Adaklin 30 q gel
| Təsiredici maddə | ADAPALENE + CLINDAMYCIN |
|---|---|
| Dərman forması | Gel |
| Farmakoloji təsir | Akneəleyhinə yerli istifadə üçün retinoidlər |
| İstehsal ölkəsi | Argentina |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
28,15 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu preparatı istifadə etməzdən öncə bu içlik vərəqəni diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Siz onu bir daha oxumalı ola bilərsiniz. • Hər hansı sualınız olarsa, lütfən, həkim və ya əczaçıya müraciət edin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Hətta onlarda olan xəstəlik simptomları Sizinki ilə eyni olsa belə, bu dərman onlar üçün zərərli ola bilər. • Sizdə hər hansı əlavə təsir baş verdikdə, həkimə və ya əczaçıya bu barədə məlumat verin. Bunlara bu içlikdə göstərilməyən hər hansı əlavə təsirlər də aiddir. LENEMİSİNA yerli istifadə üçün gel LENEMICINA Beynəlxalq patentləşdirilməmiş adı: Adapalene + Clindamycin phosphate
Tərkibi
Təsiredici maddə: 100 q gelin tərkibində 0,10 q adapalen, 1,188 q klindamisin fosfat vardır. Köməkçi maddələr: metilparaben, EDTA, karbomer 940, poloksamer 188, propilenqlikol, etanol, təmizlənmiş su.
Təsviri
Ağ və ya sarımtıl rəngli, səffaf olmayan geldir.
Farmakoterapevtik qrupu
Akneəleyhinə yerli istifadə üçün retinoidlər. ATC kodu: D10AX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Preparatın tərkibində fərqli yollarla lakin birlikdə təsir göstərən iki təsiredici maddə vardır: adapalen və klindamisin fosfat. Adapalen retinoidlər qrupuna aiddir və birbaşa sızanağa səbəb olan dəri proseslərinə təsir göstərir. Retinoid kimi fəaliyyət göstərən adapalen kimyəvi cəhətdən sabit, naftoy turşusunun törəməsidir. Biokimyəvi və farmakoloji profil tədqiqatları göstərir ki, adapalen Acne vulgaris-in patologiyasında təsir göstərir: hüceyrə differensiasya və keratinizasiyasının güclü modulyatorudur və iltihabəlehinə xüsusiyyətlərə malikdir. Mexaniki olaraq, adapalen xüsusi retinoy turşusu nüvə reseptorları ilə birləşir. Mövcud sübutlar göstərir ki, lokal adapalen folikulyar epiteli hüceyrələrinin differensiyasını normallaşdırır və nəticədə mikrokomedonların azalmasına gətirib çıxarır. Adapalen, in vitro sınaq modellərində insan polimorfonuklear leykositlərin xemotaktik (istiqamətli) və xemokinetik (təsadüfi) cavablarını inhibə edir; o, həmçinin iltihab mediatorları üçün araxidon turşusunu inhibə edir. In vitro tədqiqatlar AP-1 faktorlarının tormozlanmasını və 2-ci tip reseptorların ekspressiyasını tormozlanmasını göstərir. Klindamisin linkozamidlər qrupuna aid olan mikrobəleyhinə geniş təsir spektrinə malik antibiotikdir. Təsir mexanizmi ribosom membranının 50S subvahidi ilə birləşməsi və mikrob hüceyrəsində zülal sintezini inhibə etməsinə əsaslanır. Bakteriostatik təsir göstərir. Klindamisin aşağıdakı mikroorqanizmlərə aktiv mikrobəleyhinə (in vitro) təsirə malikdir: Bacteroids spp, Gardnerella vaginalis, Mobiluncus spp, Micoplasma hominis, Peptostrepcoccus. Bəzi qrammüsbət koklara qarşı bakterisid təsirə malikdir. Staphylococcus spp. (o cümlədən Staphylococcus epidermidis, penisillinaza istehsal edən və etməyən), Streptococcus spp. (Enterococcus faecalis xaric olmaqla), Streptococcus pneumoniae, Corynebacterium diphtheriae, Mycoplasma spp., anaerob və mikroaerofil və qrammüsbət koklar: (o cümlədən Peptococcus spp. və Peptostreptococcus spp.), Clostridium perfringens, Clostridium tetani, Bacteroides spp. (o cümlədən Bacteroides fragilis və Prevotella melaninogenica), Fusobacterium spp., Propionibacterium spp., Eubacterium spp. və Actinomyces israelii qarşı aktivliyə malikdir. Clostridium perfringens ştammlarının əksəriyyəti klindamisinə həssasdır, lakin Clostridium spp.- nin bəzi növləri (Clostridium sporogenes, Clostridium tertium) təsirə davamlı olduğuna görə Clostridium spp. mənşəli infeksiyalarda antibiotikoqramın təyini məsləhətdir. Farmakokinetikası Adapalenin dəri vasitəsilə sorulması çox aşağıdır (tətbiq olunan dozanın təxminən 4%-i). Orqanizmdən xaric edilməsi əsasən ödlə baş verir. Klindamisin Serumda və sidikdə 1% klindamisin fosfat gelinin yerli tətbiqindən sonra klindamisinin çox aşağı konsentrasiyası müəyyən edilir. Klindamisinin akne vulqarisi olan xəstələrdə komedonlarda aktiv olduğu sübut edilmişdir. Klindamisinin izopropil spirti və suda (10 mq/ml) məhlulunu 4 həftə ərzində tətbiq etdikdən sonra komedonun tərkibindəki orta antibiotik konsentrasiyası orta hesabla 597 mkq/q komedon tərkibinə (0-1490 mkq/q) bərabərdir. Xüsusi xəstələr qruplarında farmakokinetikası Klinik tədqiqatlar apararkən, yaşlı xəstələrdə farmakokinetik parametrlərdə gənc xəstələrlə müqayisədə fərqlərin olub olmadığını qiymətləndirmək üçün 65 yaşdan yuxarı xəstələrin kifayət qədər sayı daxil edilməmişdir.
İstifadəsinə göstərişlər
Lenemisina sızanaqların müalicəsində istifadə olunur.
Əks göstərişlər
˗ Hamiləlik və hamiləliyin planlaşdırılması. ˗ Təsiredici maddəyə və ya preparatın digər maddələrinə qarşı allergiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
˗ Lenemisina preparatı, kəsiklər, cızıqlar, günəş yanıqları və ekzema olan yerlərə və bədənin geniş sahələrinə istifadə edilməməlidir. ˗ Lenemisina preparatını gözlərə, ağıza, burun boşluğu və bədənin digər çox həssas nahiyələrinə istifadə etməyin. Təsadüfən bu cür hal baş verdikdə, həmin nahiyəni dərhal bol su ilə yuyun. ˗ Günəş işığı və ultrabənövşəyi lampaların həddindən artıq təsirindən çəkinin. ˗ Preparatı saçlara və ya rəngli parçalara çəkməyin, çünki preparat onları ağarda bilər, dərmanı istifadə etdikdən sonra əllərinizi yaxşı yuyun. ˗ Lenemisina preparatını istifadə etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Köməkçi maddələr haqqında xüsusi məlumat Preparatın tərkibində dəri qıcıqlanmasına səbəb ola bilən, propilenqlikol (E1520) köməkçi maddəsi vardır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
˗ Lenemisina preparatı ilə eyni vaxtda digər sızanaqların müalicəsində istifadə edilən dərman vasitələrini (tərkibində lindamisin və/və ya retinoidlər olan) istifadə etməyin. ˗ Lenemisina gelini, dərini qıcıqlandıran, qurudan və ya qabıqlandıran kosmetik vasitələrlə eyni vaxtda istifadə etməkdən çəkinin. ˗ Hər hansı digər dərman vasitəsi istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə, lütfən həkimə və ya əczaçıya bu barədə məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamilə olduqda və ya hamiləliyi planlaşdırdıqda Lenemisina preparatını istifadə etməyin. Həkim sizə daha çox məlumat verə bilər. Lenemisina preparatını istifadə edərkən hamilə qaldıqda, müalicə dayandırılmalı və gələcək izləmə üçün həkimə dərhal məlumat verilməlidir. Laktasiya Lenemisina preparatı laktasiya zamanı yalnız gözlənilən fayda potensial riskdən üstün olduğu hallarda istifadə edilə bilər. Körpənin preparatın təsirinə məruz qalmaması üçün, Lenemisina preparatı süd vəzisinə tətbiq edilməməlidir. Hər hansı bir dərman qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
yoxdur.
İstifadə qaydası və dozası
Preparatı həmişə həkimin dediyi kimi qəbul edin. Əmin olmadıqda, həkim və ya əczaçı ilə məsləhətləşin. Lenemisina preparatı yalnız böyüklər, yeniyetmələr və 12 yaşdan yuxarı uşaqlarda istifadə üçün nəzərdə tutulub. Bu dərman vasitəsi yalnız xaricə istifadə üçündür. Geli, gözlər, dodaqlar və burun boşluğu ilə təmasdan qaçınaraq, gündə bir dəfə yatmazdan əvvəl, sızanaq olan nahiyəyə nazik qatla çəkin. Tətbiq etməzdən əvvəl dəri təmiz və quru olmalıdır. Lenemisina gelini istifadə etdikdən sonra əlləri yaxşı yuyun. Həkim Lenemisina preparatını nə qədər istifadə etmək barədə Sizə məlumat verəcəkdir. Preparatın təsirinin çox güclü və ya çox zəif olduğunu hiss etdikdə, həkimə və ya əczaçıya bu barədə məlumat verin. Lenemisina tətbiq edərkən davamlı qıcıqlanma hiss etdikdə, həkimlə əlaqə saxlayın. Nəmləndiricinin tətbiqi, gelin daha az istifadəsi, istifadənin qısa müddətə dayandırılması və ya tamamilə istifadə edilməməsi tövsiyə oluna bilər. Lenemisina preparatının istifadəsi unudularsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, bu dərman da hamıda olmasa da əlavə təsirlərin yaranmasına səbəb ola bilər. Boğazda darlıq və ya gözlər, üz, dodaqlar və ya dilin ödemi, huşun itməsi və ya nəfəsalma çətinliyi yarandıqda, preparatın istifadəsini dayandırın və təcili tibbi yardıma müraciət edin. Övrə və ya üz və ya bədənin qaşınması yarandıqda preparatın istifadəsini dayandırın. Bu əlavə təsirlərin baş vermə tezliyi məlum deyil. Çox tez-tez (10 pasiyentdən ən azı 1-də) ˗ Dəridə quruluq, ˗ yerli dəri səpgisi (qıcıqlanan kontakt dermatit), ˗ yanma hissi, ˗ dəridə qıcıqlanma, ˗ qızartı, ˗ qabıqlanma. Tez-tez (100 pasiyentdən ən azı 1-də) ˗ Dəri qaşınması (pruritus) ˗ Günəş yanığı. Məlum deyil (mövcud məlumatlara görə başvermə tezliyini müəyyən etmək mümkün deyil). Üzdə ödem, allergik dəri reaksiyaları, göz qapağlarının ödemi, angioödem, anafilaktik reaksiya, boğazda darlıq, allergik kontakt dermatit, dəridə ağrı (sancan ağrı), blisterlər (suluqlar), nəfəsalma çətinliyi, dərinin rəngsizləşməsi (dərinin rənginin dəyişməsi), tətbiq nahiyədəsində yanıqlar. Lenemisina geli tətbiq edildikdən sonra dəridə qıcıqlanma hissi yarandıqda, adətən o zəif və ya orta qızartı, quruluq, qabıqlanma, yanma və ağrı (sancan ağrı) kimi yerli əlamətlərlə büruzə olunur. Bu əlamətlər adətən ilk həftədə ən yüksək həddə çatır və əlavə müalicə olmadan həll olunur. İstifadə yerində yanıqlar, əsasən səthi, lakin suluqların yaranması ilə daha ağır hallar bildirilib. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkimə, və ya əczaçıya məlumat verin. Bunlara bu içlikdə göstərilməyən hər hansı əlavə təsirlər də aiddir. Əlavə təsirlərin bildirilməsi Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət Şöbəsinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12). Əlavə təsirlər haqqında məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
Dəriyə tövsiyə olduğundan daha çox Lenemisina preparatı istifadə edildikdə, sızanaqlar daha tez müalicə olunmur, lakin dəridə qıcıqlanma və qızartı yarana bilər. Zəhmət olmasa həkimə və ya xəstəxanaya müraciət edin: ˗ Lenemisina preparatı tövsiyə olunduğundan daha çox istifadə edildikdə, ˗ preparatı təsadüfən uşaq istifadə etdikdə, ˗ preparat təsadüfən udulduqda. Həkim görüləcək tədbirlər barədə məlumat verəcək.
Buraxılış forması
30 q gel, aluminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Oxapharma S.A., Argentina. Fragata Heroína 4948 – Grand Bourg – Buenos Aires, Argentina.
Qeydiyyat vəsiqəsinin sahibi
Helmes Europe D.O.O., Bulgaria. 30-32 Gen. E.I.Totleben blvd., fl.2 Sofia 1606, Bulgaria.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.