Etodin forte 400 mq N28 tablet

Təsiredici maddə: ETODOLAC
Təsiredici maddəETODOLAC
Dərman formasıTablet
Farmakoloji təsirQeyri-steroid, iltihab- və revmatizməleyhinə vasitə, sirkə turşusunun törəmələri və əlaqəli substansiyalar
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

15,91 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ETODİN FORT örtüklü tabletlər ETODIN FORT Beynəlxalq patentləşdirilməmiş adı: Etodolac

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq etodolak vardır. Köməkçi maddələr: susuz laktoza, mikrokristallik sellüloza PH 200, natrium kroskarmelloza (Ac-di-sol), susuz kolloidal silisium (Aerosil 200), maqnezium stearat, povidon (PVP K30, polivinilpirrolidon). Örtük: çəhrayı opadry II (85F240035) (qismən hidrolizə olunmuş polivinil spirti (E1203), titan dioksid (E171), makroqol/PEQ (E1521), talk (E553b), qırmızı dəmir oksidi (E172)).

Təsviri

Uzunsov, bir üzü kəsik, digər üzündə Nobel yazısı həkk olunmuş solğun çəhrayı rəngli örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Qeyri-steroid, iltihab- və revmatizməleyhinə vasitə, sirkə turşusunun törəmələri və əlaqəli substansiyalar. ATC kod: M01AB08.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Təsir mexanizmi Etodolak indol törəməsidir, qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) olaraq iltihab əleyhinə, analgetik və antipiretik (qızdırmasalıcı) təsirə malikdir. Belə fərz edilir ki, təsir mexanizmi prostaqlandin sintezində iştirak edən siklooksigenaza fermentini blokadaya almasına əsaslanır. Prostaqlandin sintezinin blokadası və SOG-2 selektivlik Bütün QSİƏP-lərin prostaqlandin sintezini blokada etdiyi müşahidə edilmişdir. Onların müalicəvi effekti, həmçinin bəzi əlavə təsirləri bununla əlaqədardır. Etodolakla müşahidə edilən prostaqlandin sintezinin blokadası digər QSİƏP-lərdən fərqlənir. Heyvan modellərində iltihab əleyhinə dozada mədənin selikli qişasında sitoprotektiv prostaqlandin E konsentrasiyasının daha qısa müddətə və az dərəcədə azaldığı müşahidə edilmişdir. Bu fakt etodolakın siklooksigenaza-1- ə (sitoprotektiv) nisbətən siklooksigenaza-2-yə (iltihab SOG-2 sintezi ilə əlaqəlidir) selektivlik göstərdiyini aşkar edən müvafiq in vitro tədqiqatlara uyğun gəlir. Bundan başqa, insan hüceyrəsi modelində tədqiqatlar etodolakın SOG-2-nin blokadası üçün selektiv olduğunu təsdiqlədi. İltihabəleyhinə təsiri Tədqiqatlar etodolakın bir çox QSİƏP-lərdən daha güclü iltihab əleyhinə təsirə malik olduğunu göstərmişdir. Əlavə olaraq, etodolak, həmçinin urikozurik təsirə malikdir. Farmakokinetikası Sorulması Etodolak peroral qəbul edildikdə yaxşı sorulur. 300 mq etodolakı peroral qəbul etdikdən 1 saat sonra maksimal plazma konsentrasiyasına çatır. Biomənimsənilməsi təxminən 100 % təşkil edir. Terapevtik dozada təkrar təyinatdan sonra etodolakın plazma konsentrasiyası birdəfəlik doza konsentrasiyasına görə az yüksəlir. Etodolak yeməklə və ya antasidlərlə birgə təyin edilə bilər, çünki, yemək və antasidlər onun sorulmasına təsir göstərmir. Paylanması Etodolakın plazma zülalları ilə birləşməsi 99 %-dən çoxdur. Etodolak artritli xəstələrdə peroral qəbuldan sürətlə sinovial mayeyə nüfuz edir. Sinovial mayedə plazmaya nisbətən ümumi protein və albumin səviyyəsinin az olmasına müvafiq olaraq, sinovial mayedəki sərbəst etodolakın AUC göstəricisi (0-24 saatda) 72 % olub plazmadakından yüksəkdir. Paylanmadan sonrakı fazada sinovial mayedə ümumi və sərbəst etodolakın konsentrasiyası plazmadakından yüksəkdir; dozanın qəbulundan 8 və 32 saat sonra plazma səviyyəsi müvafiq olaraq 1,18 və 3,25-dir. Metabolizmi Etodolak qaraciyərdə geniş şəkildə metabolizmə uğrayır. Təyin olunan dozanın təqribən 72 %-i qeyri-aktiv metabolitlər şəklində sidiklə xaric olunur. Ekskresiyası Dozanın 75 %-i sidiklə 25 %-i isə nəcislə xaric olur. Etodolakın plazma yarımparçalanma dövrü 6-7,4 saatdır. Xüsusi qrup xəstələr Böyrək çatışmazlığı Yüngül və ya orta ağırlıqlı böyrək çatışmazlığı olan xəstələrdə sağlam insanlarla müqayisədə farmakokinetik dəyişikliklər müşahidə olunmamışdır. 4-həftəlik müalicədən sonra terapevtik dozada qəbul olunan etodolak sidik turşusunun plazma səviyyəsini 1-2 mq/dl azaltmışdır. Qaraciyər çatışmazlığı Etodolakın klirensi qaraciyər funksiyalarından asılı olduğu üçün qaraciyər funksiyalarının pozulması olan xəstələrdə etodolak klirensi aşağı ola bilər.

İstifadəsinə göstərişlər

FORT örtüklü tabletlər aşağıdakı hallarda istifadə olunur:Etodin – osteoartrit, revmatoid artrit.

Əks göstərişlər

FORT etodolaka və ya tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslığı olan- Etodin xəstələrə əks göstərişdir. – Uşaqlar. – Aktiv və ya əvvəllər mövcud olmuş mədə yarası/qanaxması (yaranın və ya qanaxmanın iki və daha çox sübut edilmiş aydın əlaməti). – İbuprofen, aspirin və ya digər QSİƏP-lərə qarşı yüksək həssaslıq reaksiyaları (astma, rinit, angionevrotik ödem və övrə) olan xəstələrə QSİƏP-lər əks göstərişdir. – Anamnezində QSİƏP-lərlə müalicə ilə əlaqədar mədə-bağırsaq qanaxması və perforasiyası (deşilməsi) olan xəstələrə əks göstərişdir. – Etodin FORT ciddi ürək, qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə istifadə edilməməlidir. – Hamiləliyin sonuncu trimestrində istifadəsi əks göstərişdir. Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Simptomları aradan qaldırmaq üçün lazım olan ən aşağı effektiv dozadan qısa müddət istifadə etməklə, arzuolunmaz əlavə təsirlərin baş verməsini minimuma endirmək olar. Etodin FORT-un digər siklooksigenaza-2-nin selektiv blokatorları daxil olmaqla, QSİƏP-lərlə birgə istifadəsindən qaçınılmalıdır. Respirator pozuntular Bronxial astmadan əziyyət çəkən və ya anamnezində bronxial astma olan xəstələrdə Etodin FORT ehtiyatla istifadə edilməlidir, çünki, etodolakın belə xəstələrdə bronxospazma səbəb olduğu qeydə alınmışdır. Ürək-damar, böyrək və qaraciyər çatışmazlığı QSİƏP-lərin təyini dozadan asılı olaraq prostaqlandinlərin sintezinin azalmasına və böyrək çatışmazlığının sürətlənməsinə səbəb ola bilər. Bu səbəbdən zəifləmiş böyrək funksiyası, ürək çatışmazlığı, qaraciyər disfunksiyası olan, diuretik dərmanlar qəbul edən xəstələr və yaşlılar risk qrupu hesab edilir. Belə xəstələrə aşağı doza təyin edilməli və böyrək funksiyasına nəzarət edilməlidir. Etodin FORT maye ləngiməsi, hipertoniya və ya ürək qüsuru olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Etodin FORT-un uzunmüddətli istifadəsi zamanı xəstələrin qaraciyər və böyrək funksiyaları, hematoloji parametrləri müntəzəm olaraq yoxlanılmalıdır. Trombositlər QSİƏP-lərin trombositlərə aspirin qədər birbaşa təsir göstərmədiklərinə baxmayaraq, prostaqlandinlərin biosintezini blokada edən bütün bu tip dərmanlar trombositlərin funksiyasına təsir edə bilər. Trombositlərin funksiyasının inhibə edilməsi mənfi təsir edə biləcək xəstələr xüsusi nəzarət altında saxlanılmalıdırlar. Ürək-damar və serebrovaskulyar təsiri Anamnezində hipertoniya və ya yüngül və orta durğunluqlu ürək çatışmazlığı olan xəstələrdə QSİƏP-ın qəbulu ilə bağlı ödem və maye toplanması kimi hallar üçün müvafiq nəzarət və məsləhət tələb edilir. Klinik tədqiqatlar və epidemioloji məlumatlar bəzi QSİƏP-lərin istifadəsinin (xüsusilə, yüksək doza və uzunmüddətli istifadə zamanı) arterial trombotik hallarının baş vermə riskinin (məs., miokard infarktı və ya insult) az da olsa artmasına səbəb olduğunu göstərir. Etodolak istifadəsi zamanı bu riskin yaranmasını istisna edən kifayət qədər məlumat yoxdur. Nəzarət olunmayan hipertoniya, durğunluq ürək çatışmazlığı, ürəyin müəyyən olunmuş işemik xəstəliyi, periferik arteriyaların xəstəliyi və/və ya beyin damarlarının xəstəliyi olanlar ciddi FORT-la müalicə olunmalıdırlar.nəzərdən keçdikdən sonra Etodin Eyni nəzarət ürək-damar xəstəlikləri baxımından risk qrupuna daxil olan xəstələrdə də (məs., hipertoniya, hiperlipidemiya, şəkərli diabet, siqaret çəkmək) uzunmüddətli müalicəyə başlamazdan əvvəl aparılmalıdır. Mədə-bağırsaq qanaxma, xora və perforasiya Xəbərdaredici simptomları olan və ya olmayan və ya anamnezində ciddi qastrointestinal hallar olan xəstələr, bütün QSİƏP-lərlə müalicə müddətində ölümcül ola biləcək mədə-bağırsaq qanaxmaları, xora və ya perforasiya halları barəsində məlumat verilmişdir. Mədə-bağırsaq qanaxması, xorası və perforasiyası riski QSİƏP-lərin yüksək dozasında, anamnezində mədə xorası, xüsusən də qanaxma və ya perforasiya olan xəstələrdə və yaşlılarda yüksəkdir. Belə xəstələrin müalicəsi ən aşağı terapevtik doza ilə başlamalıdır. Belə xəstələrə, həmçinin əlavə olaraq aşağı doza aspirin qəbul etmək məcburiyyəti olanlara və ya mədə-bağırsaq traktını zədələyə biləcək digər dərman vasitələri qəbul edənlərə kombinəedilmiş terapiya (məs., misoprostol və ya proton pompası inhibitoru) təyin edilməlidir. Anamnezində qastrointestinal toksikliyi olan xəstələr, xüsusilə də yaşlılar, istənilən abdominal simptomları (mədə-bağırsaq qanaxması), xüsusən də müalicənin başlanğıcında baş verdiyi halda həkimə bildirməlidirlər. Yanaşı olaraq peroral kortikosteroidlər, antikoaqulyantlar (varfarin), selektiv serotonin blokatorları və ya antitrombositar vasitələr (aspirin) kimi yara və qanaxma riskini artıran vasitələr qəbul edən xəstələr məlumatlandırılmalı və ehtiyatlı olmaları tapşırılmalıdır. Etodin FORT qəbul edən xəstələrdə mədə-bağırsaq qanaxması və ya xorası baş verirsə, müalicə dayandırılmalıdır. Anamnezində mədə-bağırsaq xəstəlikləri olan (yaralı kolit, Kron xəstəliyi) xəstələrə QSİƏP-lər ehtiyatla təyin edilməlidir, çünki bu xəstəliklərdə kəskinləşmə ehtimalı var. Sistem qırmızı qurdeşənəyi və qarışıq birləşdirici toxuma xəstəlikləri Sistem qırmızı qurdeşənəyi olan xəstələrdə QSİƏP-rın qəbulu aseptik meningitin yaranma riskinin yüksəlməsinə səbəb ola bilər. Dermatoloji təsirləri QSİƏP-lərin istifadəsi ilə bağlı bəzən ölümlə nəticələnə bilən eksfoliativ dermatit, Stivens- Conson sindromu və toksiki epidermal nekroliz kimi ciddi dəri reaksiyaları çox nadir hallarda qeydə alınmışdır. Xəstələrdə bu kimi reaksiyaların yaranma riskinin müalicə kursunun başlanğıcında əmələ gəlməsi müşahidə olunmuşdur: əksər hallarda reaksiyanın baş verməsi müalicənin birinci ayına təsadüf etmişdir. Dəridə səpgi, selikli qişanın zədələnməsi və ya hər hansı yüksək həssaslıq əlamətləri müşahidə olunduqda Etodin FORT-un qəbulu dərhal dayandırılmalıdır. Qadınlarda reproduktiv qabiliyyətin pozulması Etodolak qadınlarda fertilliyinin pozulmasına səbəb ola bilər, bu səbəbdən hamiləlik planlaşdırıldığı dövr preparatın qəbulu məsləhət görülmür. Hamilə qalmaqda çətinlik yaşayan və ya sonsuzluq diaqnozu ilə nəzarətdə olan qadınların Etodin FORT qəbulu müzakirə olunmalıdır. Laktoza Preparatın tərkibində 146,5 mq susuz laktoza vardır. Nadir irsi qalaktozaya dözümsüzlük problemi olan, Lapp laktoza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan xəstələr preparatı qəbul etməməlidir. Natrium Dərmanın tərkibində 34,5 mq natrium kroskarmelloza var. Bu natrium pəhrizində olan xəstələrdə nəzərə alınmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Etodolak zülallarla yüksək birləşmə qabiliyyətinə malik olduğu üçün, zülallarla yaxşı birləşən digər dərman vasitələrinin dozalarının korreksiyası lazım ola bilər. Siklooksigenaza-2-nin selektiv blokatorları daxil olmaqla digər analgetiklər: iki və daha çox QSİƏP-lərin (aspirin daxil olmaqla) birgə istifadəsindən qaçınmaq lazımdır, əlavə təsirlərin baş vermə riskinin artmasına səbəb ola biləcəyinə görə. Hipotenziv dərman vasitələri: hipotenziv təsirini azaldır. Diuretiklər: sidikqovucu təsiri azaldır. Diuretiklər QSİƏP-lərin nefrotoksiklik riskini artıra bilər. Ürək qlikozidləri: QSİƏP-lər ürək çatışmazlığının şiddətlənməsinə, yumaqcıq filtrasiyası səviyyəsinin (YFS) azalmasına və plazma qlikozidləri səviyyəsinin artmasına səbəb ola bilər. Litium: litiumun eliminasiyasını azaldır. Metotreksat: metotreksatın eliminasiyasını azaldır. Siklosporin: siklosporinə bağlı nefrotoksiklik arta bilər. Mifepriston: QSİƏP-lər mifepriston təyinindən sonra 8-12 gün ərzində istifadə edilməməlidir, QSİƏP-lərin mifepristonun təsirini azaltma xüsusiyyəti var. Kortikosteroidlər: mədə-bağırsaq xorası və qanaxması riskini artırır. Antikoaqulyantlar: QSİƏP-lər varfarin kimi antikoaqulyantların təsirini gücləndirir. Etodolak və ya digər QSİƏP-lər varfarinlə birgə təyin edildikdə protrombin vaxtının uzanmasına səbəb ola bilir, bu da qanaxma riskini artırır. Antitrombositar vasitələr və serotoninin geri tutulmasının selektiv inhibitorları (SGTSİ): mədə-bağırsaq qanaxması riski yüksəlir. Takrolimus: QSİƏP-lər takrolimusla birgə təyin edildikdə nefrotoksiklik riskini yüksəldə bilər. Zidovudin: QSİƏP zidovudinlə birlikdə təyin edildikdə, hematoloji totoksiklik riskini artıra bilər. Xinolon antibiotikləri: QSİƏP xinolon antibiotiklərilə birlikdə təyin edildikdə, qıcolmanın yaranma riski arta bilər. Laborator analizlər: sidikdə etodolakın fenol metabolitlərinin mövcudluğu bilirubin sınağının səhvən müsbət nəticə verməsinə səbəb ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik İnsanlarda QSİƏP-lərin təyini ilə bağlı anadangəlmə qüsurlar qeydə alınmışdır, lakin, bunların baş vermə tezliyi çox aşağıdır və nəzərəçarpacaq dərəcədə deyil. QSİƏP-lərin ürək-damar sisteminə təsiri (arterial axacağın-ductus arteriosusun qapanması riski) məlum olduğu üçün hamiləliyin son trimestrində istifadəsi əks göstərişdir. QSİƏP qəbulu doğuşun gecikməsinə səbəb ola bilər və doğuş prosesində həm ana, həm uşaq tərəfindən qanaxma riskini yüksəldə bilər. QSİƏP-lərin xəstə hamilələr üçün potensial faydası döl üçün yaratdığı riskdən daha yüksək olmadığı halda hamiləliyin ilk iki trimestrində və doğuş zamanı istifadə olunmamalıdır. Laktasiya Məhdud sayda tədqiqatların nəticələrinə əsasən QSİƏP-lər çox aşağı konsentrasiyalarda ana FORTsüdündə tapılır. Etodolakın laktasiya zamanı təhlükəsizliyi öyrənilməmişdir. Etodin qəbulu zamanı ananın körpəni ana südü ilə qidalandırmasından qaçmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Etodolak başgicəllənmə, yuxululuq, yorğunluq və görmə pozuntuları(qeyri-normal görmə) səbəb ola bilər. Xəstələr avtomobil və ya digər potensial təhlükəli mexanizmləri istifadə etməzdən əvvəl bu dərmanın onlara necə təsir etməsindən xəbərdar olmalıdırlar. Əgər yuxarıda göstərilən hallara səbəb olursa, avtomobil və digər potensial təhlükəli mexanizmləri idarə etməməlidirlər.

İstifadə qaydası və dozası

Peroral qəbul üçündür. Qida ilə və ya yeməkdən sonra qəbulu tövsiyə olunur. Simptomlara nəzarət üçün ən qısa müddət ərzində tələb olunan ən aşağı effektiv doza istifadə etməklə, arzuоlunmaz təsirləri minimuma endirmək mümkündür. Osteoartrit və revmatoid artrit FORT-unOsteoartrit və revmatoid artritin əlamət və simptomlarının müalicəsində Etodin tövsiyyə olunan dozası: 400 mq/gün 2 dəfəyə bölünmüş eyni dozada və ya bir dəfəyə qəbul edilir. Xüsusi qrup xəstələr Pediatrik xəstələr FORT-un uşaqlarda istifadəsi məsləhət görülmür.Etodin Yaşlı xəstələr Yaşlı xəstələrdə ilkin doza korreksiyasına ehtiyac yoxdur. Yaşlı xəstələrdə əlavə təsir nəticələrinin yaranma təhlükəsi daha yüksəkdir. QSİƏP qəbulu zəruridirsə, ən aşağı doza və mümkün qədər qısamüddətli müalicə kursu istifadə olunmalıdır. Qastrointestinal qanaxma təhlükəsi olduğu üçün QSİƏP-lə müalicə olunan xəstə müntəzəm olaraq nəzarət altında olmalıdır.

Əlavə təsirləri

Ən çox rast gələn əlavə təsirləri mədə-bağırsaq sistemi tərəfindəndir. Qan və limfa sistemi tərəfindən pozuntular Trombositopeniya, neytropeniya, aqranulositoz, aplastik anemiya və hemolitik anemiya. İmmun sistemi tərəfindən pozuntular QSİƏP-lərlə müalicə zamanı yüksək həssaslıq reaksiyaları qeydə alınmışdır. Bu, a) qeyri-spesifik allergik reaksiyalar və anafilaksiya; b) respirator sistemin anafilaktoid reaksiyaları, mövcud astmanın şiddətlənməsi, bronxospazm və ya dispnoye; və ya c) müxtəlif tip səpgilər, qaşınma, övrə, purpura, angionevrotik ödem və çox nadir hallarda eksfoliativ və bulloz dermatitlər (epidermal nekroliz və multiformalı eritema daxil olmaqla) kimi dəri xəstəliklərindən ibarət ola bilər. Sinir sistemi tərəfindən pozuntular Depressiya, baş ağrısı, başgicəllənmə, yuxusuzluq, konfuziya halı, hallusinasiyalar, dezorientasiya, paresteziya, tremor, zəiflik, əsəbilik və yuxululuq, boyun əzələləri rigidliyi, baş ağrısı, ürəkbulanma və qusma simptomları ilə birlikdə aseptik meningit (xüsusilə də, əvvəlcədən sistem qırmızı qurdeşənəyi eritematozu və qarışıq birləşdirici toxuma pozuntuları kimi autoimmun xəstəlikləri olan xəstələrdə) qeydə alınmışdır. Göz xəstəlikləri Görmə funksiyasının pozuntusu (qeyri-normal görmə), görmə sinirinin nevriti. Qulaq və qulaq labirinti pozuntuları Tinnit, vertiqo. Ürək pozuntuları QSİƏP-lərlə müalicə ilə əlaqədar ödem, hipertoniya, palpitasiya və ürək çatışmazlığı qeydə alınmışdır. Klinik və epidemioloji tədqiqatların nəticələri göstərir ki, bəzi QSİƏP-lərin istifadəsi (xüsusilə, yüksək dozada və uzunmüddətli istifadəsi zamanı) arterial tromboz hallarının baş vermə riskinin (məs., miokard infarktı və ya insult) yüksəlməsinə səbəb ola bilər. Damar pozuntuları Vaskulitlər. Mədə-bağırsaq sistemi pozuntuları Bəzən ölümlə nəticələnə bilən (xüsusən də yaşlılarda) mədə xorası, perforasiya və ya mədə- bağırsaq qanaxması baş verə bilər. Ürəkbulanma, qusma, ishal, dispepsiya, epiqastral ağrı, xoralı stomatit, abdominal ağrı, qəbizlik, meteorizm, hematemezis (qan qusma), melena, mədə-bağırsaq xorası, mədə pozuntusu, mədənin yanması, rektal qanaxma. Qəbuldan sonra kolitin və Kron xəstəliyinin şiddətlənməsi qeydə alınmışdır. Nisbətən az hallarda qastrit müşahidə olunmuşdur. Çox nadir hallarda isə pankreatit qeydə alınmışdır. Qaraciyər-öd pozuntuları Qaraciyər funksiyalarının qeyri-normallığı (bilirubinuriya), hepatit və sarılıq. Dəri və dərialtı toxuma pozuntuları Stivens-Conson sindromu və toksik epidermal nekroliz daxil olmaqla bulyoz reaksiyalar (nadir hallarda). Fotohəssaslıq. Böyrək və sidik sistemi pozuntuları Dizuriya, tez-tez sidiyə getmə (< 1 %), interstisial nefrit, nefrotik sindrom və böyrək çatışmazlığı daxil olmaqla, nefrotoksikliyin müxtəlif formaları. Ümumi pozuntular Halsızlıq, yorğunluq, asteniya, titrətmə, qızdırma. DƏRMAN QƏBULU ZAMANI GÖZLƏNİLMƏZ ƏLAVƏ TƏSİRLƏR YARANDIQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN!

Doza həddinin aşılması

Simptomları Simptomlara baş ağrısı, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrılar, mədə-bağırsaq qanaxmaları, nadir hallarda ishal, dezorientasiya (müvazinətin itməsi), oyanıqlıq, koma, yuxululuq, başgicəllənmə, qulaqlarda küy, huşun itməsi, bəzən qıcolmalar aiddir. Ağır zəhərlənmə hallarında kəskin böyrək çatışmazlığı və qaraciyərin zədələnməsi mümkündür. Müalicəsi Xəstələr simptomatik müalicə olunmalıdır. Toksiki dozanın alınmasından sonra ilk bir saat ərzində aktivləşdirilmiş kömür verilməsi mümkündür. Doza həddinin aşılmasından sonra mədə ilk bir saat ərzində yuyulmalıdır. Yaxşı sidik ifrazı təmin olunmalıdır. Böyrək və qaraciyər funksiyaları nəzarət altında olmalıdır. Potensial toksiki doza qəbulundan sonra xəstələr ən azı dörd saat ərzində nəzarət altında olmalıdırlar. Tez-tez baş verən və ya uzunmüddətli qıcolmalardan qorunmaq üçün venadaxili diazepam vurulmalıdır. Xəstənin vəziyyətinə görə digər tədbirlər həyata keçirilə bilər.

Buraxılış forması

Etodin FORT 2 örtüklü tablet blisterdə: 1 blister (2 tablet), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Etodin FORT 7 örtüklü tablet blisterdə: 1 blister (7 tablet), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. FORTEtodin 14 örtüklü tablet blisterdə: 1 blister (14 tablet), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Etodin FORT 14 örtüklü tablet blisterdə. 2 blister (28 tablet), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 °C-dən aşağı temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş. Sancaklar 81100 Düzce/Türkiye. Lisenziya sahibi NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş. Ümraniye 34768 İstanbul/Türkiye.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Etodin forte 400 mq N28 tablet” üçün ilk rəyi siz yazın.