Preduktal OD 80 mq N30 kapsul
| Təsiredici maddə | TRIMETAZIDINE DIHYDROCHLORIDE |
|---|---|
| Dərman forması | Kapsul |
| İstehsal ölkəsi | Macarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
19,16 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman vasitəsinin qəbuluna başlamazdan əvvəl bu içlik vərəqədə verilən təlimatları diqqətlə oxuyun, çünki burada sizin üçün vacib məlumatlar əks olunur. • Bu içlik vərəqəni saxlayın. Ona təkrar ehtiyacınız ola bilər. • Əlavə sualınız yaranarsa, öz müalicə həkiminizə, əczaçınıza və ya tibb bacınıza müraciət edin. • Bu preparat şəxsən Sizə təyin edilmişdir. Onu digər şəxslərə vermək olmaz. Onlardakı əlamətlər sizinkilərə oxşar olsa belə, bu onlara ziyan vura bilər. • Bu içlik vərəqədə göstərilməyən xoşagəlməz təsirlər də daxil olmaqla, hər hansı əlavə təsir müşahidə etsəniz, bu barədə həkiminizə, tibb bacısına və ya əczaçınıza məlumat verin. PREDUKTAL OD 80 mq uzunmüddətli təsirə malik bərk kapsullar PREDUCTAL OD 80 mg Beynəlxalq patentləşdirilməmiş adı: Trimetazidine dihydrochloride
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 80 mq trimetazidin dihidroxlorid vardır. Köməkçi maddələr: şəkər mikroqranullar, hipromelloza, etilselluloza, tributil asetilsitrat, talk, maqnezium stearat. Kapsulun örtüyü: jelatin, titanium dioksid (E171), qırmızı dəmir oksidi rəngləyicisi (E172) Yazı: şellak (E904), titanium dioksid (E171), simetikon, propilenqlikol (E1520) ammonium hidroksid 28% (E527).
Təsviri
Gövdəsi ağ, qapağı narıncı rəngli, üzərində ağ rəngdə Servye şirkətinin loqotipi çap edilmiş ( ) kapsullardır. ATC kodu: C01EB15.
İstifadəsinə göstərişlər
Bu preparat yetkinlik yaşına çatmış pasiyentlərdə stenokardiyanın (ürəyin işemik xəstəliyi nəticəsində yaranan sinə ağrıları) müalicəsi üçün digər dərman preparatları ilə kombinə-olunmuş şəkildə qəbul üçün nəzərdə tutulmuşdur.
Əks göstərişlər
• Trimetazidin və ya preparatın tərkibində olan hər hansı digər inqredientinə (“Tərkibi” bölməsində sadalanan) qarşı allergiya, • Parkinson xəstəliyi: bu xəstəlik hərəkətlərə təsir edən beyin xəstəliyidir (titrəmə, hərəkətsiz vəziyyət, yavaş hərəkətlər və nataraz yerimə), • əgər ciddi böyrək çatışmazlığı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
PREDUKTAL OD 80mq qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Bu preparat stenokardiya tutmalarının, eləcə də qeyri-stabil stenokardiyanın müalicəsi üçün nəzərdə tutulmamışdır. Miokard infarktı zamanı bu preparat tətbiq oluna bilməz. Stenokardiya tutması baş verdikdə müalicə həkiminizə xəbər verin. Müəyyən analizlərin aparılmasına və sizə təyin edilmiş müalicəyə dəyişiklik edilməsinə zərurət yarana bilər. Bu preparat xüsusilə yaşlılarda titrəmə, qıcolmuş şəkildə durma, hərəkət ləngliyi və yerdəyişmə, yeriyərkən müvazinətini saxlaya bilməmə kimi simptomlara səbəb ola və ya belə simptomlar varsa onları ağırlaşdıra bilər ki, bu hal da həkim tərəfindən müayinə tələb edir. Ona görə də, belə hallarda müalicə kursunun təkrar qiymətləndirilməsi üçün həkiminizə məlumat verməlisiniz. Arterial təzyiqin düşməsi və ya müvazinəti itirmə nəticəsində yıxılma baş verə bilər (“Əlavə təsirlər” bölməsinə nəzər salın). PREDUKTAL OD 80mq tərkibində saxaroza vardır: Əgər həkiminiz Sizdə şəkər keçirməzliyi / dayanıqsızlığı olduğunu bildiribsə, bu preparatı qəbul etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman preparatları ilə qarşılıqlı təsiri müəyyən edilməmişdir. Digər dərman preparatları qəbul etmisinizsə, hazırda edirsinizsə və ya etməyə hazırlaşırsınızsa, bu barədə müalicə həkiminizə və ya əczaçınıza məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatın hamiləlik zamanı qəbul edilməsi tövsiyə olunmur. Əgər preparatı qəbul edən zaman hamilə olduğunuzu aşkar etsəniz, dərhal həkiminizə müraciət edin. Belə hallarda müalicənin davam edib-etməyəcəyi barədə qərarı yalnız həkiminiz verə bilər. Preparatın ana südü ilə ötürülməsi barədə məlumat olmadığı üçün süd verən dövrdə PREDUKTAL OD 80 mq qəbul etməyin. Əgər hamiləsinizsə və ya südəmər uşağınız varsa, yaxud hamilə ola biləcəyiniz ehtimal olunursa və ya hamiləlik planlaşdırılırsa, preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. PREDUKTAL OD 80mq qida və sularla birlikdə qəbulu: PREDUKTAL OD 80mq qida və içkilərlə qəbul edilə bilər. Atletlərdə Bu dərman vasitəsi dopinq testində müsbət reaksiya verə biləcək aktiv maddə vardır. Pediatriyada istifadəsi PREDUKTAL OD 80mq preparatı 18 yaşdan gənc pasiyentlərə tövsiyə edilmir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bu dərman preparatı başgicəllənmə və ya yuxululuq verə bilər ki, bu da sizin nəqliyyat vasitələri və ya mexanizmləri idarəetmə qabiliyyətinizə təsir göstərə bilər.
İstifadə qaydası və dozası
Dərman preparatını həmişə həkiminizin təyinatına uyğun şəkildə qəbul edin. Əgər qəbul qaydasını düzgün bildiyinizə əmin deyilsinizsə, müalicə həkiminizlə və ya əczaçınızla məsləhətləşin. PREDUKTAL OD 80mq preparatının tövsiyə edilən dozası gündə bir dəfə səhər yeməyi zamanı bir kapsuladır. Əgər böyrək pozğunluqlarınız varsa və ya yaşınız 75-dən artıqdırsa, həkiminiz tövsiyə edilən dozaya dəyişiklik edə bilər. PREDUKTAL OD 80mq peroral qəbul üçündür. Tabletlər yemək zamanı bir stəkan su ilə içilməlidir. PREDUKTAL OD 80mq preparatının qəbulunu unutduqda Dərman preparatının qəbulunu unutduqda, növbəti dozanı həmişəki vaxtında qəbul edin. Unutduğunuz dozanın əvəz etmək üçün növbəti dəfə ikiqat dozadan istifadə etməyin. PREDUKTAL OD 80mq preparatının qəbulunu dayandırdıqda Müalicənin nə qədər davam etməli olduğunu sizə həkiminiz deməlidir. Dərman preparatının qəbulunu dayandırmazdan əvvəl müalicə həkiminizlə məsləhətləşin. Preparatın istifadəsi ilə bağlı hər hansı əlavə sualınız yaranarsa, həkimə və ya əczaçınıza müraciət edin.
Əlavə təsirləri
Bütün preparatlar kimi, bu preparatın da əlavə təsirləri ola bilər, lakin bu hər bir pasiyentdə rast gəlmir. Yayılmış ( hər 10 pasiyentdən 1-ə qədərində baş verə bilər): Başgicəllənmə, baş ağrısı, qarın boşluğunda ağrı, qarın işləməsi, həzmetmənin pozulması, ürəkbulanma, qusma, dəri səpgiləri, qaşınmalar, halsızliq. Yayılmamış (hər 1000 pasiyentdən 1-ə qədərində rast gələ bilər): Ürəkdöyünmənin tezləşməsi və ya qeyri-müntəzəm olması (taxikardiya), ekstrasistoliya, əlavə ürək döyüntülərinin olması, ayağa qalxarkən qan təzyiqinin düşməsi nəticəsində baş gicəllənmə, şüurun yüngülcə qaranlıqlaşması və ya bayılma, əzginlik (əhval-ruhiyyənin enməsi), yıxılma, hiperemiya. Məlum deyil − Ekstrapiramid simptomlar (qeyri-adi hərəkətlər, o cümlədən titrəmə və əllərin və barmaqların əsməsi, bədənin qeyri-iradi hərəkətləri, yerimənin pozulması və qolların və ayaqların hərəkət məhdudluğu), adətən müalicə dayandırıldıqdan sonra keçib-gedir. − Yuxu pozulması (yuxulamada çətinlik, halsızlıq), qəbizlik, dəridə ciddi qırmızı səpgilər və suluqlama, üzün, dodaqların, ağızın, dilin və ya boğazın şişməsi nəticəsində udqunma və ya nəfəsalmanın çətinləşməsi. − Fırlanma hissi (vertiqo, vestibulyar başgicəllənmə) − Qırmızı qan hüceyrələrinin sayında kəskin azalma nəticəsində infeksiya yoluxmaları ehtimalının artması, qanda trombositlərin azalması nəticəsində qanama və ya qançırlama ehtimalının artması. − Qara ciyərin kiçilməsi (ürəkbulanma, qusma, iştahanın itməsi, ümumi səhhətin pisləşməsi, qızdırma və titrəmə, qaşınma, dərinin və göz ağının saralması, açıq rəngli bağırsaq ifrazatı, tünd rəngli sidik). Hər hansı əlavə təsir müşahidə etsəniz, bu barədə dərhal öz həkiminizə, əczaçıya məlumat verin. Buraya hazırkı təlimatda sadalanmayan əlavə, istənilən arzuolunmaz təsir də aiddir.
Doza həddinin aşılması
Tövsiyə ediləndən daha çox kapsula qəbul etmisinizsə, dərhal həkiminiz və ya əczaçınıza məlumat verin.
Buraxılış forması
10 kapsul, poliamid-aluminium-PVC/alüminium blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlama şəraiti 30°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hər hansı preparatları məişət tullantıları və ya çirkab sularına atmayın. İstifadə etmədiyiniz preparatların hara tullanmalı olduğu barədə əczaçınızla məsləhətləşin. Bu tədbirlər ətraf mühitin qorunmasına yardım edir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun və blisterin üzərində göstərilmişdir. Qutu və blisterin üzərində “EXP” sözündən sonra göstərilən son istifadə tarixi bitdikdə preparatdan istifadə etmək olmaz. Son istifadə tarixi həmin ayın son günü nəzərdə tutulur.
İstehsalçı
EGIS Pharmaceuticals PLC. H-1165 Budapest, Bökényföld ut 118-120 Hungary – MACARISTAN Marketinq icazəsinin sahibi Le Laboratuar Servye. 50, rue Carnot 92284 Suresnes cedex– France – FRANSA.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.