Teknazol 100 mq N15 kapsul

Təsiredici maddə: ITRACONAZOLE
Təsiredici maddəITRACONAZOLE
Dərman formasıKapsul
Farmakoloji təsirAntifunqal (göbələkəleyhinə) preparat, triazol törəmələri
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

18,74 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TEKNAZOL 100 mq mikropellet kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Itraconazole

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 100 mq itrakonazol vardır. Köməkçi maddələr: hidroksipropilmetilsellüloza (hipromelloza), polietilenqlikol (makroqol), neytral mikropelletlər (şəkər kürəcikləri), bərk jelatin kapsul № 0 qeyri- şəffaf çəhrayı qapaq (azorubin (E122), patent mavi V (E131), titan dioksid (E171), jelatin) və şəffaf qəhvəyi gövdə (karamel rəngi (E150), jelatin).

Təsviri

Mikropellet jelatin kapsullar. Jelatin kapsulun yarısı qeyri-şəffaf çəhrayı, digər yarısı şəffaf qəhvəyi rəngdədir.

Farmakoterapevtik qrupu

Antifunqal (göbələkəleyhinə) preparat, triazol törəmələri. ATC kodu: J02AC02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası İtrakonazol triazol törəməli, geniş təsir spektrli antimikotik preparat olub, göbələk hüceyrələrinin hüceyrə membranında erqosterin sintezini blokadaya almaqla təsir göstərir. Farmakokinetikası İtrakonazolun biomənimsənilməsi 55 %-dir. Oral yolla qida ilə birlikdə qəbul zamanı biomənimsənilməsi maksimuma çatır. Gündəlik 50-400 mq oral qəbul olunduqda 15 gün ərzində sabit konsentrasiya əldə olunur. 15 gün müddətində qida ilə birlikdə gündə 2 dəfə 200 mq =2282 nq/ml, C =1855 nq/ml, T =4.6 saat,itrakonazol qəbul olunduğu zaman xəstələrdə Cmax min max AUC=22569 nq saat/ml, T =64 saata çatır. İtrakonazolun çox hissəsi qaraciyərdə metabolizmə1/2 uğrayır. Əsas metaboliti hidroksiitrakonazoldur. Dozanın təxminən 3-18 %-i fekal yolla, 0,03 %- dən az hissəsi isə böyrəklər vasitəsi ilə dəyişilməmiş halda xaric olur. Dozanın 40 %-i isə metabolitlər halında sidiklə xaric olur. Böyrək çatışmazlığı olan xəstələrdə əldə edilən plazma konsentrasiyaları sağlam şəxslərdəkinə bənzərdir. Qaraciyər çatışmazlığının itrakonazolun plazma konsentrasiyasına təsiri məlum deyildir. İtrakonazol 99,8 % nisbətində, hidroksiitrakonazol isə 99,5 % nisbətində plazma proteinləri ilə birləşir. İtrakonazolun eliminasiyası epidermal regenerasiyaya bağlı olaraq həyata keçirildiyi üçün dəri və selikli qişalardakı dərman səviyyəsi müalicənin dayandırılmasından sonra 1-4 həftəyə qədər davam edir. Heyvanlar üzərində aparılmış tədqiqatlarda itrakonazolun lipofil toxumalarda yaxşı paylandığı müəyyən olunmuşdur. İtrakonazolun piy toxuması, piylik, böyrəklər və dəridə toplanma konsentrasiyası plazma konsentrasiyasından 2-20 dəfə yüksəkdir.

İstifadəsinə göstərişlər

Teknazol mikropellet kapsullar qasıq dermatomikozu, ayaq dermatomikozu, əl dermatomikozu, əlvan dəmrov kimi səthi göbələk infeksiyaları ilə aspergilloz, blastomikoz, histoplazmoz, ezofagial, orofaringeal və vulvovaginal kandidoz, kriptokokkoz, koksidiomikoz, xromomikoz, onixomikoz, parakoksidiomikoz, sporotrixoz kimi sistem göbələk infeksiyalarının müalicəsində istifadə olunur. Teknazol mikropellet kapsullar bundan başqa kriptokokkal meningit və histoplazmoz supresyonunda da istifadə edilir.

Əks göstərişlər

Teknazol mikropellet kapsul, itrakonazol və kapsulun tərkibindəki digər maddələrə qarşı yüksək həssaslığı olan şəxslərdə əks göstərişlidir. İtrakonazolun terfenadin və astemizol ilə birlikdə istifadəsi aritmiya riskini artırdığı üçün əks göstərişdir. Azol törəmələrinə qarşı yüksək həssaslıq hallarında Teknazol mikropellet kapsullar ehtiyatla istifadə olunmalıdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Teknazol mikropellet kapsullar qaraciyərdə metabolizmə uğradığına görə 1 aydan çox istifadə etdikdə halsızlıq, qarında ağrı, ürəkbulanma, qusma kimi simptomlar aşkar edilən xəstələrdə qaraciyərin funksional testlərinin aparılması məsləhətdir. Anamnezində qaraciyər xəstəliyi olanlarda və ya digər dərmanlarla bağlı olaraq hepatotoksikoz inkişaf etmiş şəxslərdə istifadə olunmamalıdır. Axlorhidriya və hipoxlorhidriya itrakonazolun absorbsiyasını azaldır. Mədə turşusunun azalması itrakonazolun sorulmasını azaldır. Bu səbəbdən mədə turşusunu azaldan dərmanlar ən azı 2 saat sonra qəbul olunmalıdır. Uşaqlarda dərmanın müalicəvi təsiri potensial riskdən çox olarsa istifadə olunmalıdır. Böyrək çatışmazlığı olan xəstələrdə oral yolla istifadə etdikdə itrakonazolun biomənimsənilməsi azala bilər (doza korreksiyasına ehtiyac var). Teknazol mikropellet kapsullar ilə müalicə zamanı meydana çıxa biləcək nevropatiya vəziyyətində müalicə dayandırılmalıdır. İtrakonazol ilə müalicə alan pasiyentlərdə müvəqqəti və ya daimi karlıq barədə məlumatlar verilmişdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

İtrakonazol əsasən sitoxrom CYP3A4 vasitəsilə metabolizə olunur. Bu metabolik yolu bölüşən və yaxud CYP3A4-ün fəaliyyətini dəyişdirən digər dərman vasitələri itrakonazolun farmokinetikasına təsir edə bilər. Eyni qaydada itrakonazol da bu metabolik yolu bölüşən digər maddələrin farmokokinetikasını dəyişdirə bilər. İtrakonazol güclü CYP3A4 və P-qlikoprotein inhibitorudur. Birlikdə istifadə olunmalı dərman preparatını istifadə edərkən metabolik yol və doza həddini nizamlamaqla bağlı məlumat almaq məqsədilə müvafiq məsləhətləşmə aparmaq lazımdır. İtrakonazolun plazmadakı konsentrasiyasını aşağı salan dərman preparatları Mədə turşuluğunu azaldan dərman preparatları (məsələn, turşuluğu neytrallaşdıran preparat alüminium hidroksid və yaxud turşu sekresiyasını zəiflədən dərman vasitəsi H2-reseptor antaqonisti və proton pompa inhibitorları) itrakonazol kapsullarından itrakonazolun sovrulmasına mənfi təsir edir. Bu dərman vasitələrini itrakonazol kapsulları ilə birlikdə qəbul edərkən ehtiyatlı olmaq tövsiyə olunur: Mədə turşuluğunu azaldan dərman preparatları ilə blirlikdə qəbul edərkən itrakonazolu turş içkilərlə (məsələn, adi kola) qəbul etmək tövsiyə olunur. Turşuluğu neytrallaşdıran dərman vasitələrini (məsələn, alüminium hidroksid) itrakonazol kapsullarının qəbulundan ən azı 1 saat öncə və yaxud 2 saat sonra qəbul etmək tövsiyə olunur. Birlikdə qəbul zamanı göbələk əleyhinə aktivliyə də nəzarət olunmalı və zərurət yarandıqda itrakonazolun dozası artırılmalıdır. İtrakonazolun güclü CYP3A4 ferment induktoru ilə birlikdə qəbulu itrakonazolun və hidroksi- itrakonazolun biomənimsənilməsini o dərəcədə azaldar ki, bunun nəticəsində dərman vasitəsinin effektivliyi əhəmiyyətli dərəcədə zəifləyər. Aşağıdakılar buna misal ola bilər: Antibakterial maddələr: izoniazid, rifabutin (eyni zamanda itrakonazol sayəsində plazma konsentrasiyalarının yüksəldiyi dərman vasitələri bölməsinə də baxın), rifampisin. Antikonvulsant dərman vasitələri: karbamazepin, (eyni zamanda itrakonazol sayəsində plazma konsentrasiyalarının yüksəldiyi dərman vasitələri bölməsinə də baxın), fenobarbital, fenitoin. Virus əleyhinə preparatlar: efavirenz, nevirapin. Buna görə də güclü CYP3A4 ferment induktorunun itrakonazol ilə birlikdə qəbulu tövsiyə olunmur. Bu dərman vasitələrinin itrakonazol qəbul etməzdən 2 həftə öncə və qəbul zamanı istifadə etmək tövsiyə olunmur (birgə istifadənin verdiyi fayda itrakonazolun effektivliyinin azalması riskindən daha yüksək olduğu hal istisna olmaqla). Birlikdə qəbul zamanı göbələk əleyhinə aktivliyə də nəzarət olunmalı və zərurət yarandıqda itrakonazolun dozası artırılmalıdır. İtrakonazolun plazma konsentrasiyasını yüksəldən dərman preparatları Güclü CYP3A4 inhibitoru itrakonazolun biomənimsənilməsini yüksəldə bilər. Bunlara aşağıdakılar daxildir: Antibakterial maddələr: siprofloksasin, klaritromisin, eritromisin. Virus əleyhinə preparatlar: ritonavirlə gücləndirilmiş darunavir, ritonavirlə gücləndirilmiş fosamprenavir, indinavir (eyni zamanda itrakonazol sayəsində plazma konsentrasiyalarının yüksəldiyi dərman vasitələri bölməsinə də baxın), ritonavir (eyni zamanda itrakonazol sayəsində plazma konsentrasiyalarının yüksəldiyi dərman vasitələri bölməsinə də baxın). Bu dərman vasitələrini itrakonazol kapsulları ilə birgə istifadə edərkən ehtiyatlı olmaq tövsiyə olunur. İtrakonazolu güclü CYP3A4 inhibitorları ilə birgə qəbul edən pasiyentlərdə itrakonazolun davamlı və yaxud yüksək farmakoloji simptomlarının olub-olmamasına nəzarət olunmalı və zərurət olarsa itrakonazolun doza həddi azaldılmalıdır. Zərurət yarandığı təqdirdə itrakonazolun plazma konsentrasiyası ölçülməlidir. Plazma konsentrasiyası itrakonazol vasitəsilə yüksələn dərman vasitələri İtrakonazol və onun əsas metaboliti olan hidroksi-itrakonazol CYP3A4 vasitəsilə metabolizə olunan dərmanların metabolizmini və P-qlikoprotein vasitəsilə dərmanın ötürülməsini inhibə edə bilər ki, bu da öz növbəsində itrakonazol ilə birlikdə qəbul edilərkən bu dərman vasitələrinin və yaxud onların aktiv metabolitlərinin plazma konsentrasiyasının yüksəlməsi ilə nəticələnə bilər. Belə yüksək plazma konsentrasiyası, bu dərman preparatlarının həm terapevtik effektini həm də əks təsirlərini uzada bilər. QT intervalını uzadan və CYP3A4-ilə metabolizə olunan dərman preparatları itrakonazol ilə birlikdə istifadə oluna bilməz, belə ki, bunların kombinasiyası potensial olaraq ölümcül aritmiya hesab olunan iki istiqamətli taxikardiya da daxil olmaqla ventrikulyar taxiaritmiyaya səbəb ola bilər. Müalicə dayandırıldıqdan sonra doza həddindən və müalicə müddətindən asılı olaraq itrakonazolun plazma konsentrasiyası 7-14 gün ərzində demək olar ki, hiss olunmayacaq səviyyəyə düşür. Qaraciyər sirrozundan əziyyət çəkən və yaxud CYP3A4 inhibitorları qəbul edən xəstələrdə plazma konsentrasiyası tədricən azala bilər. Bu, metabolizminə itrakonazolun təsir etdiyi dərman vasitələri ilə müalicəyə başlayarkən xüsusilə vacibdir. Qarşılıqlı şəkildə bir-birinə təsir edən dərman vasitələrini aşağıdakı kimi kateqoriyalara ayırmaq olar: – “Əks göstəriş”: Bu dərman vasitəsi heç bir halda itrakonazol ilə birlikdə habelə itrakonazol ilə müalicə bitdikdən sonra iki həftə ərzində istifadə oluna bilməz. – “Tövsiyə olunmur”: Bu dərman vasitələrinin itrakonazol qəbul edərkən, eləcə də itrakonazol ilə müalicə bitdikdən sonra iki həftə ərzində istifadə etmək tövsiyə olunmur (birgə istifadənin verdiyi fayda əks təsirlərin yaranması riskindən daha yüksək olduğu hal istisna olmaqla). Əgər birgə istifadə zəruri olarsa birgə istifadə olunan dərmanın davamlı və yaxud yüksək terapevtik təsirinin və ya əks təsirlərinin olub-olmamasına nəzarət olunmalı və zərurət olarsa doza həddi azaldılmalı və yaxud dərmanın qəbulu dayandırılmalıdır. Zərurət olarsa, plazma konsentrasiyası ölçülməlidir. – “Ehtiyatla istifadə edin”: Dərman vasitəsini itrakonazol ilə birlikdə istifadə edərkən ciddi nəzarət tövsiyə olunur. Birgə istifadə zamanı pasiyentlərdə birgə istifadə olunan dərmanın davamlı və yaxud yüksək terapevtik təsirinin və ya əks təsirlərinin olub-olmamasına nəzarət olunmalı və zərurət olarsa doza həddi azaldılmalıdır. Zərurət olarsa, plazma konsentrasiyası ölçülməlidir. Plazma konsentrasiyası itrakonazol vasitəsilə yüksələ bilən dərman vasitələrinin nümunələri itrakonazol ilə birgə istifadəyə dair tövsiyələrlə birlikdə aşağıdakı dərman siniflərində təqdim olunmuşdur: Dərman sinfi Əks göstəriş Tövsiyə olunmur Ehtiyatla istifadə edin Alfa blokerlər tamsulozin Analgetiklər levasetilmetadol fentanil alfentanil, (levometadil), buprenorfin IV və metadon dilaltı, oksikodon Antiaritmik dizopiramid, diqoksin preparatlar dofetilid, dronedaron, xinidin a Antibakterial rifabutin preparatlar Antikoaqulyantlar və rivaroksaban kumarinlər, Antiaqreqantlar silostazol, dabiqatran a Antikonvulsiv karbamazepin preparatlar Diabet əleyhinə repaqlinid, preparatlar saksaqliptin Antihelmintik və halofantrin prazikvantel antiprotozoy preparatlar Antihistaminlər astemizol, mizolastin, ebastin terfenadin Miqren əleyhinə erqot alkaloidlər, eletriptan dərman preparatları eləcə də dihidroerqotamin, erqometrin (erqonovin), erqotamin, metilerqometrin (metilerqonovin) Antineoplastik irinotekan dazatinib, nilotinib, bortezomib, busulfan, preparatlar trabektedin dosetaksel, erlotinib, iksabepilon, lapatinib, trimetreksat, vinka alkaloidlər Antipsixotiklər, lurazidon, peroral alprazolam, Anksiolitiklər və qəbul edilən aripiprazol, Hipnotiklər midazolam, pimozid, brotizolam, buspiron, sertindol, triazolam haloperidol, midazolam IV, perospiron, kvetiapin, ramelteon, risperidon b Virus əleyhinə maravirok, indinavir , b preparatlar ritonavir , sakvinavir Beta blokerlər nadolol Kalsium kanal bepridil, felodipin, digər blokerləri lerkanidipin, dihidropiridinlər, nisoldipin verapamil də daxil olmaqla Ürək-damar sistemi ivabradin, ranolazin aliskiren dərmanları, digər Diuretiklər eplerenon Mədə-bağırsaq sisaprid, aprepitant, sistemi dərmanları domperidon İmmunodepresantlar everolimus budesonid, siklesonid, siklosporin, deksametazon, flutikazon, metilprednizolon, rapamisin (digər adı ilə sirolimus), takrolimus, temsirolimus Lipid tarazlıq lovastatin, atorvastatin tənzimləyiciləri simvastatin Respirator orqanların salmeterol müalicəsi üçün dərman preparatları Selektiv serotonin reboksetin geri alma inhibitoru (SSGAİ), Trisiklik antidepresantlar və Müvafiq Antidepresantlar Uroloji dərmanlar vardenafil fezoterodin. imidafenasin, sildenafil, solifenasin, tadalafil, tolterodin Digər böyrək və yaxud kolxisin alitretinoin (oral qaraciyər çatışmazlığı formula), sinakalset, olan şəxslərdə mozavaptan, kolxisin tolvaptan a Eyni zamanda itrakonazolun plazma konsentrasiyasını azaldan dərmanlar bölməsinə bax b Eyni zamanda itrakonazolun plazma konsentrasiyasını artıran dərmanlar bölməsinə bax Plazma konsentrasiyası itrakonazol vasitəsilə azalan dərman preparatları İtrakonazolun qeyri-steroid iltihab əleyhinə preparat (QSİƏP) olan meloksikamla birgə istifadəsi meloksikamın plazma konsentrasiyasını azalda bilər. Meloksikamı itrakonazol ilə birgə qəbul edərkən diqqətli olmaq, onun terapevtik və yaxud əks təsirlərini nəzarətdə saxlamaq tövsiyə olunur. İtrakonazol ilə birgə istifadə edərkən meloksikamın doza həddini müvafiq olaraq tənzimləmək tövsiyə olunur. Pediatrik xəstələr Dərman vasitələri ilə qarşılıqlı təsiri yalnız böyüklər üzərində araşdırılmışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İtrakonazolun yüksək dozalarda hamilə siçanlarda döl anomaliyalarına səbəb olduğu göstərilmişdir. Hamilələrdə istifadəyə ancaq həyati təhlükəli mikozlarda zərər və fayda riski hesablanaraq başlanılmalıdır. Ana südünə keçdiyi üçün laktasiya dövründə istifadə olunmamalıdır. Reproduktiv yaşda olan qadınlar itrakonazolla müalicə zamanı və müalicə bitdikdən sonra menstruasiya başlayana qədər kontrasepsiyadan istifadə etməlidirlər.

İstifadə qaydası və dozası

Teknazol mikropellet kapsullar maksimal absorbsiya əldə edilməsi üçün yeməkdən sonra qəbul edilməlidir. Gündəlik 200 mq-dan çox olan dozalar 2 yerə bölünərək qəbul edilməlidir. Müalicə proqramı Gövdə dermatomikozu, qasıq dermatomikozu 15 gün müddətinə gündə 1 dəfə 100 mq (1 kapsul). Ayaq dermatomikozu, əl dermatomikozu: 30 gün müddətində gündə 1 dəfə 100 mq (1 kapsul). Əlvan dəmrov 7 gün müddətində gündə 1 dəfə 200 mq (2 kapsul). Aspergilyoz Ən azı 2-5 ay müddətində gündə 1 və ya 2 dəfə 200 mq (2 kapsul). Blastomikoz və ya Histoplazmoz Gündə 1 dəfə 200 mq (2 kapsul). Sağalma əlamətlərinin olmaması və ya ağırlaşmış göbələk xəstəliyində doza 100 mq olaraq maksimum 400 mq-a qədər artırıla bilər. Qidaborusu və ağız-udlaq boşluğunun kandidozu 15 gün müddətində gündə 1 dəfə 100-200 mq (1-2 kapsul), tətbiq edilir. AİDS-li və neutropenik xəstələrdə Teknazol mikropellet kapsullar gündə 200 mq (2 kapsul) olaraq 15 gün ərzində tətbiq edilə bilər. Xromomikoz 3-6 ay müddətində gündə 1 dəfə 100-200 mq (1-2 kapsul). Koksidiomikoz 6 həftə müddətində gündə 2 dəfə 200 mq (2 kapsul). Kriptokokkal meningit supresiyası 2 ay-1 il müddətində gündə 1-2 dəfə 200 mq (2 kapsul). Kriptokokkoz 2 ay-1 il müddətində gündə 1 dəfə 200 mq (2 kapsul). Histoplazmoz supresiyası 8 ay müddətində gündə 2 dəfə 200 mq (2 kapsul) və ya gündə 1 dəfə 200 mq (2 kapsul). Parakoksidiomikoz 6 ay müddətində gündə 1 dəfə 100 mq (1 kapsul). Sporotrixoz 3 ay müddətində gündə 1 dəfə 100 mq (1 kapsul). Mikotik keratit 21 gün müddətində gündə 1 dəfə 200 mq (2 kapsul). Vulvovaginal kandidoz 3 gün müddətində gündə 1 dəfə 200 mq (2 kapsul), və ya 1 gün 2 dəfə 200 mq (2 kapsul). İtrakonazolun dəri və mukoz membranlarından absorbsiyası, plazma absorbsiyası ilə müqayisədə yavaş olduğu üçün toxuma konsentrasiyaları uzun müddət yüksək qalır. Buna görə də ən yaxşı kliniki və mikoloji nəticələr müalicənin dayandırılmasından 1-4 həftə sonra əldə edilir. Onixomikoz 3 ay müddətində gündə 1 dəfə 100-200 mq (1-2 kapsul). Bundan başqa zərbə dozası ilə müalicə də tətbiq edilə bilər. Bu zaman müalicə gündə 2 dəfə 200 mq (2 kapsul) olmaqla 1 həftə aparılır. Əllərin onixomikozlarında 2 dəfə zərbə dozası ilə müalicə, həm də ayaq onixomikozlarında 3 dəfə zərbə dozası ilə müalicə aparılır. Hər zərbə müalicəsi arasında 3 həftə dərman qəbul edilməməlidir. Əllərin onixomikozu Ayaqların onixomikozu və ya əl və ayaq onixomikozu 1. Həftə 7 gün müddətində hər gün 7 gün müddətində hər gün Səhər 2 kapsul Səhər 2 kapsul Axşam 2 kapsul Axşam 2 kapsul 2. Həftə Dərman istifadə edilməyən Dərman istifadə edilməyən müddət müddət3. Həftə 4. Həftə 5. Həftə 7 gün müddətində hər gün 7 gün müddətində hər gün Səhər 2 kapsul Səhər 2 kapsul Axşam 2 kapsul Axşam 2 kapsul 6. Həftə Dərman istifadə edilməyən müddət7. Həftə 8. Həftə 9. Həftə 7 gün müddətində hər gün Səhər 2 kapsul Axşam 2 kapsul Dəri vulvovaginal və orofaringeal infeksiyalar üçün müalicənin dayandırılmasından 1-4 həftə sonra, dırnaqlar üçün isə müalicənin dayandırılmasından 6-9 ay sonra optimal klinik və mikoloji təsir əldə edilir. 12 yaşından kiçik uşaqlarda və yaşlılarda dərmanın istifadəsinə aid məlumatlar kifayət qədər deyil.

Əlavə təsirləri

Preparatın təhlükəsizlik göstəriciləri Kliniki sınaqlar zamanı və yaxud həkimlərin müstəqil şəkildə təqdim etdikləri hesabatlarda itrakonazol kapsulları ilə müalicə olunarkən tez-tez rast gəlinmiş əks təsirlər arasında baş ağrısı, qarın nahiyəsində ağrı və ürəkbulanma şikayətləri çoxluq təşkil edir. Ciddi əks təsirlərə güclü allergik reaksiyalar, ürək çatışmazlığı/xroniki ürək çatışmazlığı/ağciyərlərdə ödem, pankreatit, ciddi qaraciyər zəhərlənməsi (ölümcül qaraciyər çatışmazlığı da daxil olmaqla) və ciddi dəri reaksiyaları daxildir. Əlavə təsirlərin tezliyi aşağıdakı kimidir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir halda (< 1/10000), məlum deyil (əldə olan məlumat əsasında qiymətləndirmək mümkün olmadı). İnfeksiya və yoluxmalar Bəzən: sinusit, yuxarı tənəffüs yollarının infeksiyası, rinit Qan və limfa sistemi xəstəlikləri Nadir: leykopeniya İmmun sistemi pozğunluqları Bəzən: hiperhəssaslıq* Nadir: zərdab xəstəliyi, angionevrotik ödem, anafilaktik reaksiya Metabolizm və qidalanma pozğunluqları Nadir: hipertriqliseridemiya Sinir sistemi pozğunluqları Tez-tez: baş ağrısı Nadir: paresteziya, hipoesteziya, disgevziya Görmə pozğunluqları Nadir: görmə pozğunluğu (diplopiya və bulanıq görmə də daxil olmaqla) Eşitmə və tarazlıq orqanı pozğunluqları Nadir: eşitmənin müvəqqəti və ya daimi olaraq itirilməsi*, qulaqda küy Ürək xəstəlikləri Nadir: xroniki ürək çatışmazlığı* Respirator, torakal və mediastinal pozğunluqlar Nadir: dispnoe Mədə-bağırsaq sistemi pozğunluqları Tez-tez: qarın nahiyəsində ağrı, ürəkbulanma Bəzən: qusma, ishal, qəbizlik, dispepsiya, disqevziya; köp Nadir: pankreatit Hepatobiliar xəstəliklər Bəzən: qaraciyər funksiyalarının pozulması Nadir: ciddi hepatotoksiklik (ölümlə nəticələnən ciddi qaraciyər çatışmazlıqları da daxil olmaqla)*, hiperbilirubinemiya Dəri və dərialtı toxuma xəstəlikləri Bəzən: övrə, səpgi, qaşınma Nadir: toksik epidermal nekroliz, Stivens-Conson sindromu, kəskin generəlizə olunmuş eksantematik pustuloz, çoxformalı eritema, eksfoliativ dermatit, leykositoklastik vaskulit, alopesiya, işığa həssaslıq. Böyrək və sidik yolu xəstəlikləri Nadir: pollakuriya Reproduktiv sistem və süd vəzi xəstəlikləri Bəzən: menstrual pozğunluqlar Nadir: ereksiyanın pozulması Tətbiq olunan nahiyədə ümumi narahatlıqlar Nadir: ödem Araşdırmalar Nadir: qanda kreatinfosfokinaza səviyyəsi yüksəlmişdir *“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın. GÖZLƏNİLMƏYƏN ƏLAVƏ TƏSİR OLDUQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN!

Doza həddinin aşılması

Artıq dozaların qəbulu zamanı simptomatik və dəstəkləyici müalicə aparılmalı, lazım gəldikdə mədə yuyulmalıdır. İtrakonazol dializ vasitəsi ilə orqanizmdən xaric olmur.

Buraxılış forması

4 və ya 15 kapsul, blisterdə. 1 blister (4 və ya 15 kapsul), içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 °C-dən aşağı temperaturda, öz qablaşdırmasında, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

3 il. Yararlılq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Sancaklar 81100 Düzce/Türkiye. Lisenziya sahibi Ümraniye 34768 İstanbul/Türkiye.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Teknazol 100 mq N15 kapsul” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar