbamazepin qalxanabənzər vəzinin funksional analizlərinin nəticələrinə təsir göstərir (qiyməti azaldır) və hamiləlik testinin nəticəsinə təsir göstərə bilər. Karbamazepinlə və ya karbamazepinlə birlikdə digər qıcolmaəleyhinə preparatlarla və ya bəzi diuretiklərlə (hidroxlortiazid, furosemid) müalicədən sonra hiponatriemiya müşahidə edilmiş- dir. Dəri reaksiyaları Müalicə zamanı ciddi, bəzənsə ölümcül dəri reaksiyaları, o cümlədən toksik epidermal nekro- liz (TEN) və Stivens-Conson sindromunun meydana çıxması barədə məlumat verilmişdir. Pasiyentlərə dəri örtüklərinin zədələnməsinin əlamətləri və simptomları vermək və bu reaksi- yaya görə hərtərəfli müşahidə aparılmasının zəruriliyi barədə məlumat vermək lazımdır. Stivens-Conson sindromu və toksik epidermal nekrolizlə bağlı dəri dəyişikliklərinin böyük olmayan inkişaf riski preparatla müalicənin ilk həftələri müddətində meydana çıxır. Əgər Stivens-Conson sindromunun (SCS) və ya toksik epidermal nekrolizin (TEN) dəri simp- tomları (məsələn, dərinin qabarlı səpgisi və ya enantemalar) meydana çıxarsa, karbamazepi- nin istifadəsini dayandırmaq lazımdır. SCS və TEN meydana çıxan zaman müalicənin ən yaxşı nəticələri erkən diaqnoz və hər hansı şübhəli preparatın istifadəsinin dərhal dayandırılması zamanı əldə edilir. Erkən diaqnoz ən yaxşı proqnozla bağlıdır. Əgər pasiyentdə SCS və ya TEN diaqnozlaşdırılarsa, təkrar karbamazepin istifadə etmək olmaz. Hesab edilir ki, əsasən Qafqaz irqindən olan əhalinin yaşadığı ölkələrdə bu təsir karbamazepin alan 10 000 yeni pasiyentdən 1-6-da qeyd edilir, lakin, bəzi asiya ölkələrində bu risk 10 dəfə yüksək qiymətləndirilir. Gatdikcə daha çox sübutlar göstərir ki, HLA-nın müxtəlif allelləri immun sistemlə bağlı arzuolunmaz reaksiyaların inkişaf riski ilə assosiasiya olunur. HLA-B*1502 alleli – çin, tailand və digər asiya mənşəlilərdə. Karbamazepinlə müalicə olunan çin mənşəli (Xan etniq qrupundan) şəxslərdə HLA-B*1502 allelinin Stivens-Conson sindromu da daxil olmaqla, ciddi, arzuolunmaz dəri reaksiyaları ilə güclü bağlılığı müəyyən edilmişdir. HLA-B*1502 alleli çin əhalisinin Xan və tay mənşəli şəxslərinin təqribən 10%-də qeyd edilir. Bu pasiyentlərdə karbamazepinlə müalicəyə başla- mazdan əvvəl bu allelə skrininq keçirmək lazımdır. Əgər testin nəticəsi müsbət olarsa, karbamazepinlə müalicəni yalnız o halda təyin etmək olar ki, digər müalicə variantı olmasın. HLA-B*1502 allelinə testin nəticəsi mənfi olan pasiyentlərdə SCS riski kiçikdir, baxmayaraq ki, reaksiya baş verə bilər. Bəzi məlumatlar göstərir ki, asiya əhalisinin qalan pasiyentlərində karbamazepinin istifadəsi ilə bağlı ciddi TEN və (və ya) SCS reaksiyalarının yüksək riski mövcuddur. Onlarda bu allelin mövcud olması (Filippin və Malayziya ərazisində 15%-dən çox) faktını nəzərə alaraq, bu pa- siyent qrupunda bu HLA-B*1502 allelinin genetik skrininqini aparmaq lazımdır. HLA-B*1502 allelinin rastgəlmə tezliyinin qafqaz irqinə məxsus şəxslərdə, həmçinin, afri- kalı, ispan, yapon və koreya mənşəli şəxslərdə əhəmiyyətsiz dərəcədə olduğu hesab edilir (<1%). HLA-А*3101 alleli – Qafqaz irqli şəxslərdə və yaponlarda Bəzi məlumatlar HLA-A*3101-in mövcudluğu ilə SCS və TEN-in inkişafı, eozinofiliya ilə və sistem təzahürlərlə medikamentoz səpgi (ing. DRESS –Drug Rash with Eosinophilia and Sys- temic Symptoms) və ya daha az ciddi forma – qafqaz irqinə məxsus şəxslərdə və yaponlarda kəskin generalizəolunmuş ekzantematoz pustulyoz (ing.AGEP –Acute Generalized Exanthe- matous Pustulosis) və makulopapulyoz səpgi daxil olmaqla, karbamazepinin törətdiyi arzu- olunmaz dəri reaksiyalarının yüksək riski ilə bağlı olduğunu göstərir. HLA-A*3101 allelinin təzahürünün tezliyi müxtəlif etnik qruplarda əhəmiyyətli dərəcədə fərqlənir. Avropalı pasiyentlərdə 2-5%, yaponlarda isə təqribən 10% təşkil edir. HLA-A*3101 allelin mövcudluğu – ümumi əhalidə dəri reaksiyalarının(əsasən yüngül formalarını) inkişaf riskini 5%, avropa mənşəli əhalidə isə 25%-ə qədər yüksəldə bilər, halbuki bu allelin yoxluğu bu riski 5-dən 3,8%-ə qədər aşağı sala bilər. Karbamazepinlə müalicəyə başlayana qədər HLA-A*3101 allelinin mövcudluğuna dair skrininq müayinənin aparılmasını tövsiyə etmək üçün kifayət qədər məlumat yoxdur. HLA-A*3101 allelinin mövcudluğu qeyd olunmuş qafqaz irqinə məxsus pasiyentlərdə və ya yaponlarda karbamazepinlə müalicə o zaman istifadə oluna bilər ki, preparatın istifadəsindən gözlənilən fayda mümkün riskdən üstün olsun.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Reseptsiz buraxılan dərman preparatları da daxil olmaqla, son zamanlar istifadə olunmuş bütün dərman preparatları barədə həkimə məlumat vermək lazımdır. Sitoxrom CYP3A4-ün inhibitorları karbamazepininmetabolizmini tormozlayır və onun plaz- ma konsentrasiyasını yüksəldə bilərlər. Bunlar aşağıdakılardır: izoniazid, verapamil, diltiazem, proteazanın İİV-infeksiyaların müa- licəsində istifadə olunan inhibitorları (məsələn, ritonavir), viloksazin, fluoksetin, fluvoksamin, omeprazol, asetazolamid, simetidin, danazol, nefazodon, makrolidlər (məsələn, eritromisin, klaritromisin), loratadin, olanzapin, kvetiapin, primidon, terfenadin, niasinamid, nikotin turşu- sunun amidi (böyüklərdə yüksək dozalarda), trazodon, viqabatrin, dekstropropoksifen, azollar (ketokonazol, itrakonazol, flukonazol, vorikonazol), valproy turşusu (10,11-epoksidin konsen- trasiyasını yüksəldir), qreypfrut şirəsi. Karbamazepinin yüksək konsentrasiyalarının əlavə təsir törətməsi ilə bağlı olaraq (məsələn, başgicəllənmə, yuxululuq, koordinasiyanın pozulması, ikili görmə), karbamazepinin dozasını dəyişdirmək və (və ya) qan plazmasında konsentrasiyasının monitorinqini keçirmək lazımdır. Sitoxrom CYP3A4-ün karbamazepinin metabolizmini sürətləndirən inhibitorları həm də onun plazma konsentrasiyasını azalda bilər. Bunlar aşağıdakılardır: sisplatin, doksorubisin, felbamat, rifampisin (həmçinin 10,11-epoksi- din konsentrasiyasını yüksəldir), fenobarbital, fenitoin və fosfenitoin, primidon, teofillin, klonazepam, valproy turşusu, okskarbazepin, dazotu. İzotretoinin karbamazepinin (və/və ya 10,11-epoksidin) biomənimsənilməsinə təsir göstərdiyi hallar qeyd edilmişdir. Mefloxin karbamazepinin qıcolmaəleyhinə təsirini aradan qaldıra bilər Karbamazepin, qaraciyər CYP-in aktivliyini induksiyalaşdırmaqla, aşağıdakı preparatlar kimi dərman preparatlarının zərdab konsentrasiyasını aşağı salır: levotroksin, klobazam, klonaze- pam, etosuksimid, primidon, valproy turşusu, alprazolam, kortikosteroidlər (məsələn, hidro- kortizon, prednizolon, deksametazon), siklosporin, diqoksin, doksisiklin, dihidropiridin törə- mələri (məsələn, felodipin, isradipin), indinavir, sakvinavir, ritonavir, haloperidol, metadon, tramadol, tərkibində estrogenlər və (və ya) progestagenlər olan preparatlar, gestrinon, tibolon, toremifen, teofillin, peroral antikoaqulyant preparatlar (varfarin, dikumarol), lamotricin, tia- qabin, topiramat, bupropion, sitalopram, trisiklik antidepressantlar (imipramin, amitriptilin, klomipramin, nortriptilin), klozapin, okskarbazepin, olanzapin, kvetiapin, itrakonazol, imati- nib və risperidon. Bu preparatların dozasının dəyişdirilməsi lazım gələ bilər. Düşünmək lazım gələn kombinasiyalar Karbamazepinlə parasetamolun birlikdə istifadəsi zamanı parasetamolun biomənimsənilməsi azala bilər. İzoniazidlə birlikdə istifadə zamanı izoniazidin hepatotoksik təsiri arta bilər. Karbamazepinlə litiumun birlikdə istifadəsi zamanı neyrotoksik arzuolunmaz simptomların meydana çıxması riski yüksəlir. Karbamazepinin trisiklik antidepressantlarla oxşar quruluşa malik olduğunu nəzərə alaraq, onu MAO-nun inhibitorları ilə birlikdə istifadə etmək tövsiyə olunmur. Monoaminooksidazanın inhibitorları ilə müalicənin dayandırılmasından ən azı 14 gün keçdikdən sonra karbamazepinin istifadəsi mümkündür. Karbamazepinin metoklopramidlə və ya digər antipsixotik preparatlarla, məsələn, haloperi- dolla, tioridazinlə kombinasiyada istifadə olunması sinir sisteminə arzuolunmaz təsirlərin güclənməsinə gətirib çıxara bilər. Karbamazepin qeyri-deepolyarizasiydici miorelaksantlara (məsələn, pankuronium bromid) münasibətdə antaqonist təsir göstərə bilər. Bu preparatların dozasını yüksəltmək və pasiyenti sinir-əzələ blokadasının gözləniləndən daha tez aradan qalxmasına görə müşahidə etmək la- zımdır. Karbamazepin alkoqola qarşı dözümlülüyü azalda bilər ki, buna görə onu alkoqol abstinensi- yasının müalicəsi zamanı istifadə etmək olar. Qreyfrutun və qreyfrut şirələsinin istifadəsi karbamazepinin əlavə təsirlərinin inkişaf riskini yüksəldə bilər. Karbamazepinlə müalicə zamanı qreyfrut istifadə etmək və qreyfrut şirəsi içmək tövsiyə olunmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamiləlik dövründə karbamazepinin istifadəsi ilə bağlı nəzarət olunan tədqiqatlar aparılmamışdır. Epidemioloji məlumatlar göstərir ki, hətta onurğanın ayrılması da daxil olmaqla, anadangəlmə qüsurların inkişafı mümkündür. Karbamazepin hamilə və ya hamiləliyi planlaşdıran qadınlara o zaman təyin edilə bilər ki, ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olsun. Doğuş qabiliyyətli qadınlarda mümkündürsə, karbamazepinin monoterapiya şəklində istifadə edilməsi tövsiyə olunur. Retrospektiv tədqiqatlar kombinəlunmuş müalicə ilə müqayisədə qıcolmaəleyhinə preparatla monoterapiya zamanı dölün zədələnməsi riskinin azalmasını göstərir. Əgər qıcolmaəleyhinə preparat böyük qıcolma tutmalarının profilaktikası məqsədilə istifadə olunursa, müalicə qəflətən dayandırılmamalıdır, belə ki, hipoksiya və pasiyentin həyatı üçün risklə yanaşı epileptik statusun meydana çıxması təhlükəsi mövcuddur. İstisna etmək olmaz ki, epileptik tutmaların özü dölün zədələnməsinə səbəb ola bilər. Epilepsiyadan əziyyət çəkən və müalicə olunmayan anaların uşaqları malformasiya daxil olmaqla, anadangəlmə qüsurların inkişafının yüksək riskinə məruz qalır. Qeyd edilmişdir ki, əksər qıcolmaəleyhinə preparatlar kimi, karbamazepin anadangəlmə qüsurların inkişaf ehtimalını yüksəldir, baxmayaraq ki, kar- bamazepinin monoterapiya şəklində istifadəsinə dair kontrol tədqiqatların bu barədə həlledici nəticələri yoxdur. Karbamazepinin istifadəsi nəticəsində qüsurların və malformasiyanın inkişafı barədə (onurğanın dağılması və digər qüsurlar, məsələn, üz skeletinin qüsuru, ürək- damar malformasiyası, hipospadiyalar və orqanizmin bir çox sistemlərinin pozğunluqları daxil olmaqla) məlumat verilmişdir. Pasiyent qadını məlumatlandırmaq lazımdır ki, karbamazepinlə müalicə zamanı dölün inkişa- fında anomaliyanın inkişafı mümkündür və prenatal diaqnostikanın aparılmasını təmin etmək lazımdır. Qeyd edilmişdir ki, fol turşusunun adətən, hamiləlik dövründə baş verən çatışmazlığı qıcol- maəleyhinə preparatlarla müalicə zamanı güclənə bilər. Qıcolmaəleyhinə preparatlar qəbul edən qadınların hamiləliyi dövründə fol turşusunun çatışmazlığı anadangəlmə qüsurların tezli- yinin yüksəlməsinə səbəb ola bilər. Hamiləliyə qədər və hamiləlik dövründə fol turşusu qəbul etmək tövsiyə olunur. Uşaqda hemorragik fəsadların profilaktikası üçün hamiləliyin son həftələrində hamilə qadına və yenidoğulmuşlara doğuşdan dərhal sonra K1 vitamini təyin etmək tövsiyə olunur. Anaların digər qıcolmaəleyhinə preparatlarla kombinasiyada karbamazepin qəbul etmiş yeni- doğulmuş uşaqlarda tək-tək hallarda qıcolma tutmaları qeyd edilmişdir. Bəzi hallarda müşahidə olunan qusma, ishal və/və ya qidalanmanın pozulması ana tərəfindən istifadə edilən karbamazepinin təsiri nəticəsində yenidoğulmuşda ləğvetmə sindromunun olduğunu göstərir. Laktasiya Karbamazepin ana südünə nüfuz edir, süddə onun konsentrasiyası isə hətta qan plazmasındakı konsentrasiyanın 60%-i təşkil edir. Südəmər uşaqlara əlavə təsir göstərməsi riskini nəzərə alaraq, preparatdan istifadə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Finlipsal nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy- yətinə təsir göstərə bilər, xüsusilə, müalicənin əvvəlində. Karbamazepinin qəbulundan sonra başgicəllənmə, yuxululuq və ya görmənin pozulması kimi əlavə təsirlərin meydana çıxmasının mümkünlüyünü nəzərə alaraq, pasiyentə nəqliyyat vasi- tələrinin və digər potensial təhlükəli mexanizmlərin idarə edilməsi ilə bağlı təhlükə barədə xəbərdarlıq etmək lazımdır.
İstifadə qaydası və dozası
Müalicəyə preparatın kiçik dozaları ilə başlamaq və əgər lazımdırsa, dozanı tədricən artırmaq lazımdır. Müalicəvi cavab alındıqdan sonra dozanı tədricən minimal effektiv dozaya qədər azaltmaq lazımdır. Epilepsiyanın müalicəsi zamanı karbamazepinlə müalicəni qəflətən dayan- dırmaq tövsiyə olunmur. Bütün hallarda, əgər mümkündürsə, çin və tay etnik mənşəli şəxslərdə müalicəyə başlamaz- dan əvvəl karbamazepinin qəbulu nəticəsində yaranan və Stivens-Conson sindromunun (SCS) inkişaf riski ilə bağlı olan HLA-B*1502 allelinə görə skrininq keçirmək lazımdır (“Xüsusi göstərişlər” bölməsində genetik tədqiqatlara və dəri reaksiyalarına dair məlumatlara bax). Karbamazepini yeməkdən əvvəl, yemək zamanı və ya qida qəbulları arasında az miqdarda su ilə qəbul etmək lazımdır. Adətən, aşağıdakı doza rejimlərindən istifadə etmək tövsiyə olunur. Epilepsiya Böyüklər və 12 yaşdan böyük uşaqlar Müalicənin əvvəlində 100-200 mq birdəfəlik və ya gündə 2 dəfə. Doza optimal müalicəvi effekt alınana qədər həftəlik intervallarla gündə 200 mq artırılır. Doza 3-4 qəbula bölünür. Çox zaman doza gündə 800 mq -1200 mq təşkil edir. 12-15 yaşlı uşaqlarda gündəlik doza 1000 mq-dan, 15 yaşdan böyük pasiyentlərdə isə 1200 mq-dan artıq olmamalıdır. Bəzi böyük şəxslərdə preparatı gündə 1600 və hətta 2000 mq dozada istifadə etmək lazımdır. Gündəlik doza 3-4 dəfəyə qəbul olunur. 6-12 yaşlı uşaqlar Müalicənin əvvəlində gündə 2 dəfə 100 mq. Doza, tədricən, optimal müalicəvi doza alınana qədər hər həftə gündə 100 mq olmaqla yüksəldilir. Gündəlik doza gündə 3-4 dəfəyə qəbul olunur. Gündəlik doza 1000 mq-dan yüksək olmamalıdır. Müalicəvi təsir, adətən, gündə 400- 800 mq dozanın qəbulu zamanı baş verir. Gündəlik doza 3-4 dəfəyə qəbul olunur. 6 yaşdan kiçik uşaqlar Müalicənin əvvəlində doza bədən kütləsinin hər kq-na 10-20 mq (10-20 mq/kq b.k.) hesabı ilə təyin olunur və bərabər bölünərək, 2-3 dəfəyə qəbul edilir. Doza, tədricən, optimal müalicəvi doza alınana qədər hər həftə artırılır. Gündəlik doza 3-4 qəbula bölünür. Gündəlik doza 35 mq/kq b.k.-dən yüksək olmamalıdır. Gündəlik doza 3-4 dəfəyə qəbul olunur. Karbamazepin monoterapiya şəklində və digər qıcolmaəleyhinə preparatlarla birlikdə istifadə oluna bilər. Kombinəolunmuş müalicə zamanı karbamazepin tədricən, digər qıcolmaəleyhinə preparatın dozasını saxlamaqla və ya azaltmaqla, istifadə olunur. Fenitoin istisnalıq təşkil edir, belə ki, onun dozasını karbamazepindən istifadə etməklə eyni zamanda yüksəltmək lazımdır. Üçlü sinirin nevralgiyası Böyüklər: müalicənin birinci günü gündə 2 dəfə 100 mq. Gündəlik dozanı hər gün 200 mq (hər 12 saatdan bir 100 mq) artırmaq lazımdır. Doza gündə 1200 mq-dan yuxarı qaldırılma- malıdır. Pasiyentlərin əksəriyyətində analgeziyaedici təsir gündə 400-800 mq dozanın qəbulu zamanı yaranır. Müalicə zamanı ən azı 3 ay müddətində 1 dəfə preparatın dozasını minimal müalicəvi dozaya qədər azaltmağa və hətta preparatın qəbulunu dayandırmağa cəhd etmək lazımdır. Litium preparatları ilə müalicəyə reaksiya verməyən pasiyentlərdə bipolyar affektiv pozğunluqların profilaktikası Başlanğıc doza gündə 400 mq təşkil edir və onu bir neçə dəfəyə qəbul etmək lazımdır. Doza tədricən optimal müalicəvi dozaya qədər və ya 1600 mq təşkil edən (bir neçə qəbula) gündəlik dozaya qədər artırılır. Adətən, dərman preparatı 400-600 mq gündəlik dozada (bir neçə qəbula) qəbul edilir.
Əlavə təsirləri
Bütün digər dərmanlar kimi, bu preparat da əlavə təsirlər törədə bilər, baxmayaraq ki, onlar hamıda inkişaf etmir. Karbamazepinlə müalicənin əvvəlində həddindən artıq yüksək dozadan istifadə zamanı və ya preparatın ahıl yaşlı pasiyentlərdə istifadəsi zamanı bəzi əlavə təsirlər çox tez-tez və ya tez-tez baş verə bilər, məsələn: − sinir sistemində baş verən pozğunluqlar: başgicəllənmə, başağrısı, ataksiya, yuxululuq, yorğunluq hissi, diplopiya; − həzm traktında baş verən pozğunluqlar: ürəkbulanma, qusma; − dərinin yüksək həssaslıq reaksiyaları Əlavə təsirlərin güclənməsi dozadan asılıdır. Təsvir edilmiş simptomlar, adətən sərbəst şəkildə və ya preparatın dozasını müvəqqəti olaraq azaltdıqdan sonra aradan qalxır. Mərkəzi sinir sistemində əlavə təsirlərin meydana çıxması karbamazepinin doza həddinin aşılması zamanı və ya plazmada onun konsentrasiyasının əhəmiyyətli dərəcədə tərəddüdü nəticəsində baş verə bilər. Belə hallarda preparatın plazma konsentrasiyasının monitorinqini aparmaq və gündəlik dozanı 3 və ya 4 dəfəyə qəbul etmək tövsiyə olunur. Əlavə təsirlərin başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez (≥10%); tez-tez (≥1% – <10%); bəzən (≥0,1% – <1%); nadir (≥0,01% – <0,1%); çox nadir (<0,01%). Aşağıdakı əlavə təsirlər meydana çıxa bilər: Ürək-damar sistemində baş verən pozğunluqlar Nadir: ürəyin keçiriciliyinin pozulması. Çox nadir: аritmiya, bradikardiya, şüurun itməsi ilə atrioventrikulyar blokada, durğunluq ürək çatışmazlığı, işemik xəstəliyin kəskinləşməsi. Qanyaranma və limfa sistemində baş verən pozğunluqlar Çox tez-tez: leykopeniya Tez-tez: eozinofiliya, trombositopeniya. Nadir: leykositoz, limfa düyünlərinin böyüməsi, fol turşusunun çatışmazlığı. Çox nadir: aqranulositoz, aplastik anemiya, eritrositar aplaziya, meqaloblast anemiya, kəskin intermittəedici porfiriya, retikulositoz və ola bilsin ki, hemolitik anemiya. Sinir sistemində baş verən pozğunluqlar Çox tez-tez: başgicəllənmə, ataksiya, yuxululuq, yorğunluq. Tez-tez: başağrısı Bəzən: аnormal qeyri-iradi hərəkətlər (məsələn, tremor, distoniya, tik), nistaqm. Nadir: orofasial diskineziya (məsələn, dizartriya və anlaşıqsız nitq), göz-hərəkət pozğunluqları, xoreoatetoz, paresteziyalar, əzələ zəifliyi və parez simptomları. Bədxassəli neyroleptik sindromun meydana çıxması halları qeyd edilmişdir. Bunun karbamazepinin qəbul edilməsi ilə səbəb-nəticə əlaqəsitam müəyyən edilməmişdir. Görmə orqanında baş verən pozğunluqlar Tez-tez: diplopiya, akkomodasiyanın pozulması (məsələn, görmənin dumanlanması). Çox nadir: büllürun bulanması, konyunktivit, gözdaxili təzyiqin yüksəlməsi. Eşitmə orqanında və vestibulyar aparatda baş verən pozğunluqlar Çox nadir: eşitmənin pozulması, məsələn, qulaqlarda cingilti, eşitmə həssaslığının yüksəlməsi, neyrosensor ağır eşitmə, tonların yüksəkliyinin hiss edilməsinin pozulması. з Tənəffüs sistemində, döş qəfəsində və ortadivarda baş verən pozğunluqlar Çox nadir: ağciyərlərin, məsələn, qızdırma, boğulma hissi, pnevmoniya və ya atipik pnevmoniya ilə təzahür edən yüksək həssaslığı. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar Çox tez-tez: ürəkbulanma, qusma Tez-tez: ağızda quruluq Bəzən: ishal, qəbizlik Nadir: qarında ağrı Çox nadir: dadbilmənin pozulması,qlossit, stomatit, pankreatit. Böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar Çox nadir: interstisial nefrit və böyrək çatışmazlığı, albuminuriya, hematuriya, oliquriya, qanda sidik cövhərinin səviyyəsinin yüksəlməsi/azotemiya, tez-tez sidiyəgetmə, sidiyin ləngiməsi, cinsi disfunksiya, impotensiya. Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar Genetik markerlərin mövcudluğu ilə SCS, TEN, DRESS, AGEP və makulopapulyoz səpgi kimi əlavə dəri reaksiyalarının meydana çıxması arasında əlaqənin olması getdikcə daha artıq sübutlarla təsdiq olunur. Qafqaz irqinə məxsus pasiyentlərdə və yaponlarda karbamazepinin istifadəsindən sonra HLA-A*3101 alleli olan şəxslərdə belə reaksiyalar qeyd edilmişdir. SCS və TEN-in inkişafına səbəb olan digər marker çin mənşəli (Xan etnik qrupu) və tay mənşəli şəxslərdə və asiya ölkələrindən olan şəxslərdə HLA-B*1502 allelidir. Çox tez-tez: dərinin yüksək həssaslıq reaksiyaları, övrə Bəzən: kəpəklənən (qabıqlanan) dermatit və eritrodermiya Nadir: qurdeşənəyinə bənzər sindrom, qaşınma Çox nadir: Stivens-Conson sindromu, toksik epidermal nekroliz, fotohəssaslıq, multiformalı və düyünlü eritema, dərinin piqmentasiyasının pozulması, purpura, civzə, tər ifrazının yüksəl- məsi, tük tökülməsinin güclənməsi. Çox nadir hallarda hirsutizm müşahidə olunur, lakin, onun karbamazepinin qəbulu ilə səbəb- nəticə əlaqəsi tam müəyyən edilməmişdir. Dayaq-hərəkət aparatında və birləşdirici toxumada baş verən pozğunluqlar Çox nadir: аrtralgiya, əzələ ağrısı, əzələlərin spazmı. Uzun müddət karbamazepin qəbul edən pasiyentlərdə sümük toxumasının mineral sıxlığının azalması, osteopeniya, osteoporoz və sınıqların baş verməsi barədə məlumatlar vardır. Karbamazepinin sümük metabolizminə təsir mexanizmi məlum deyil. Endokrinoloji pozğunluqlar Tez-tez: ödemlər, mayenin ləngiməsi, bədən kütləsinin artması, hiponatriemiya və antidiuretik hormonun təsirini xatırladan təsir nəticəsində plazmanın osmolyarlığının azalması baş verir ki, bu da bəzi hallarda letargiya ilə, qusma, başağrısı, şüurun qarışması və nevroloji pozğun- luqlarla müşayiət olunan hiponatriemiyaya gətirib çıxara bilər. Çox nadir: prolaktinin səviyyəsinin qalaktoreya, ginekomastiya, qalxanabənzər vəzinin funk- sional göstəricilərinin dəyişməsi kimi simptomlarla müşayiət olunan (və ya müşayiət olunma- yan) yüksəlməsi; L-tiroksinin (FT , T , T ) səviyyəsinin azalması və klinik təzahür olmadan4 4 3 tireostimullaşdırıcı hormonun səviyyəsinin yüksəlməsi. Metabolizmdə və maddələr mübadiləsində baş verən pozğunluqlar Çox nadir: sümük toxumasında metabolizmin pozulması (plazmada kalsiumun və 25-OH-xo- lekalsiferolun səviyyəsinin azalması) baş verir ki, чbu da osteomalyasiyaya, yüksək sıxlıqlı li- poprotein xolesterini daxil olmaqla, xolesterinin və triqliseridlərin səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Damar pozğunluqları Nadir: arterial hipertenziya və ya hipotenziya Çox nadir: sirkulyator kollaps, tromboflebit, tromboemboliya (məsələn, ağciyər arteriyasının tromboemboliyası) İmmun sistemdə baş verən pozğunluqlar Nadir: ləng tipli multiorqan hiperhəssaslığı ilə bağlı törənən pozğunluqlar: qızdırma, dəri səpgisi, vaskulit, limfadenopatiya, limfomayabənzər pozulmalar, artralgiya, leykopeniya, eozinofiliya, qaraciyərin funksional göstəricilərinin dəyişməsi ilə hepatosplenomeqaliya. Həmçinin digər orqanlarda, məsələn, ağciyərlərdə, böyrəklərdə, mədəaltı vəzidə, miokardda, çənbərbağırsaqda da pozğunluqlar baş verə bilər. Çox nadir: mioklonusla və periferik eozinofiliya ilə birlikdə aseptik meningit; anafilaksiya, angionevrotik ödem. Belə yüksək həssaslıq reaksiyaları baş verərsə, karbamazepinin istifa- dəsini dayandırmaq lazımdır. Qaraciyərdə və ödqovucu yollarda baş verən pozğunluqlar Çox tez-tez: qaraciyər fermentlərinin induksiyası nəticəsində qlutamiltranspeptidazanın səviyyəsinin yüksəlməsi (adətən, klinik təzahürsüz); Tez-tez: qələvi fosfatazanın səviyyəsinin yüksəlməsi. Bəzən: transaminazaların aktivliyinin yüksəlməsi. Nadir: hepatit (xolestatik, hepatosellülar və ya qarışıq), sarılıq. Çox nadir: qranulematoz hepatit, qaraciyər çatışmazlığı. Reproduktiv sistemdə və süd vəzilərində baş verən pozğunluqlar Çox nadir: spermatogenezin pozulması (spermatozoidlərin miqdarının miqdarının/hərəkətliliyinin azalması ilə). Psixi pozğunluqlar Nadir: hallüsinasiyalar (görmə və ya eşitmə), depressiya, iştahanın olmaması, narahatlıq, aqressiv davranış, oyanıqlıq, çaşqınlıq Çox nadir: psixozun aktivləşməsi. Bu içlik vərəqədə qeyd edilməyən əlavə təsirlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə müalicə həkiminə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Simptomları Sinir sistemində baş verən pozğunluqlar: mərkəzi sinir sisteminin depressiyası, dezorientasiya, yuxululuq, oyanıqlıq, hallüsinasiyalar,koma, görmənin dumanlanması, nitqin pozulması (məsələn, dizartriya və ya anlaşıqsız nitq), nistaqm, ataksiya, diskineziya, əvvəlcə hiperrefleksiya, sonra hiporefleksiya, qıcolmalar, psixomotor pozğunluqlar, mioklonus, hipotermiya, midriaz. Tənəffüs sistemində baş verən pozğunluqlar: döş qəfəsi və divararalığı: qeyri-müntəzəm tənəffüs, tənəffüsün ləngiməsi, ağciyərlərin ödemi. Ürək-damar sistemində baş verən pozğunluqlar: taxikardiya, arterial hipotoniya və ya hipertoniya, sinkope, keçiriciliyin pozulması. Dayaq-hərəkət aparatında və birləşdirici toxumada baş verən pozğunluqlar: hərəki oyanıqlıq, əzələ titrəməsi, qeyri-iradi hərəkətlər (athetosis), opistotonus (opistotonus), koordinasiyanın pozulması (ataxia) Həzm traktında baş verən pozğunluqlar: ürəkbulanma, qusma Böyrəklərdə və sidik yollarında baş verən pozğunluqlar: аnuriya, oliquriya, sidiyin ləngiməsi. Laborator göstəricilərdə baş verən dəyişikliklər: leykositoz və ya leykopeniya, qlükozuriya, asetonuriya, EEQ-də dəyişikliklər; hiponatriemiya, metabolik asidoz, hiperqlikemiyanın inkişafı mümkündür, kreatininfosfokinazanın əzələ fraksiyasının yüksəlməsi. Karbamazepinin trisiklik antidepressantlarla, hidantoinlə, barbituratlarla və alkoqolla birlikdə istifadəsi zamanıkəskin zəhərlənmə simptomları güclənə bilər Müalicəsi: xüsusi antidotu yoxdur. Zəhərlənmə baş verərsə, aşağıdakı tədbirləri həyata keçirmək lazımdır: − Preparatın sorulmasını azaltmaq üçün qusma törətmək və ya mədəni yumaq lazımdır. Mədənin yuyulmasını hətta preparatın qəbul edilməsi anından etibarən 4 saat keçdikdən sonra da həyata keçirmək lazımdır, xüsusilə, eyni zamanda alkoqol qəbul edən pasiyent- lərdə. Preparatın sorulmasını azaltmaq üçün aktivləşdirilmiş kömür və işlədici vasitələr təyin edilir. Karbamazepinin plazma zülalları ilə yüksək dərəcədə birləşməsi ilə bağlı olaraq, sürətlən- dirilmiş diurez, hemodializ və peritoneal dializ preparatın orqanizmdən xaric edilməsi üçün effektiv deyildir. − Tənəffüsün ləngiməsi zamanı təmiz havanın daxil olmasını təmin etmək lazımdır. Əgər zərurət yaranarsa, intubasiya aparmaq və ağciyərlərin süni ventilyasiyasını həyata keçirmək lazımdır. − Arterial hipotenziya baş verərsə, pasiyenti arxası üstə uzatmaq və aşağı ətraflarını bir qədər yuxarı qaldırmaq lazımdır. Dopaminin və ya dobutaminin venadaxili yeridilməsi tövsiyə olunur. − Qıcolma baş verərsə, diazepam və ya barbituratlar istifadə etmək lazımdır. Qeyd! Diazepam və barbituratlar tənəffüsün tormozlanmasının simptomlarını (xüsusilə, uşaqlarda), arterial hipotenziyanı komanı ağırlaşdıra bilər. Əgər pasiyentləər eyni zamanda həm də MAO inhibitorları qəbul edirlərsə, barbituratlar istifadə edilməməlidir. Bir neçə gün tənəffüs sisteminin, ürəyin (EKQ) funksiyalarına, arterial təzyiqə, bədən temperaturuna, kiprik refleksinə, sidik kisəsinin və böyrəklərin funksiyasına nəzarət etməl lazımdır. − Qanyaradıcı sistemdə baş verən pozğunluqlar – əgər sümük iliyinin funksiyasının pozulması simptomları qeyd edilərsə, preparatı ləğv etmək; qan analizi aparmaq, trombositlərin və retikulositlərin miqdarını təyin etmək; sümük iliyinin biopsiyasını aparmaq lazımdır. Aplastik anemiya zamanı pasiyenti hərtərəfli müşahidə etmək və xüsusiləşdirilmiş müalicə aparmaq lazımdır. − Hiponatriemiya inkişaf edərsə, maye yeridilməsini məhdudlaşdırmaq və ehtiyatla, yavaş sürətlə venadaxili 0,9%-li NaCl məhlulu yeritmək lazımdır. Belə müalicə beyinin ikincili zədələnməsinin profilaktikasında effektiv ola bilər.
Buraxılış forması
10 tablet, alüminium/PVX blister qablaşdırmada. 5 blister (50 tablet), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, işıqdan və rütubətdən qorumaq üçün orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. Qeydiyyat şəhadətnaməsinin sahibi və istehsalçı “POLFARMA” SC Əczaçılıq zavodu. Pelplinsk küç. 19, 83-200, Staroqard Qdanski, Polşa.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.