Sağlam hamiləlik

Sağlam hamiləlik

Hamiləlik gözəl bir duyğudur! Hamiləlik dönəmində sağlığınızı qorumaq , gözəl görünmək və xoş əhval olduqca önəmlidir, çünki artıq təkcə özünüzü düşünməməlisiniz.

Bir qadının həyatında hamiləliyin ən önəmli vaxt olduğu heç kimə sirr deyil. Bəlkə də doğum anının özü belə, bir ananın körpəsini bətnində gəzdirdiyi 9 ay müddət qədər çətin deyildir. Qadının sevincli və sakit vəziyyətinin bu kiçik varlıq üzərində nə qədər böyük təsiri olması haqqında daim yazılar yazılmaqdadır. Lakin uşağı dünyaya gətirənlər, öz təcrübələrindən rahatlığı qorumağın, xoş əhvalda olmağın və özünə güvənmənin necə çətin olduğunu bilirlər. Məsələ sadəcə hormanlarla bağlı deyil, eyni zamanda hamilə qadının qarşılaşdığı həyat şəraiti ilə əlaqədardır.

Bir sabah hamiləlik testində iki xətt görmüsünüzsə  bu məqalə tam sizə aiddir. Sağlam hamiləlik haqqında bu məqalə hamiləlik sırasında sağlamlığınızı, gözəlliyinizi və psixoloji durumunuzu necə qoruyacağınızı sizə bildirəcəkdir.

Hamiləlik zamanı ən gözəl vərdiş normal pəhrizdir. Qida rasionunuzda  zülal, karbohidratlar, süd məhsuları, sağlıqlı yağlar çox olmalıdır.

Hamiləlik dönəmində hər bir qadının dəmirə ehtiyacı vardır. Dəmir hemoqlobini artırır və plasentanı gücləndirir. Dəmiri vitamin şəklində almaq olar, lakin bundan əlavə, ispanaq, kələm, kakao, cəfəri, qabaq, badam, günəbaxan kimi tərkibi dəmirlə zəngin olan qidalardan da istifadə edilə bilər.

Hamiləlikdən əvvəl idmana münasibətiniz çox pis olubsa, o zaman hamiləlik testindəki “qoşa xətti”  gördükdən sonra idmana münasibətinizi bir daha gözdən keçirməli olacaqsınız. Əzələ tonusunu qorumaq üçün bir hamilə qadının hərəkətə ehtiyacı vardır. Belinizi, döş qəfəsinizi, qollarınızı, ayaqlarınızı gücləndirmək üçün daha çox gəzin və isinmə hərəkətləri edin.

Hamiləlik zamanı aşırı şəkər və karbohidratlar çəkinizin artmasına səbəb ola bilər. Bu isə orqanizminizə fayda gətirməyəcəkdir. Hormonlar sizi dəyişə bilər və bu təsir altında şokoladlı biskvit üstündən balıq sendviçi yemək istəyiniz yarana bilər. Bu istəklərinizi geri çevirməyi bacarmalı və şəkər əvəzinə bal və quru meyvələrdən istifadə etməlisiniz.

Hamiləlik zamanı səhər yürüşünü özünüzə bir qayda edin. Bu orqanizmin oyanmasına, oksigenlə zənginləşməsinə və günə gözəl başlamanıza yardımçı olacaqdır.

Şişkinlik probleminiz yoxdursa, çoxlu təmiz qazsız su içməyiniz lazımdır. Bu tövsiyədən təkcə hamilə qadınlar deyil, eyni zamanda ana olmaq istəyən qadınlar da istifadə etməli və susuzlaşmanın qarşısını almaq üçün xüsusilə diqqətli olmalıdırlar.

Bir neçə şaftalının bir tortdan daha sağlam qida olmasına rəğmən, meyvələrdən istifadənizə də xüsusi diqqət yetirməlisiniz, çünki  bu da şəkərin bir formasıdır.

Özünüzə və körpənizə  ürəkdən qayğı göstərin, çünki körpəniz ən çox sizin üçün əzizdir və onun  həyatı əhəmiyyətlidir, və yalnız siz onun sağlamlığı və həyatı üçün ən çox məsuliyyət daşıyırsınız.