Daşınma və qaytarılma şərtləri

 100 Azn və üzəri pulsuz çatdırılma

Müştərinin öhdəlikləri

  • Məhsulu qəbul edərkən məbləğ, məhsulun uyğunluğu və qablaşdırmanın bütövlüyü yoxlanılmalıdır.

  • Əgər çatdırılan məhsulda hər hansı zədə və ya nasazlıq aşkar olunarsa, dərhal kuryerə və ya müştəri xidmətlərinə məlumat verilməlidir.

  • İadə ediləcək məhsulun qəbzi və ya elektron təsdiqi mütləq təqdim olunmalıdır.

1. Sifariş verin və çatdırılma üsulunu seçin

2. Təsdiq bildirişi alacaqsınız

3. Sifarişin çatdırılmasını gözləyin

4. Qeyd etdiyiniz ünvanda sifarişinizi təhvil alın

Çatdırılma qaydaları

  • Çatdırılma müddəti: dermanchi.az saytında verilən bütün sifarişlər 1 iş günü ərzində müştərinin göstərdiyi ünvana çatdırılır.

  • Çatdırılma ünvanı: Mallar yalnız sifariş zamanı qeyd olunan ünvana təhvil verilir. Ünvan dəyişikliyi tələb olunduqda, bu barədə əvvəlcədən müştəri xidmətlərinə məlumat verilməlidir.

  • Çatdırılma üsulu: Məhsullar dərmanların saxlanma və daşınma qaydalarına riayət edilməklə xüsusi nəqliyyat vasitələri ilə çatdırılır.

  • Ödəniş: Ödəniş məhsul müştəriyə təhvil verildikdə aparılır (nağd və ya POS-terminal vasitəsilə).

Qaytarılma və dəyişdirilmə şərtləri

  • İadə müddəti: İstifadə edilməmiş və ilkin qablaşdırması açılmamış malların qaytarılması və ya dəyişdirilməsi sifarişin müştəriyə təqdim olunmasından sonra 14 (on dörd) iş günü ərzində mümkündür.

  • Qaytarılma ünvanı: Məhsullar yalnız fakturada və ya ödəniş qəbzində göstərilən ünvana geri qaytarıla bilər.

  • Ödənişin geri qaytarılması: Ödəniş, sifariş zamanı istifadə olunan ödəniş üsuluna uyğun olaraq həyata keçirilir – nağd ödəniş edilibsə nağd, POS-terminal vasitəsilə ödəniş edilibsə müvafiq olaraq kart hesabına geri qaytarılır.

  • Xüsusi istisnalar:

    • Gigiyenik vasitələr və tamlığı pozulmuş məhsullar geri qaytarılmır.

    • Xüsusi saxlama rejimi tələb edən mallar (uşaq qidaları, temperatur və işığa həssas dərmanlar, soyuducu şəraitdə saxlanmalı preparatlar və s.) qaytarılmır.

    • Açılmış qablaşdırmaya malik olan dərman vasitələri geri qaytarılmır.

Əlavə qeydlər

  • Qaytarılma və dəyişdirilmə zamanı yaranan bank və çatdırılma xərcləri müştərinin üzərinə düşə bilər.

  • Müştərinin yanlış və ya natamam ünvan məlumatı verməsi səbəbindən yaranan gecikmələrə görə dermanchi.az məsuliyyət daşımır.